Mafia Oyunun yaranma tarixi Hal-hazırda Azərbaycanda da - TopicsExpress



          

Mafia Oyunun yaranma tarixi Hal-hazırda Azərbaycanda da gənclər arasında geniş yayılmış Mafia oyunu 1986-cı ildə Moskva Dövlət Universitetinin tələbəsi Dmitri Davıdov tərəfindən yaradılıb. Oyun qısa zaman kəsiyində tələbələr arasında geniş şöhrət qazandı. Universiteti bitirikdən sonra elə ordaca qalıb psixologiyadan dərs keçən Dmitrinin bir çox tələbəsi xarici idi və onlar müəllimlərindən öyrəndikləri bu oyunu özləri ilə dünyanın bir çox ölkələrinə- Slovakiya, Çexiya, Sloveniya, Avstriya, Polşa, Rumıniya, Belçika, Böyük Britaniya, Norveç və s. yaydılar. Oyunun populyarlaşmasında İtaliyanın çəkdiyi mafia serialı olan "Sprut"un da böyük rolu oldu. Sirr deyil ki, oyunun Norveç versiyası indinin özündə də Komissar Katani ("Sprut" filminin baş qəhrəmanı) kimi adlanır. Dünyanın ən maraqlı intellektual və psixoloji 50 oyunundan biri hesab edilən Mafia bugün dünyanın ən müxtəlif məkanlarında, ən müxtəlif qaydalarla oynanılır. Mafiya ustalıqla yalan danışma və aktyorluq oyunudur. Psixoloji gərginliyin pik həddində yenə də öz həyəcanını boğmaq və iti qərar qəbul etmək- bunlar olmadan yaxşı bir mafia oyunçusu olmaq mümkün deyildir. Təkcə özü üçün yox, bütün komandan üçün oynamaq, yeri gələndə öz yoldaşını, bəzi hallarda isə hətta özünü qurban verməyi bacarmaq... Yaxşı mafia oyunçusu özündə bir neçə keyfiyyəti birləşdirməlidir. Amma əlbəttə ki, qaydaları bilmək də şərtdir. Mix.az saytı olaraq biz Sizə bu oyunun Azərbaycanda daha geniş yayılmış variantının qaydalarını təqdim edirik. AZNET TARİXİNDƏ İLK DƏFƏ! Mafiya Oyunu Qaydaları Mix.az-da: Mafia oyununda iştirakçılar Aparıcıdan və 8-20 nəfər arası oyunçudan ibarətdir. Oyunçular şərti olaraq 3 qrupa bölünür: MAFIA CLAN: Don Mafia-1 nəfər Ən təhlükəli MAFIA CLAN üzvü. Hər gecə keçirilən "Mafia gecəsində" istədiyi oyunçunu öldürür. (Başqa şərtləri "Mafia gecəsi" haqda qeyddə oxu) Qurd (Mafia Canavarı)- 1 nəfər Don Mafianın intiqamçısı. Əgər Don Mafiadan qabaq öldürülməzsə, Don Mafia ölən an o da ölür- amma Don Mafianın ən böyük düşmənlərindən birini məhv edir ölməmişdən qabaq. Mafiozi- 1-3 nəfər arası Don Mafia ölərsə Mafiozilərdən biri onun statusuna sahib olur. (Aparıcının seçimiylə) Oyunda əsas missiyaları oyunçular arasında fikir ayrılıqları yaratmaq, təmiz vətəndaşları səsvermə yoluyla aradan qaldırmaq və hətta bəzən bir-birlərini qurban vermək bahasına olsa belə MAFIA CLANın qələbəsini təmin etməkdir. Sivil vətəndaşlar: Komissar- 1 nəfər Ən faydalı vətəndaş. 