"Kor insan belə onda xüsusi bir şeylərin olduğunu görə - TopicsExpress



          

"Kor insan belə onda xüsusi bir şeylərin olduğunu görə bilər". Bu sözləri Qareth Beylin "Real"a transferi barədə danışarkən "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Vaxtı ilə "Real"a başçılıq etmiş uelsli mütəxəssis Beylin transferi dəyərləndirib: "O, güclü, təvazökar və peşəkar oyunçudu. Gəncliyində keçirdiyi zədələr onu daha da qüvvətli edib. Onun 17 yaşında çatdığı səviyyəyə çatmış futbolçu görməmişəm. Bale Cristiano Ronaldo və Lionel Messi yaxınlaşır. Neymardan daha yaxşıdı. Əgər bir futbolçuya 100 milyon avro edəcəksə, həmin oyunçu sadəcə Bale ola bilər".
Posted on: Tue, 03 Sep 2013 17:16:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015