" Nərdivan" ( Nəriman Həsənzadə ) Bu dünya - TopicsExpress



          

" Nərdivan" ( Nəriman Həsənzadə ) Bu dünya nərdivandı,- Qalxanda mehribandı, Enəndə nə yamandı... Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırırdı nərdivan, Məni xatirələrə Endirirdi Bu zaman. Birimiz-günçıxanda, Birimiz günbatanda... Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. O da enə bilməzdi,- Haqlı, haqsız Vermişdi, öz hökmünü təbiət, Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya... Əsmər Baxışlı
Posted on: Wed, 17 Jul 2013 15:09:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015