2 gecədən bir keçirilən "Komissar gecəsində" Komissar şübhələndiyi vətəndaşlardan birinə atəş açır. (Sivil vətəndaşı + himayəyə götürülmüş oyunçunu öldürə bilməz, daha ətraflı aşağıda "Komissar gecəsi" haqda qeyddə oxu) Komissar ən faydalı sivil vətəndaşdır. Buna görə də özünü maksimum gizli saxlamalıdır ki, "Mafia Gecəsində" vurulmasın. Mer- 1 nəfər Statusundan asılı olmayaraq istədiyi oyunçunu himayəyə götürür. Mer sağ olduğu müddətdə onun himayəyə götürdüyü oyunçu heç bir gecədə vurula bilməz. (Daha ətraflı aşağıda "himayə aktı" haqdakı qeydi oxu) Mer öldüyü zaman himayə aktı qüvvədən düşür. Kamikadze- 1 nəfər Kamikadze öldüyü zaman istədiyi oyunçunu özüylə bərabər məhv edə bilər. Amma maksimum çalışmalıdır ki, MAFIA CLAN üzvünü öldürsün, çünki Kamikadze sivil vətəndaşların bir üzvüdür. Vətəndaş- 2-10 nəfər arası Oyunda əsas missiyaları MAFIA CLANın üzvlərini məhv etmək, Sivil Vətəndaş komandasının qələbəsini təmin etməkdir. Amma Vətəndaşlar bir düstura əmin olmalıdırlar: Mafia Oyununda özündən başqa heç kimə inanma! Neytral üzvlər: Satqın- 1 nəfər Satqın hər 3 gecədən bir keçirilən "Satqın gecəsində" istədiyi oyunçunun kartına baxır. Və səhər açıldığı zaman Aparıcıya həmin oyunçunun kartının hər kəsə elan edilib, edilməməsinə qərar verir. (Başqa şərtləri "Satqın gecəsi" haqda qeyddə oxu) Satqın Neytral üzvdür, oyunda əsas missiyası tərəflərdən (MAFIA CLAN vs Sivil Vətəndaş komandası) biri digərinə qalib gələnə qədər özünü qorumaqdır. Manyak- 1 nəfər Manyak hər 3 gecədən bir keçirilən "Manyak Gecəsində" istədiyi oyunçuya atəş açır. (Başqa şərtləri "Manyak Gecəsi" haqda qeyddə oxu) Manyak Neyrtral üzvdür. Oyunda əsas missiyası Mafia-Vətəndaş müharibəsində tərəflərdən biri qalib gələnə qədər özünü qorumaqdır. Oyuna hazırlıq: Təcrübəli, oyunun nəbzini daim nəzarətdə saxlamağı bacaran iştirakçılardan biri Aparıcı seçilir. Yerdə qalan iştirakçıların sayı hesablanır. Əgər iştirakçıların sayı 8-12 arasındadırsa deməli oyunda 3 nəfər Mafia Clan olacaq. (Don Mafia, Qurd və Mafiozi) Əgər iştirakçıların sayı 13-17 aralığındaddırsa deməli oyunda 4 nəfər Mafia Clan olacaq. (Don Mafia, Qurd və 2 nəfər Mafiozi) Əgər iştirakçıların sayı 18 və daha yüksəkdirsə deməli oyunda 5 nəfər Mafia Clan olacaq. (Don Mafia, Qurd və 3 nəfər Mafiozi) Digər oyunçular isə Komissar, Mer, Kamikadze, Satqın, Manyak və yerdə nə qədər oyunçu qalırsa o qədər də vətəndaş. Məsələn, əgər Aparıcıdan başqa 16 nəfər iştirakçı varsa, onda 16 ədəd bu kartlar (xüsusi kartınız yoxdursa, kağıza da yaza bilərsiniz) hazırlanacaq: Don Mafia, Qurd, Mafiozi, Mafiozi, Komissar, Mer, Kamikadze, Vətəndaş, Vətəndaş, Vətəndaş, Vətəndaş, Vətəndaş, Vətəndaş, Vətəndaş, Satqın, Manyak. Və oyun başlayır!!! Oyunçular dairəvi qaydada üzbəüz otururlar ki, hər bir oyunçu hər kəsin üzünü görə bilsin. İki yanaşı oturmuş oyunçunun arasında minimum 30-40 sm məsafə olmalıdır ki, rahat tərpənə bilsinlər. Aparıcı kartları (kartınız yoxdursa kağızları) iştirakçılara paylayır. Hər kəs yalnız öz kartına baxır, kim olduğunu yadında saxlayır və kartı cibinə qoyur. Kartını digər iştirakçıya göstərmək qadağandır! Və bunu edən oyunçunun komandasına avtomatik məğlubiyyət verilir. Hər kəs öz kartına baxdıqdan sonra Aparıcı elan edir: "Hər kəs gözlərini yumur." Hamı gözünü yumduqdan sonra Aparıcı elan edir: "MAFIA CLAN gözlərini açır və bir-birləriylə tanış olur". Mafia Clan üzvləri