Hər insan Allahın bildirdiyi bu məlumat haqda yaxşı - TopicsExpress



          

Hər insan Allahın bildirdiyi bu məlumat haqda yaxşı düşünməlidir. Ən çətin şəraitlərdə belə həyatda sevinəcəyi, xoşbəxt olacağı, şükr edəcəyi çox sayıda nemət və gözəllik vardır. Əgər az bir nemətə də şükr etməsini, az bir gözəllikdə belə ümidli olmağı bacarsa Allah ona dünyada və axirətdə çox daha artığını verəcək. İnsan həyatı boyu ən çətin anlarda belə bu həqiqətləri unutmamalıdır. Həyatının sonuna qədər müsbət düşünməli və hər nə olursa-olsun bu xüsusiyyətdən əl çəkməməlidir.Ancaq bu da heç vaxt unudulmamalıdır ki, insan gözəl əxlaqı, müsbət düşünməyi, Allahdan ümidvar olmağı nemətə qovuşa bilmək üçün deyil, Allahın razılığını qazanmaq üçün etməlidir. Allah Dərgahında qəbul ediləcək davranışlar bunlardır. Çünki, Allahın razılığı dünyada və axirətdə olan bütün nemətlərdən üstündür. Allah razı olanda onsuz da nemətini lütf edəcək. Lakin bu gözəl əxlaq ancaq -Allahın icazəsiylə- Allahın razılığının heç bir nemət ilə müqayisə edilməyəcək qədər böyük bir lütf olduğunu qavrayan insanlara nəsib olacaq.
Posted on: Wed, 31 Jul 2013 04:48:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015