Lənət söyüş deməkdimi ? ?? Xeyr “lənət “ - TopicsExpress



          

Lənət söyüş deməkdimi ? ?? Xeyr “lənət “ əsla söyüş deyildir. O, bəd duadır. Necə ki, ümumi nəzərdə deyilir: اللعن هو الطرد والابعاد عن رحمة الله “Lənət (yəni) Allahın rəhmətindən qovmaq və uzaqlaşdırmaq .” اللعن : الطرد والابعاد من الخير . صحاح جوهری ج 6 ص 2196 - لسان العرب ج 13 ص 387 Lənət: Xeyrlərdən qovmaq və uzaqlaşdırmaq. Sihahi Cəvhəri, c.6, s.2196; Lisan əl-Ərəb, c.13, s.387 فإن اللعن في اللغة هو الطرد والابعاد شرح صحيح مسلم نووي ج 9 ص 141 Lüğətdə “lənət” qovmaq və uzaqlaşdırmaq deməkdir. Nəvəvi, “Səhih Muslim”-in şərhi, cild:9,səh:141 2-ci irad: İslamda “lənət” demək yoxdur. Cavab: Lənət deyilməsi haqqında bir çox ayələr mövcuddur. Biz bəzilərini qeyd edirik: فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ Odur ki, Allahın lənəti olsun kafirlərə! (Bəqərə-89) أُوْلَـئِكَ الَّذِينَ لَعَنَهُمُ اللّهُ وَمَن يَلْعَنِ اللّهُ فَلَن تَجِدَ لَهُ نَصِيرً Onlardır Allahın lənət etdiyi kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən. (Nisa-52) وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tovbə-68) 3-cü irad: Mömin şəxs “lənət” deməz . Cavab: Allah (əzzə və cəllə) Qurani Kərimin “Mubahilə” ayəsindən möminlərin rəhbəri Allah Rəsulu Həzrət Muhəmmədə (s) “lənət” deməsini tapşırır: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.(Ali-İmran-61) Bundan əlavə Allah Rəsuluu (s) səhihus-sənəd ilə nəql olunan mutəvatir rəvayətlərdə bir çox şəxsin barəsində lənət oxuyub. Onlardan bəzilərini qeyd edirik: لعن الله آكل الربا وموكله وشاهده وكاتبه Ribadan (muamilə) qazanan,şahidlik və katiblik edənə لعن الله من عق والديه Valideynlərinin üzünə ağ olanlara لعن الله من انتسب الى غير ابي Özünü doğma atasından başqasına nisbət verənə لعن الله من عمل قوم لوط Lut Peyğəmbərin (ə) qovmunun əməlini icra edənə لعن الله شارب الخمر وساقيها وعاصرها Şərab içənə, süzənə..... və sair... 4-cü irad: Lənət demək ancaq Allaha (əzzə və cəllə) və Rəsuluna (s) aiddir. Odur ki, adi insanlar lənət deyə bilməz. Cavab: Allah (əzzə və cəllə) Qurani-Kərimdə adi insanların da lənət deyə biləcəyini aşkar buyurub. Bəzilərini qeyd edirik: أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər! (Bəqərə-159) أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! (Bəqərə-161) أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır. (Ali-İmran-87) 5-ci irad: Ancaq kafirlərə və münafiqlərə lənət demək olar. Bunlardan başqa günahlara görə müsəlman olan şəxsə lənət caiz deyildir. Cavab: 3-cü iradın cavabında qeyd etdiyimiz kimi, Allah Rəsulu (s) bəzi müsəlmanlara müəyyən günahlarına görə lənət oxumuşdur. Hətta Allah (əzzə və cəllə) Qurani-Kərimdə də bu xüsusa işarə buyurub: أَن لَّعْنَةُ اللّهِ عَلَى الظَّالِمِينَ «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»(Əraf-44) وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ وَيَدْرَ Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Nur-7) إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيم Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır. (Nur-23) 6-cı irad: Lənət söyüş olmasa belə səhabə barəsində demək olmaz. Cavab: Təmami ilə doğru iraddır. Səhabələr İslamiyyətin bəqası üçün canlarını, mallarını və hətta övladlarını belə heç bir tərəddüdsüz fəda edən şəxlərdir. Onlar ilk iman əhli və müsəlmanlardır. Onlara yersiz lənət demək heç bir məntiqə və İlahi qanunlara uyğun deyil. Şiə əqidəsi olaraq bir daha bəyan edirik ki, səhabəyə lənət deməyi qınayır və hər kəsdən Allah Rəsulunun (s) saleh və sadiq səhabələrini hörmətlə yad edilməsini tələb edirik. 