bir-birilərini tanıdıqdan sonra Aparıcı elan edir: "MAFIA CLAN gözlərini yumur, təkcə Komissar gözünü açır". Aparıcı Komissarı tanıdıqdan sonra elan edir: "Komissar da gözünü yumur. Təkcə Mer gözünü açır". Mer gözünü açdıqdan sonra Aparıcı deyir: "Mer istədiyi bir oyunçunu himayəyə götürür". Mer asta əl hərəkətiylə, ya baxışlarıyla istədiyi bir oyunçunu himayəyə götürür. Aparıcı elan edir: "Mer də gözlərini yumur, təkcə Manyak gözlərini açır". Manyakı tanıdıqdan sonra Aparıcı elan edir: "Manyak gözlərini yumur, təkcə Satqın gözlərini açır" Satqınla da tanış olduqdan sonra Aparıcı elan edir: "Satqın gözlərini yumur. SƏHƏR AÇILDI. Hər kəs gözlərini açsın". Oyunun hər mərhələsi 2 hissədən ibarətdir: Gündüz (Səhər) və Gecə. Gündüz Hər kəsin gözləri açıq olur və 5 dəqiqəlik müzakirə gedir. Oyunçular kimin mafia olmasından şübhələndiklərini bildirirlər. Fikirlərini əsaslandırmağa çalışırlar. Mafia Clan üzvləri müxtəlif taktikalarla şübhəni digər üzvlərin üzərinə keçirməyə və hansısa sivil vətəndaşın oyundan atılmasına nail olmağa çalışırlar. Vətəndaşlardan fərqli olaraq MAFIA CLAN üzvləri bir-birlərini tanıyırlar və odur ki, onlar üçün birgə hərəkət etmək asandır. Amma şübhə yaratmamaq üçün fərdi qaydada oyun aparırlar. Müzakirəyə ayrılmış vaxt bitikdən sonra Aparıcı elan edir: Səs vermə başlayır. Beləcə dairəvi sistemlə hər kəs şübhələndiyi oyunçunun adını çəkir. Səsvermə gedə-gedə kim neçə səs alsa o qədər sayda barmağını havaya qaldırır. Sonda ən çox səs yığmış (yəni ən çox şübhələnilən) oyunçulara özünü təmizə çıxarma şansı verilir. Hamı susur. Və yalnız həmin şübhəlilər danışır. Danışıq bitdikdən sonra əsas səsvermə başlayır. Birinci səsvermə həlledici deyil. Siz istəsəniz səs verə, istəməsəniz PAS deyib səsvermədən imtina edə bilərsiniz. Amma əsas səsvermə vaxtı SƏS VERMƏK MƏCBURİDİR. Əvvəl kimə səs verməyinizdən və ya pas deməyinizdən asılı olmayaraq əsas səsvermədə şübhəlilərdən birinə hökmən səs verməlisiniz. Aparıcı soruşur: X-in (oyunçunun adını çəkir) çıxmağını kim istəyir? X-in getməyini istəyənlər əllərini qaldırır. Daha sonra aparıcı soruşur: Y-in (oyunçunun adını çəkir) çıxmağını kim istəyir? Y-ə səsverənlər əllərini qaldırır. Və bu qayda ilə digər ən çox şübhələnilən oyunçuları bir-bir soruşur. Kim ən çox səs yığsa həmin oyunçu oyunu BİRDƏFƏLİK tərk edir. Öldükdən sonra Aparıcı oyunçunun kartını açır və kimi öldürdüklərini yerdə qalan oyunçulara elan edir. Qeyd: əgər əsas səsvermədə ən çox səs yığanların səs sayında bərabərlik olarsa heç kim oyunu tərk etmir. Gecə. Gündüz müzakirəsi və səsverməsi bitən kimi gecə başlayır. Gecə başlayanda Aparıcı elan edir: Hər kəs gözlərini yumur. Və hansı gecə(lər) olduğunu elan edir. Mafia oyununda 4 gecə növü vardır: a) Hər gecə keçirilən Mafia Gecəsi. b) 2 gecədən bir keçirilən Komissar Gecəsi c) 3 gecədən bir keçirilən Satqın Gecəsi d) 3 gecədən bir keçirilən Manyak Gecəsi a) Mafia Gecəsi Mafia Gecəsində Aparıcı elan edir: "Hamı gözlərini yumur. Don