Müəllimlik dünyanın ən ali peşəsi. Həyatda mövcud olan - TopicsExpress



          

Müəllimlik dünyanın ən ali peşəsi. Həyatda mövcud olan bütün sənətlərin özülünü qoyan insanlar. Dünyanın ən əziyətli və məsuliyyətli işi. Bu peşəyə yiyələnmək üçün ürəkdən sevmək və bağlanmaq gərəkdir. Çünki minlərlə körpənin və gələcək ailələrin talehi onların əlindədir. Bu gün 5 oktyabr müəllimlər günüdür. Bayramınız mübarək əziz müəllimlərimiz. Siz bizim həyatımızda əvəz edilməz insanlarsız. Sevincimizə şərik olub,bizimlə birlikdə sevinənlər, kədərimizi qovmaq üçün əlindən gələni edən şəxslər. Silahı qələm olan böyük bir ordu. Zülmətə nur çiləyən fədakarlar. Mən bu gün münasibəti ilə ümumilikdə Azərbaycan təhsilinə, tədrisə könül verən hər bir təhsil əməkçisini. Şirvan elində mövcud olan hər bir məktəbin müəllim kollektivini, başda Bico məktəbi olmaqla təbrik edirəm. Amma xüsusi təbrikim isə 4 ilə yaxın bir zaman kəsiyində çalışdığım və kollektivinin hər bir fərdindən böyük hörmət gördüyüm Ağsumuzun kiçik amma çox sevimli kəndi olan Qarabağ döyüşlərində canından keçmiş Azər Nuralıyevin adını daşıyan Keçdiməz kənd orta məktəbinin kollektivini ürəkdən təbrik edirəm. Onlara yeni-yeni təhsil uğurları diləyirəm. Keçdiməz məktəbinin tarix müəlliməsi Rəfiqə müəllimə yəniki adminka GÜLÜ.
Posted on: Sat, 05 Oct 2013 16:02:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015