Oruc tutmaq barədə 7 yanlış stereotip ◆Yanlışlıq: - TopicsExpress



          

Oruc tutmaq barədə 7 yanlış stereotip ◆Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. ◆Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur. ◆Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. ◆Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. ◆Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz. Həqiqət: Bunlar 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir. ◆Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir. ◆Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz. Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.
Posted on: Thu, 11 Jul 2013 05:27:50 +0000

Recently Viewed Topics




© 2015