Müxbir + Salam,Əli bəy necəsiz ? sizinlə görüşüb biraz - TopicsExpress



          

Müxbir + Salam,Əli bəy necəsiz ? sizinlə görüşüb biraz söhbət etmək istərdim mümükündürmü ? - Salam,Əlbətdə ,amma mən çölə çıxmıram zəhmət çəkib bizə gələrsiz çay içib söhbətimizi edərik + Baş üstə Əli bəy görüşərik hələlik. ..... Görüş iki gün sonraya planlaşdırıldı.Və mən ilk dəfə idiki belə bir adamla həmsöhbət olacaqdım, çox həyəcanlı olmasamda məsulliyyət hissi var idi .Xalqlar Dostluğu metrosundan çıxıb o tərəflərdə olan binalardan birinə daxil olub, 3-cü mərtəbəyə qalxdım.Qapını yüngül şəkildə döydüm, balaca bir uşaq açdı qapını adı Sərxan idi.Atan evdədi deyə soruşdum.O da hə əmi içəridə səni gözləyir.Başını sığallayıb içəri daxil oldum.Əli bəyin həyat yoldaşı Mədinə xanım məni qarşıladı və məni otağa dəvət etdi... İçəri daxil oldum Əli bəy divanda əyləşmişdi , xoş gəlmisən buyur əyləş dedi.Mən onun sol əlini sıxaraq salamlaşdım , və qarşısında əyləşdim.Biraz hal əhval tutduqdan sonra Mədinə xanım çay gətirdi.Bu vaxta qədər isə mən otağı nəzərdən keçirdim.Divarlardan asılmış müxtəlif şəkillər diqqətimi çəkdi amma məni təəccübləndirmədi.Çünki hara gəldiyimi bilirdim.Əli bəy məni fikirlərimdən ayıraraq buyur çaydan iç dedi.Çaydan Bir qurtum alaraq tələsmədən söhbətə başladım. + Əli bəy könüllümü bu işə başladız ? - Əlbətdə könüllü başladım.Məqsədim nə pul ,nə də məşhurluq idi.Bir məqsədim var idi.Bu cur dəhşətləri,həyatda necə iyrəncliklərin olduğunu hamıya göstərmək, və onlarda nifrət yaratmaq. Mən sual verdikcə O sanki titrəyir amma mənə bildirmir.Deyəsən onu əvvəlki illərə qaytardım.Davam edək + Peşmansınızmı ? - Qətiyyən....(Çaydan bir qurtum aldı) Peşman olacağımı bilsəydim heç getməzdimdə.Peşman deyiləm.Məni bu cür sevən həyat yoldaşım və oğlum var.Onların yanında heç bir peşmançılıq hissi ola bilməz. + İlk dəfə ora gedəndə nə hiss keçirdiz? - Mən ora gedəndə utandım.... Mən çox təəccübləndim.Öz-özümə bu cür adam nəyə görə utansınki deyə fikirləşdim.Və ağzımdan qeyri-ixtiyari niyə sözü çıxdı. O davam etdi... - Bax ilk çəkdiyim foto budur. O,yanındakı çantadan bir şəkil çıxardıb mənə göstərir.Doğurdanda dəhşət verici bir mənzərə idi.Tank maşının üstündən keçirdi içindədə bir ailə.Mən bu cür mənzərələrə baxa bilmirəm.O,mənim bir qədər pis olduğumu görüb şəkili yenidən çantaya qoydu.Mən hələdə ondan niyə utandığlnın səbəbini gözləyirdim. yaddaşında saxladı. Söhbətimizə ara verib çay içməyə başladıq.Əli bəy bir siqaret daha yandırdı.Bu arada Sərxan yanımıza gəldi.Atasının yanında oturdu.Çix qürurlu və mərd oğlandı Sərxan.Atasına dayaq idi.Bu yaşda onun oynaması əylənməsi lazımdı amma o indidən xeyirli övlad olduğunu göstərir.Çoxları ata və anasının əl ayağı salamatkən onları ya küçəyə atır,ya da qocalar evinə göndərir.Amma bu balaca Sərxanın 11 yaşı var.Və o daim atasının yanındadı.Atasının əli ,ayağı olub.Söhbət əsnasında ondan atanı çox istəyirsən? deyə soruşdum.Aldığım cavab isə mənim bu uşaq haqqında fikirlərimi daha da möhkəmləndirdi:mən atama heçvaxt nifrət etməmişəm. Düzün desəm 11 yaşlı uşaqdan bu cür cavab gözləmirdim.Çayımızı Səbr etməyib yenə soruşdum + Əli bəy ,niyə utanırdız? O şəkili çantaya yerləşdirib Cavab verdi: - Allah bu lənətə gəlmiş aparatları çıxardanın bəlasını versin.Bilirsiz ,mən müxbirəm.Məni heçkim mıcbur eləmədiki get muharibəni çək.Mən...Mən utanıram orda döyüşmədim.Döyüşüb orda həlak olardım,bəlkədə neçə günahsız insanın həyatı xilas olardı.Amma mən....