Min söz eşidib min üz görüb, yaşamaq bezdirib qan gözü - TopicsExpress



          

Min söz eşidib min üz görüb, yaşamaq bezdirib qan gözü ötüb, bu gün uddun sevin sabah uduz, səpilib dərin yaralarımıza yenə duz, Qoymazlar bizim kimilər üçün heykəl, olmaz bizim adımıza bir küçə, Ağlıyar uzağı 40 gün dostlar, sözümüz qalacaq, özümüz YOX! Yol açıq sürət kimi düşür qəzaya, qəddar dənizdir kim hə deyir dalğaya, Kimisə axırı pis düşübdü bəlaya, taleyin oyunu kimi sola- kimi sağa, Bezmişəm yağışdan, bezmi.əm gündən, gündən-günə çox fikir edirəm ölümdən, Əlimdən gələni bu gün yaşamaq üçün, taparıq bir şey sabah, sabah üçün.. Kimsə xəstə günlərini sayır, həkim deyir cəmi-cümü 1 ayı, Qəbul edir düzünü, dərd çəkir üzülür, heç kimə heçnə demir. damnan atır özünü, Dəqiqələr uçur, saatlar qaçır, həkimin səhv sözü, işin üstü açılır, İki azara düşənin bir idi soyadı, ölən ilə qalanın azarını çaşdırır, Xəstə azarını bilməyib yaşayır, salamat cavan isə həyatından özü qaçır, Kimsə yaşadığı gündən utanacaq, kimə hər kəsin könül səsin eşidəcək, Kimsə nə əkdisə yalnız onu biçəcək, kimsə suya yox deyərək qan içəcək, Biləndə ki, həyatı sabah bitəcək o, təmkinli qalaraq gözləyəcək.. Əzab və rahatlıq, sevinc və dərd, hərdən sizə sərf edən vəziyyətdə əbədi deyil, necə ki, əbədi deyil inam, əbədi deyil ağrı, əbədi deyil həyat, heç kəs əbədi deyil..
Posted on: Fri, 27 Sep 2013 11:05:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015