Məmməd Araz. Belə dönmə, ismi dönük deyilsən; Gileyin - TopicsExpress



          

Məmməd Araz. Belə dönmə, ismi dönük deyilsən; Gileyin var: yağdırıb get, yağıb get. Qayıdarsan: yol göyərər, yol donar, Keçdiyimiz yola bir də baxıb get! İnnən belə dəmin dəmdə, qəmin kəm... İnnən belə toy-büsatlar səninki. Göz yaşların gərək olmaz yəqin ki... Gözlərini gözlərimə sıxıb get. Aldatmaq da aldanılmaq deyilmi? Zəhər satmaq zəhər almaq deyilmi? Yaxşı quyu tərs badalaq deyilmi? - Elə birdi: yıxılıb get, yıxıb get... Tufan dəli, il tağında gül zərif, Tez töküldü ömrümüzün gün zəri. Barı ayır yadda qalan günləri, Yaddaşının bir ucuna yığıb get. Qopdu bir səs, qopdu bir tağ qalamdan, Göyərçinlər perikdi dağ qalamdan, Eşqim qalan bu üçbucaq qalamdan Əlində cam, dilində şam çıxıb get...
Posted on: Sat, 22 Jun 2013 12:00:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015