Həyat coşğun bir ümmandı, Hər istəyən keçə - TopicsExpress



          

Həyat coşğun bir ümmandı, Hər istəyən keçə bilmir, Zirvələri çən,dumandı, Hamı yolu seçə bilmir. Tale bizi yad bilibdir, Saçımıza ağ gəlibdir, Ürək yaman kövrəlibdir, Hər agrını çəkə bilmir. İnsan görüb,hər sifəti, Qana dönüb xoş niyyəti, Bir doğrunu,həqiqəti, Min yalana bükə bilmir. Görüb sellər axdığını, Şimşəklərin çaxdığını, Uca Allahin yıxdığını, Yüz-yüz bəndə tikə bilmir. Qoy hər əməl çıxsın üzə, Yaraşarmı yalan bizə, Şər atmayaq könlü düzə, Təmiz vicdan ləkə bilmir. Dost yanında üzüm ağdı, Məhəbbətim uca dağdı, Xoşbəxtlik də bir bulaqdı, Di gəl,hamı içə bilmir...
Posted on: Tue, 01 Oct 2013 06:38:58 +0000

Trending Topics



" style="min-height:30px;">
ALL AD (Andorra) AE (UAE) AF (Afghanistan) AG (Antigua and

Recently Viewed Topics



UFO

© 2015