Oxu! Oxu ki, məni tanıyasan. - İnsanların mənə qarşı - TopicsExpress



          

Oxu! Oxu ki, məni tanıyasan. - İnsanların mənə qarşı hərəkətlərini nəyə bənzədirəm bilirsən? Hamımız balaca uşaqlarla oynayarkən uşaqların oyunlarının köməkçi personajı oluruq. O balaca uşaq superman, spider-man və ya batman olmaq istəyir xəyalında. Bizdən güclü olduğunu sanır. Bizi o balaca əlləri ilə yumruqlayır. Biz isə onun oyunun bir parçası oluruq və o balaca əllərlə dəyən zərbələrdən özümüzü əzab çəkmiş kimi göstəririk. Təki o uşağın oyunu davam etsin. O xoş anlar keçirsin deyə. O vurur.. Biz yalannan ax-uf çəkirik. O gülür. Biz zövq alırıq.Bizim missiyamız budur o oyunda. Ya o uşağa qarşı gəlib onu ağladacaqsan yada fanyaziya dünyasında onu xoşbəxt edəcəksən. İnsanlarda belədir. Real həyatların real oyunçuları, aktyorlarıdırlar. Mənə yalan danışırlar. Üzümə güldükləri qədər əsla səmimi deyillər. İnandırmağa çalışırlar o böyük və üstün oyunçuluq qabiliyyətləri ilə. Burada mənim missiyam başlayır. Ya onlara qoşulub o oyunu oynamaq yadakı oskarlıq aktyor olmadıqlarını onlara anlatmaq. Ya düşmən olmaq yadakı özünü aldanmış kimi göstərib qeyri-səmimiyyətə qarşı saxta səmimiyyət yaratmaq. Mən burada özümə baş rol seçmədim. Aldanmışlığı qəbul etdim. Təki real həyatın real oyunçuları bu oyunda xoşbəxt olsun deyə. Amma bunu unutmayın. Sizi çox yaxşı tanıyıram. Məni aldatdığınızı sandığnız qədərdən daha da çox. İmza: Köməkçi obraz Anar Kamalzadə
Posted on: Wed, 21 Aug 2013 11:43:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015