Mafia gözlərini açır." Don Mafia gözlərini açdıqdan sonra Aparıcı deyir: "Don Mafia bir nəfəri öldürür." Don Mafia əliylə, ya hansısa işarətlə oyunçulardan birini seçir. Don Mafia birinci növbədə Komissarı tapıb öldürməlidir ki, mafianın işi yüngülləşsin. b) Komissar Gecəsi Komissar Gecəsi 2 gecədən bir keçirilir və adətən hər gecə keçirilən Mafia Gecəsindən sonra olduğu üçün Aparıcı elan edir: "Don Mafia gözlərini yumur, təkcə Komissar gözlərini açır. Bir nəfəri yoxlayır." Komissarın açdığı atəş Sivil Vətəndaşları və Merin himayəyə götürdüyü oyunçunu (əgər Mer sağdırsa) öldürmür. Mafia Clan və Neytral üzvləri isə öldürür. Əgər Komissar sivil vətəndaşa (Mer, Kamikaze və Vətəndaşa) atəş açıbsa Aparıcı elan edir: Sizin atəş açdığınız Sivil vətəndaşdır. Və o Sizdən sonra vitse-komissar təyin olunur. Qeyd 1. Vitse Komissarın kim olduğunu Komissardan başqa heç kim, hətta özü də bilmir. Vitse-Komissar adi oyunçudur. Yalnız Komissar öldürüldükən sonra onun statusu Vitse-Komissara keçir. Belə ki, Komissar öldürülünə qədər özünə vitse-komissar seçə bilibsə Aparıcı Səhər vaxtı elan edir: Matəm elan olunur. Hər kəs gözlərini yumur, ölmüş Komissarın kartı Vitse Komissara verilir. Hamı gözlərini açır. Yeni Komissarınız mübarək. Oyun davam edir" Qeyd 2: Oyun boyu yalnız 1 dəfə vitse-komissar seçmək mümkündür. Qeyd 3: Vitse Komissar Komissara çevrildikdən sonra əvvəlki statusunu (məsələn, mer və ya kamikadze) statusunu qoruyub saxlayır. c) Satqın gecəsi 3 gecədən bir Satqın Gecəsi keçirilir. Sıraca Mafia və Komissar gecələrindən sonra keçirilir. Aparıcı elan edir: "Hər kəs gözünü yumur. Satqın gözünü açır. İstədiyi oyunçunun kartını tələb edir". Satqın bir nəfəri işarə edir, Aparıcı həmin oyunçuya yaxınlaşıb əllərini çiyninə vurub deyir: "Hörmətli iştirakçı, gözlərinizi açmadan cibinizdəki kartı Mənə verin" Aparıcı kartı aldıqdan sonra onu Satqına göstərir. Və Satqından soruşur: Səhər açılanda bu iştirakçının kim olduğunu hər kəsə deyimmi? Satqın karta baxdıqdan sonra başıyla ya razılıq verir, ya da razılaşmır. d) Manyak gecəsi 3 gecədən bir Manyak Gecəsi keçirilir. Sıraca Mafia və Satqın (varsa Komissar) gecələrindən sonra keçirilir. Aparıcı elan edir: "Satqın gözlərini yumur. Manyak gözlərini açır. Bir nəfərə atəş açır". Manyak istədiyi oyunçunu vurur. Təkcə Don Mafianı, Komissarı, Meri və Merin himayəyə götürdüyü oyunçunu öldürə bilməz. Əgər atəş açdığı iştirakçı Komissardırsa, Manyak özü ölür. Himayə aktı Oyun başlarkən Mer istədiyi oyunçunu himayəyə götürür. (O Mafia Clan da ola bilər, Sivil vətəndaş da, Neytral üzv də, Mer bundan xəbərsiz olur) Himayəyə götürülmüş oyunçu Mer sağ olduğu müddətdə heç bir gecədə (Mafia, Komissar və Manyak) gecəsində öldürülə bilməz və Satqın gecəsində kartı açıla bilməz. Himayəyə götürülmüş oyunçu yalnız gündüz səsverməsində oyundan kənarlaşdırıla bilər və ya Kamikadze vurulduqda onun tərəfindən partladıla bilər. Mer öldükdən sonra Himayə Aktı qüvvədən düşür. Gündüz