Məşhur alman aliminin məzarının üzərində İmam Əlinin - TopicsExpress



          

Məşhur alman aliminin məzarının üzərində İmam Əlinin ə.s kəlamı: “Ənnasu niyamun iza matu fəntəbəhu. İnsanlar yuxudadırlar, ölən zaman oyanacaqlar” Tanınmış şərqşünas xanım Annemari Şimel (Annemarie Schimmel) 1922-ci il fevralın 7-si Almaniyanın Orford şəhərində dünyaya göz açıb. Onun Şərq barədə araşdırma aparmasına və eləcə də şərqşünaslıq fakültəsinə daxil olmasına səbəb uşaqlığında bir ərəb nağılı oxuması imiş. 15 yaşında ikən ərəb dilini öyrənən Annemari 22 yaşında Almaniyanın Marburq Universitetində müəllimlik dərəcəsinə çatıb. Maraqlı burasıdır ki, ərəb, fars, türk, urdu və bir çox dilləri mükəmməl bilən tanınmış şərqşünas 1946-cı ildən sonra Ankara Universitetində türk dilini tədris edib. 1951-ci ildə isə dinlərin tarixi üzrə doktorluq dərəcəsinə çatıb. FaktXəbər-in məlumatına görə, sonralar o, Harvard, Kembric və dünyanın bir çox universitetlərində tədrislə məşğul olub. Bir neçə il öncə terror edilən Pakistanın baş naziri xanım Banəzir Buhutto da məhz onun şagirdlərindən imiş. Bundan daha maraqlı bir məqam isə məşhur alman aliminin İmam Əliyə (ə) və İmam Zeynalabidinə (ə) məhəbbətidir. Bu imamların kəlamları haqda bir çox araşdırmalar aparan xanım Annemari Şimel, vəfatından öncə məzarının üstündə İmam Əlinin (ə) məşhur kəlamlarından birinin yazılmasını vəsiyət edib. Hazırda onun qəbrinin üstündə bu sözlər həkk olunub: “Ənnasu niyamun iza matu fəntəbəhu”. Yəni, “İnsanlar yuxudadırlar, ölən zaman oyanacaqlar
Posted on: Sun, 22 Sep 2013 04:07:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015