7-ci irad: Bəzi səhabələr də var ki tarixi xətaları üzündən şiələr tərəfindən lənətlənir. Cavab: Yuxarıda qeyd etdiyimiz kimi, Şiə əqidəsində səhabəyə lənət demək caiz deyildir. Lakin bir mətləbi unutmayaq ki, Şiə əqidəsinə görə səhabə adlanan şəxslər ancaq Allah Rəsulunu (s) gözü ilə görüb onunla həm söhbət olan şəxslər deyildir. Şiənin əqidəsində (əhli-təsənnündən fərqli olaraq) səhabələr İlahi əmrlərə və Peyğəmbər (s) gətirdiyi şəriətə tabe olub və (bəziləri də bunlardan) O həzrətin rikabında şəhid oldular. Bu şəxsləri şiələr behişt əhlindən bilir və özləri üçün parlaq nümunə qismində görürlər. Şiə əqidəsində nümunə şəklində formalaşan səhabələr aşağıdakılardır: 1-Peyğəmbər (s) rikabında döyüşüb şəhid olanlar: Həzrət Peyğəmbər (s) zamanında yaşayan, iman edən, islamın müdafiəsinə qalxıb və bu yolda şəhid olanlar . (O zamanda şəhid düşən) Səhabələrin sayı (əhli-sünnənin mənbələrində də olduğu kimi) ümumilikdə 259 nəfərdir. 2-Allaha və Peyğəmbərə(s) iman gətirib və iman ilə dünyadan gedənlər: Allaha və Peyğəmbərinə (s) iman gətirib və kamil iman ilə dünyadan gedən hər bir səhabə. (Bu səhabələr əksəriyyət təşkil edir) 3-O səhabələr ki, İmam Əli (ə) –a da etiqadda sabit qaldılar: Peyğəmbər (s) vəfatından sonra onun vəsiyyətinə uyğun olaraq İmam Əli (ə) –ın vilayət və imamətinə etiqad edənlər. 4- Müəyyən bir müddətdən sonra İmam Əli (ə) tərəf qayıdanlar: Səhabələrdən bir dəstə də olmuşdur ki bir müddət İmam Əli (ə) ilə ayrılıqdan sonra xüsusi ilə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində o həzrətin yanında döndülər, döyüşdülər, şəhid oldular və ya ömrlərinin axırına kimi İmamı tərk etmədilər. 3-Şiə əqidəsində səhabə kimi qəbul edilən şəxslər yuxarıda qeyd etdiyimiz şəxslərdir. Onların barəsində heç bir şiə “lənət” demir. Lakin səhabəlik əhli-təsənnündə fərqli qəbul edilir. Onlar Allah Rəsulunu (s) hər görən müsəlmanı səhabə adlandırararq onu tam inanılmış və adil hesab edirlər: وَمَنْ صَحِبَ النبي صلى الله عليه وسلم أو رَآهُ من الْمُسْلِمِينَ فَهُوَ من أَصْحَابِهِ صحيح البخاري ج 3 ص 1335 كتاب فضائل الصحابة بَاب فَضَائِلِ أَصْحَابِ النبي صلى الله عليه وسلم ورضي الله عنهم Allah Rəsulu (s) ilə həmsöhbət olan və yaxud da onu görən hər bir müsəlman onun səhabələrindəndir. Səhihi Buxari.cild:3,səh:1335,”Fəzailu Əshab” kitabında أصحاب رسول اللّه صلى اللّه عليه وسلّم كلّ من صحبه شهرا أو يوما أو ساعة أو رآه. أسد الغابة ج 1ص12، العدّة في أصول الفقه ، الفراء الحنبلي ج3 ص 988 Allahın Rəsulunun (s) səhabələri o şəxslərdir ki, 1-ay, 1-gün və ya 1 saat O həzrətlə birlikdə olsun və ya onu görsün. “Usd əl-Ğabə” cild:1,səh:1335....”Əl-Fərail-Hənbəli”cild:3,səh:988. Lakin Allah (əzzə və cəllə) Allah Rəsulunu (s) hər görən şəxsin səhabə olmadığını və onlara inanmağın doğru olmadığını aşkar ayələr ilə xəbərdarlıq etmişdir. Bəziləri barədə “münafiq” və “qəlbləri xəstədir” buyurur: وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ مَا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورً O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” – deyirdilər. (Əhzab-12) Hətta Peyğəmbərin (s) ətrafında olanlar o Həzrətin əziyyət çəkməsini və ölümünü arzulayıb onun zövcələri ilə evlənmək niyyətində olanları da olub: وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır! (Əhzab-53) Allah Rəsuluna (s) Allah (əzzə və cəllə) tərəfindən ətrafı haqqında xəbərdarlıq belə edilib: وَمِمَّنْ حَوْلَكُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ Sizin ətrafınızdakı ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər. (Tovbə-101) وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Muhəmməd-30) Qeyd: Bu ayələrdən əlavə olaraq, əhli-təsənnün əqidəsində Qurandan sonra ən mötəbər sayılan mənbələrdə “səhabə” adlandırdıqları şəxslərin arasında cəhənnəm əhlinin