Bütün gecələr keçirildikdən sonra Aparıcı elan edir: "Səhər açıldı. Hər kəs gözlərini açsın" Səhər açıldıqdan sonra Aparıcı gecə baş vermiş hadisələri danışır: "Don Mafia filan iştirakçını öldürdü" (Öldürülmüş oyunçunun kartı açılır) Komissar filan oyunçunu vurdu. (Öldürülmüş oyunçunun kartı açılır), yox əgər Komissarın gülləsi vətəndaşa dəymişdisə Aparıcı elan edir: Komissar özünə Vitse Komissar seçdi. (Sonrakı günlərdə isə Komissar və ya Komissar olmuş Vitse Komissarın gülləsi yenə vətəndaşa dəyərsə Aparıcı elan edir: Komissarın gülləsi boşa çıxdı) Aparıcı daha sonra Satqının qərarını açıqlayır. (Əgər gecə Satqın Gecəsi keçirilibsə). Satqın Sizə xəbər verdi ki, filan oyunçunun statusu budur (deyib kartını göstərir və oyunçuya geri qaytarır kartını, həmin oyunçu isə adətən ya vətəndaşdırsa Mafia Gecəsində, ya da Mafia Clandırsa səsvermə yolu ilə Vətəndaşlar tərəfindən oyundan atılır) Əgər Satqın həmin oyunçunun kartının açıqlanmasını istəməyibsə Aparıcı elan edir: Satqın sizə heç bir informasiya verməyəcək. Və nəhayət Aparıcı Manyak Gecəsinin nəticəsi barədə məlumat verir. Onun kimə atəş açdığını və nəticəni deyir. Əgər Manyak Komissarı vurmuşdusa Aparıcı elan edir: Manyak bu gecə Komissarla atışdı və özü öldü. Əgər Manyak- Don Mafia, Mer və Merin himayə götürdüyü adama atəş açıbsa Aparıcı elan edir: Manyakın gülləsi boşa çıxdı. Yox əgər digər oyunçuya atəş açıbsa Aparıcı elan edir: Manyak filan iştirakçını öldürdü... Və bundan sonra II günün müzakirəsi və səsverməsi, ardınca da gecə başlayır. Və oyun bu qaydada 2 tərəfdən (MAFIA CLAN və Sivil Vətəndaş) birinin ən son üzvü sağ qalana qədər davam edir. Şərtlər və Qeydlər: - Sona 4 nəfər qalarsa və ondan 2si Mafia Clandırsa, Mafia avtomatik qələbə çalır. Çünki səsvermədə bərabərlik yaranacaq ki, bu da heç kimin oyunu tərk etməməsi deməkdir. Aydındır ki, ardınca keçirilən Mafia Gecəsində Don Mafia (və ya Don Mafia statusunu qazanmış Mafiozi) vətəndaşlardan birini öldürəcək. - Sona 5 nəfər qalıbsa daha Satqın və Manyak gecəsi keçirilmir. - Sona 4 nəfər qalıbsa daha Komissar Gecəsi keçirilmir. - Sona 3 nəfər qalıbsa daha Mafia Gecəsi keçirilmir. - Komissar (Komissara çevrilmiş Vitse Komissar) yeganə oyunçudur ki, istədiyi vaxt açıb kartını göstərə bilər. Bu hüququ oyunun lap axırında ona çox böyük kömək olur. Oyunun əvvəlində isə maksimum gizli tutmalıdır özünü. HEÇ KİM OYUN BOYU AND İÇƏ BİLMƏZ. "Allah haqqı, Mən mafia deyiləm", "Babamın qəbrinə and olsun Mən Merəm", "Özüm ölüm mən Kamikadzeyəm" və s. bu tip and içənlər o dəqiqə oyundan kənarlaşdırılacaq!!! Öldürülmüş oyunçular bütün oyunu cınqırları çıxmadan kənardan izləməlidirlər. Kimsə nəyəsə işarə etsə, ya reaksiya göstərsə onun komandasına avtomatik məğlubiyyət verilir. Mafia oyunun ən gözəl qaydası budur: ÖLÜLƏR DANIŞMIR! **********************************************************************************
Posted on: Thu, 04 Jul 2013 08:14:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015