(Bir siqaret yandırdı) Yanında olan siqaret dolu külqabı onun tez-tez çəkdiyini göstərirdi. - Mən isə orda həlak olanları ölümsüzləşdirirdim- davam etdi. Bilirsən cavan oğlan, ölmək başqa ,ölümün,həmdə faicəli ölümün şahidi olmaq isə bambaşqa bir şeydi.Bu hissi yaşamağı heçkimə arzulamıram.Qırılmış ayaqlar,kəsilmiş başlar baxa bilməsəmdə fotoaparatımın obyektivi hamısına baxdı.Hətta onları içdikdən sonra söhbətimizə davam etdik; + Mən sizə simvolik suallar vermək istəmirəm, lakin bir sual məni düşündürür, dəyərdimi ? Bu sualla mən sanki onu biraz qıcıqlandırdım.Belə istəməzdim olsun amma verməliydim sualımı.O özünü toplayaraq sualıma cavab verdi; - İnsanlar var gedir müharibəyə yarım halda qayıdırlar.Və onları heçkim qəbul eləmir.Hətta ailəsi belə.Kaş ölsəydi deyirlər.Çünki o insan yarım halda ailəsinə yük olur.Məndə yarım haldayam.Bir qolum və ayağım yoxdu.Lakin oğlumun və həyat yoldaşımın mənə olan bu sevgisi nəyə desən dəyər.Mədinə (həyat yoldaşı) məni sevəndə mən tam insanıydım.Əlim ,ayağım hamısı yerində idi.Oğlum isə 4 yaşından məni bu vəziyyətdə görür.Əgər sənə bütün dərd qəmini unutduracaq insanlar varsa hər şeyə dəyər.Mən nə ana üzü görmüşəm nə də ata.Mədinə mənə onların hamısını əvəz edib bu yaşıma qədər.Bundan sorada edəcək əminəm.Bir baxında mənə kim sevər məni bu halımla ? Yolda getsəm ən azı dilənçi hesab edərlər.Ona görə də insanların bu cür düşüncəsi ucbatından mən heç bir yerə çıxmıram.Bir söz vare... (O bir qədər düşünür və nəyisə xatırlamağa çalışır) Sağlığında qiymət verin insanlara. Mən , bu sözdən təsirlənmədim desəm yalan olar.Əli bəyi bəlkə də ilk insan idimki belə axtarıb tapıb onunla maraqlanırdım.Və ondan belə desək müsahibə alırdım.Mən müxbir deyiləm sadəcə yazaram.Və Əli bəy üçün tarixdə qalacaq bir şey eləmək istədim.İndi siz fikirləşirsizki sən yazdığını kimdiki tarixə salan.Düzdü bəlkə də elə olacaq. Söhbətimizi davam etdiririk; - Bayaq mən sənə demişdim axı utanırdım mən.Artıq bu hiss məni mənəvi öldürməyə başlıyırdı...Çəkirdim sadəcə.Heçkimə bir köməyim dəymirdi.Şəhərdə atışma idi.Mən bir divara söykənib güllələrdən özümü qorumağa çalışırdım.Fotoqrafam mən əsgər yox deyərək özümü sakitlışdirməyə çalışırdım.Sənin işin çəkməydi Əli,sakit ol deyirdim.Artıq dəli olurdum.Atılan qumbaralar , silah səsləri hələ də qulağımdadı.Mən bir bina evinin altında zirzəmiyə oxsar bir yerdə idim.Vijdanımın səsi məni rahat qoymurdu.Qarşımda onlarla insan həlak olurdu və mən heçnə etmirdim.Axı nə edə bilərdim fotoqrafam axı mən. Pilləkanlardan ayaq səsi gəlməyə başladı.Əlimə bir daş alıb gizləndim.Ağlayaraq bir qız uşağı aşağı doğru qaçırdı.Özümdən asılı olmadan onu qucağıma aldım.Hardasa Sərxan yaşda olardı.10-11 yaşlı.Balaca anan hardadı sənin? deyə soruşdum.Əliylə yuxarını göstərdi.Qalxdım yuxarı.Ev sanki qəbirstanlıq idi.Uşaqdan tutmuş böyüyə qədər hamı yerdə idi. Ağlıyırdı ,dözə bilmədim; yatıblar onlar balaca , yorğundular, ananda çox yorulub birazdan oyanacaqlar deyirdim.O isə ancaq ağlayırdı.Bəlkədə bilirdi onlar əbədi olaraq gediblər bu yuxuya.Ölüm....(daha bir siqaret yandırır) Ölüm rahat olmalıdı.Əzabla yox.Hamı öz əcəli ilə ölməlidi.Onlarla insanın ölümünə şahidlik etmək hər gün ölüb-ölüb dirilmək deməkdi.Bu isə daha pisdi. Mən qız qucağımda binadan qaçaraq çıxmağa başladım əsgərlər məni görüb atmağa başladılar, uşağı qucağımda gizlədim qaçırdım.Ayağım minaya ilişdi.Sürətlə qaçdığımdan özümü saxlaya bilmədim.Və partlayış.... Müxbir olduğumu sonradan biliblər , gözümü xəstəxanada açdım.Qız, səsdən qulaqları eşitmirdi.Balaca olduğundan ona çox təsir etmişdi.Hətta məndə 1 aydan sonra düzəlməyə başladı.Şükür Allaha ki başqa heçnə olmamışdı.Bədənim qızı qorumuşdu.Amma ayağım və əlim..... Əli bəy siqareti külqabına möhkəm sıxır yerindən qalxmaq istəyir ona kömək edirəm.Deyəsən söhbətimiz yekunlaşmışdı.Amma məni bir sual daha maraqlandırırdı.Görəsən o nə əldə etdi ? Bu sualın cavabın isə izah etmək çox çətindi... /Mehman Məmmədzadə
Posted on: Sun, 03 Nov 2013 12:40:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015