JURNALISTLƏRİN nəzərinə! PEŞƏKAR EKSPERT QRUPU - TopicsExpress



          

JURNALISTLƏRİN nəzərinə! PEŞƏKAR EKSPERT QRUPU TƏRƏFİNDƏN APARILAN “GENDER VƏ MEDİA” mövzusunda 3-GÜNLÜK TƏLİM KURSU! Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya Counterpart İnternational təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində “CEDAW ƏMƏLDƏ” adlı layihəsini həyata keçirir. Layihə ABŞ-ın İnkişaf Agentliyi və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir. Layihənin əsas hədəf qruplarından biri olan KİV nümayəndələri ilə xüsusi fəaliyyətlər nəzərdə tutulub ki, bunlar layihənin digər komponentləri ilə bərabər KİV və qadın təşkilatları arasında ünsiyyət və əməkdaşlığı artıraraq, BMT-nin mühüm CEDAW sənədindən daha səmərəli istifadə etməyə imkan yaradacaqdır. Layihənin önəmli mərhələlərdən biri olan jurnalistlər üçün 3-günlük təlimdə iştirak layihənin digər fəaliyyətlərdə iştirak etmək üçün əsas şərtlərdən biridir. Silsilədə sayca 3-cü olan Jurnalistika, Gender və CEDAW haqqında ətraflı məlumatı əhatə edəcək “GENDER VƏ MEDİA” adlı təlim kursu 03 - 05 avqust 2013-ci il tarixində təşkil olunacaqdır. Təlimçilər Zeynal Məmmədli, İlhamiyyə Rza, Mehriban Vəzir, Təranə Mahmudova və Şəhla İsmayıl 3 gün ərzində CEDAW, gender, informasiya əldə etməyin yolları, new-media, jurnalist etikası və digər əlaqəli mövzularla təlim kursunu əhatə edəcəklər. Kursun bütün günlərində nizamlı iştirak etmək MÜTLƏQ VƏ YEGANƏ ŞƏRTİMİZDİR. Qeydiyyatdan mümkün qədər tez keçməniz iştirakınızı təmin edəcək. Regiondan gələn iştirakçılara üstünlük vüriləcək. Təlimdə nizamlı şəkildə iştirak edən iştirakçılar sonda sertifikatlarla təltif olunacaq. Regiondan gələn iştirakçıların yol xərci ödəniləcək. Təlimlərdə iştirak: Pulsuzdur Təlimin dili: Azərbaycan Təlimin tarixi: 03 – 05 avqust Təlimin məkanı: Olimpik otel, Novxanı Qalma və nəqliyyat: Nəqliyyat təşkil olunacaqdır, 2 gecə qalmaq və 3 gün ərzində yemək xərcləri təşkilat tərəfindən ödəniləcəkdir. Qeydiyyat: Əlavə olunmuş ərizə formasını doldurub ward.azerbaijan@gmail və [email protected] e-mail ünvanına göndərin Ərizənin son qəbul tarixi: 01 avqust, saat 18:00 Əlaqələndirici şəxs: Leyla İskəndərli Ünvan: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakı, AZ1025, Azərbaycan A. Cəlilov küç.26, mən. 98 Tel/Faks: (+99412) 490 40 44 / 408 40 44 Mob: (+99450) 760 40 44
Posted on: Tue, 23 Jul 2013 07:22:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015