Oyunun təhlili: Serie A / Verona –AC Milan Bu mövsümdən - TopicsExpress



          

Oyunun təhlili: Serie A / Verona –AC Milan Bu mövsümdən etibarən Milan`nın keçirəcəyi hər bir oyunun geniş təhlilini verəcəyik və bu təhlildə Milan`nın oyununun mənfi və müsbət tərəflərinə aydınlıq gətirəcəyik. İlk olaraq 2013/2014 mövsümündə Milan`nın Serie A`dakı ilk oyununu: Verona -AC Milan oyununu təhlil edək. Hələ oyun başlamazdan bir neçə gün əvvəl bu oyunda Milan`nın ciddi itkilərinin olması bildirilirdi. Heç şübhəsiz bu mövsüm ən böyük itkimiz Pazzini olsa, onunla birlikdə Boateng, De Jong və De Sciglio`nun oyun öncəsi zədələnmələri baş məşqçi Allegi`nin onsuzda çətinləşən işini birə beş çətinləşdirmişdir. Əvəzində oyunun başlamasına bir neçə saat qalmış məhz Niang`ın start heyətində yer alması xəbəri bir çox Rossoneri`lər üçün sözün əsl mənasında sürpriz oldu. Bundan başqa Rossoneri`lər üçün daha bir sevindirici məqam Milan`nın bu mövsüm ən dəyərli transferi kimi qiymətləndirilən Poli`nin də ilk start heyətində yer alması oldu. Oyunu əlamətdar edən daha bir hadisə Milan`nın yeni kapitanı Montolivo`nun Milan`nı ilk dəfə Serie A`da yeni kapitan kimi meydana çıxarması idi. Rossoneri`lər həmişəki kimi yenədə yüksək səviyyədə Milan`ı rəqib stadionunda dəstəkləməkdə idilər. Mən deyərdim ilk dəqiqələrdən oyun Milan`nın diqtəsi ilə keçdi. Hətta ilk dəqiqələrdən edilən hüçüumlar Milan`nın bu oyunda iri hesablı qələbəsindən xəbər verirdi. Edilən hücumlar belə demək olarsa, tezliklə bəhrəsini verdi. Mian`nın Super Mario`sunun ideal ötürməsi Poli`ni Verona qapıçısı ilə təkbətək qoydu ki, yeni transferdə edilən ötürməni layiqincə dəyərləndirdi və tablodan olan sıfırlardan birini Milan`nın xeyrinə dəyişdi. Lakin Milan`nın oyunu məhz elə bil bura qədər imiş, belə ki, get-gedə oyunun mərkəzi üçün mübarizədə debütatnt - Verona qalib ayrılmağa başlayırdı. Üstəlik Milan`nın mərkəzi müdafiə xəttinin zəif təsir bağışlaması, cinahlardan Constant`ın və Niang`ın qeyri-dəqiq oyunları, üstəlik El Shaarawy`nin ona edilən ötürmələri boşa verməsi və Balotelli`nin fiziki cəhətdən meydanda çox ağır görünməsi tezliklə Verona`nın fərqlənəcəyindən xəbər verirdi. Daim etdiyi hücumların qolla nəticələnməyəcəyi halda , heç olmasa künc zərbələrinin qazanılmasına can atan Verona artıq künc zərbələrinin statistiasında da önə keçməyə başlamışdır. Bu tip oyun taktikasını seçmələrinə səbəb isə Verona`lıların heyətində təhlükəli silah Luca Toni`nin oynaması idi. Milan`nın qeyd edilən nöqsanları nəhayət öz bəhrəsini verdi. Belə ki, küncdən qaldırılan daha bir zərbəni Verona`nın hücumçusu Luca Toni məntiqi sonluqla tamamladı və fasilə öncəsi hesabı yenidən bərabərləşdirdi. Fasiləyə bərabərlilə yollanan Milan fasilədən sonra baş məşqçi Allegri`dən alınan tapşırıqlardan sonra ikinci hissədə daha fəal olması gözlənilsədə meydanda tamam başqa oyun start götürdü. Bu dəfə artıq Milan deyil, məhz Verona hesabda irəli çıxmaq istəyirdi. Belə ki, Milan`nın ara sıra edilən hücuçlarının qarşısını müvəffəqiyyətlə alan Verona müdafiəçiləri topu irəli ötürməklə çox təhlükəli hücumlar reallaşdırırdılar. Bu hücumların birində Milan`nın müdafiə xəttini səhvi nəticəsində, daha doğrusu rəqib oyunçu, Luca Toni`nin ofsyadda olmasını güman edən müdafiəçiləri rəqib klubun hücumçusu qolla cəzalandırdı və nəticədə hesabda 2-1 irəli çıxdı. Qoldan sonra Milan`nın ayılması gözlənilsədə meydanda Verona öz oyunu ilə Milan`a diqtə edirdi. Allegri vəziyyətin çətin olduğunu anlayıb əvəzetmələrin hamısını reallaşdırsa`da buda heç bir əhəmiyyət kəsb etmədi. Əvəzində Milan daha da ağırlaşır və oyununda heç bir irəliləyiş hiss olunmurdu. Rəqib Verona isə 3`cü qolu vurmaq üçün çox irəli atılırdı. Nəticədə Milan Serie A`nın ilk həftəsində 2-1 hesabı ilə məğlub oldu. Məncə hesab düzdü bizi məyus etsədə, amma əsla məyus olmağa dəyməz. Çünki adətən alışdığımız kimi Milan çətin oyunları öncəsi tarix boyu bu cür özündən zəif klublara qarşı oyunlarda çox belə məğlubiyyətlərə məruz qalıb. Qeyd edək ki, Mian`nın bu çərşənbə Uefa Çempionlar Liqasının Pley-off mərhələsində PSV Eidhoven ilə cavab qarşılaşması baş tutacaq. İlk oyunda 1-1 hesablı heç-heçəyə razılaşan Milan holland klubunu keçəcəyi halda Uefa`dan 30 milyondan artıq gəlir əldə edəcək ki, biz Rossoneri`lərdə ümid edirik ki, Milan rəhbərliyi həmin qazancla özünə vacib olan bir neçə transferi reallaşdıracaq. Nəticə olaraq Milan`nın Verona`ya məğlub olmasının səbələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Milan`nın psixoloji durumunun yerində olmaması. 2. Milan`nın hücum xəttindəki futbolçularının fiziki cəhətdən zəif olmaları. 3. Allegri`nin taktiki cəhətdən ilk 11`likdə bəzi səhvləri. 4. Müdafiə xəttinin zəif oyun sərgiləməsi. 5. PSV ilə oyun öncəsi öz gücünü saxlamaq niyyəti. Admin #Fuad
Posted on: Mon, 26 Aug 2013 14:22:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015