"Moskva üçün qardaş olan iki xalqın arasında qan - TopicsExpress



          

"Moskva üçün qardaş olan iki xalqın arasında qan tökülməsi və qətllərə yol vermək olmaz”. Vaşinqton və ya Brüsseldə əyləşən insanları ermənilərin, azərbaycanlıların həyatı, ölümü və qanının tökülməsi maraqlandırmır. Onları yalnız neft və qaz kəmərləri maraqlandırır. Bu barədə Vesti.Az-a tanınmış rusiyalı politoloq Maksim Şevçenko bildirib. ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan politoloq vurğulayıb ki, bu təşkilatın xidməti 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında sazişin imzalanmasından sonra bu dövlətlərin arasında irimiqyaslı hərbi əməliyyatlara yol verməməsindən ibarətdir. “Hesab edirəm ki, böhranın həllində hərbi metodlardan istifadəyə yol verilməməsi Cənubi Qafqazın bütün subyektləri və Qarabağ məsələsinə bu və ya digər dərəcədə cəlb olunmuş ətraf ərazilərin əsas vəzifəsidir” – deyə, ekspert vurğulayıb. Onun sözlərinə görə, Qarabağda müharibə hər iki xalq – erməni və Azərbaycan xalqları üçün dəhşətli fəlakətə çevriləcək. “Qarabağda müharibə bir anda qonşu Dağıstana, Şimali Qafqaza öz təsirini göstərəcək. Bu müharibənin bütün Qafqaz, o cümlədən Azərbaycan üçün ən ağır nəticələri olacaq. Qarabağda müharibə başlayarsa, mən, Rusiyanın bu münaqişəyə dərhal müdaxilə edəcəyinə ümid bəsləyirəm. Moskva üçün qardaş olan iki xalqın qanının tökülməsi və qətllərinə yol vermək olmaz” – deyə, o vurğulayıb. “İran məsələsinə” toxunan ekspert azərbaycanlıları və erməniləri qərb siyasətçilərinin əlində Tehrana qarşı yönəlmiş təsir alətinə çevrilməməyə çağırıb. “Mənim iranlılarla kifayət qədər əlaqələrim var və onlar artıq Qafqaz regionunu İrana zərbə endirilə biləcək zona kimi qəbul etməyə başlayırlar. Mənə elə gəlir ki, bu, ABŞ və İsrailin regionda müharibəyə başlamaq və güclü regional dövlət kimi İranı məhv etmək istəyinə xidmət edir” – deyə, M.Şevçenko vurğulayıb. vesti.az
Posted on: Tue, 18 Jun 2013 12:42:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015