və münafiqlərin olduğu haqqında məlumatlar var: فَلاَ أُرَاهُ يَخْلُصُ مِنْهُمْ إِلاَّ مِثْلُ هَمَلِ النَّعَمِ. صحيح البخارى ج 7 ص 207 ح 6587 كتاب الرقاق باب في الحوض (Allahın Rəsulu (s) buyurub) Mən bu şəxslərin (səhabələrin) arasından saribansız dəvə sürüsü qədər (cəhənnəmdə) əzabdan nicat tapanları görmürəm(yəni behiştə onların sayı az olacaq) Səhih Buxari.cild:7,səh:207,hədis N:6587 في أصحابي إثنا عشر منافقاً صحيح مسلم ج 8 ص 122 (رقم9ـ2779) كتاب صفات المنافقين Mənim səhəbələrimin arasında 12 (on iki) nəfər münafiq var. Səhihi Muslim.cild:8,səh:122,hədis N:9-2779 أدركت ثلاثين من أصحاب النبي صلى اللّه عليه وآله وسلم كلّهم يخاف النفاق على نفسه صحيح البخاري، ج 1، ص 17، كتاب الإيمان، باب خوف المؤمن من أن يحبط عمله وهو لا يشعر 30 (otuz) nəfər Peyğəmbər (s) səhabələrindən olan münafiq tanıyırdım ki, onlar öz nifaqlarından çox qorxurdular Səhih Buxari, cild:1,səh:17 قال: إنّ منكم منافقين، فمّن سميّت فليقم! ثمّ قال: قم يا فلان! قم يا فلان! قم يا فلان! حتّى سمّى ستّة وثلاثين رجلاً. مجمع الزوائد، ج 1، ص 112 Allahın Rəsulu (s) buyurdu: Həqiqətən sizlərdən bəziləri münafiqsiniz... Adlarını çəkəcəyim şəxslər dayansın... Sonra buyurdu: Filankəs dayan... Filankəs dayan ...... Filankəs dayan... 36 (otuz altı ) nəfərin adını adını çəkdi! Məcmə əz-zəvaid, cild:1,səh:112 Qeyd olunan bu ayələr və rəvayətlərdən də məlum olur ki, Allah Rəsulunu (s) görən hər şəxs “səhabə” deyildir. Bu qədər məlumata rəğmən bu mövzuya laqeyq yanaşmaq səhabəliyə layiq olmayan bəzi şəxslər də bu karvana daxil olmasına səbəb olmuşdur. Elə əslində iki tərəf arasında yaranan “səhabə” mübahisəsi də bundan qaynaqlanır. Təəssüflər olsun ki, əhli-təsənnün məzhəblərində Allah Rəsulundan (s) sonra ona, əhlibeytinə, islamın dəyişilməz qanunlarına, digər səhabə yoldaşlarına və ümumi müsəlmanlara xəyanət və zülm etmiş şəxslər Allah Rəsulunu (s) gördüyü və həmsöhbət olduğu üçün səhabə kimi qələmə verilib. Məhz bu xüsusiyyətlərə sahib olan şəxslərin barəsində Allah (əzzə və cəllə) əmr etdiyi üçün Şiə əqidəsi də “lənət” deyir. Belə ki, Allah (əzzə və cəllə) onların cəhənnəm əhlindən olduqlarına açıq-aşkar işarə edərək buyurur: إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآَخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır! (Əhzab-57) 4-Nəticə etibarı ilə Şiə əqidəsi heç kimin barəsində “söyüş” demir. Əgər “söyüş”-dən məqsəd “lənət”-dirsə, bu da əsla söyüş deyildir. Şiə əqidəsi heç bir səhabə barəsində “lənət” demir. Əgər şiə əqidəsi tərəfindən “lənət” olunan şəxslər varsa belə, onlar Allah (əzzə və cəllə) və Rəsulunun (s) göstərişlərinə əsasən “səhabə” deyildir. Odur ki, hər bir müsəlmanı “səhabə” barəsində agah olmağa və belə yalanlara inanmağa dəvət edirik. Necə ki,Allah (əzzə və cəllə) buyurur: يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız. (Hucurat-6 ) 5- Artıq məlumdur ki, “şiənin səhabəni söyməsi” barədə yaranan şübhə ağ yalan və ağır bir töhmətdir. Bu kimi yalanlar ilə müsəlman xalqı içində təbliğat edənlər əslində İslamı içəridən parçalamaq və Şiə əqidəsini “səhabə” düşməni kimi qələmə vermək niyyətindədirlər. Bir daha müsəlman bacı və qardaşlarımızı bu fitnələrə uymamamağı tövsiyə edir və bildirmək istəyirik ki, bu kimi fitnələrin məqsədi Şiə əqidəsinin batil inanc olduğunu təbliğ etmək , müsəlmanların nəzdində gözdən salmaq, öz batil düşüncələrini hər yerdə asan təbliğ etmək və öz həvayi-nəfslərindən doğan kin və küdurəti izhar etməkdir. Əksər hallarda bu kimi naxələf işlərə əl uzadanlar vəhhabi və sələfi əqidəsinə mənsub olan alimləri olur. Biz bu batil xislətdən Allaha pənah aparırıq!
Posted on: Sun, 07 Jul 2013 23:16:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015