Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir? Həzrət - TopicsExpress



          

Həzrət Fatimeyi-Zəhranın (ə) zikri necədir? Həzrət Fatimənin (ə) zikri hər zaman, xüsusilə də namazdan sonra deyilməsi çox müstəhəb olan bir zikrdir. Bu zikri Həzrət Mühəmməd Peyğəmbər (s) qızı Fatiməyə (ə) öyrətmişdi. Dini mənbələrdə bunu “Fatimənin (ə) təsbihi” də adlandırırlar. Zikrin qaydası belədir ki, əvvəlcə 34 dəfə “Allahü əkbər”, sonra 33 dəfə “Əlhəmdü lillah”, daha sonra isə 33 dəfə “Sübhanallah” deyilir. Bəzi mənbələrdə bu üç zikrin ardıcıllığı və sayı barədə fərqli rəvayətlər var. Bu zikrlərdən sonra “La ilahə illəllah” da deyilir. İmam Cəfər Sadiq (ə) buruub: “Biz öz balalarımıza Namazı öyrətdiyimiz kimi Fatimənin təsbihini də öyrədirik. Bu təsbihi həmişə oxuyun. Çünki bunu həmişə oxuyan adam bədbəxtliyə düçar olmaz”. “Namazdan sonra Fatimeyi-Zəhranın təsbihini oxumağı hər gün min rükət namaz qılmaqdan daha çox sevirəm”.
Posted on: Wed, 24 Jul 2013 14:17:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015