Partlayış nəticəsində 50-dən çox adam ölüb İraqın - TopicsExpress



          

Partlayış nəticəsində 50-dən çox adam ölüb İraqın müxtəlif bölgələrində partlayışlar və silahlı hücumlar oub. Miqyasına görə ən iri terror hadisəsi paytaxt Bağdadın Şimal-Qərbində yerləşən Bakuba şəhərində baş verib. Avtomobilə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 11 nəfər həlak olub, 34 nəfər yaralanıb. Bağdadın yaxınlığında Mədain şəhərində baş verən müxtəlif partlayışlarda 7 nəfər həlak olub, 30 nəfər müxtəlif xəsarətlər alıb. Bağdadın özündə törədilmiş partlayışlar 15 nəfərin ölümünə, 50-ə yaxın adamın yaralanmasına səbəb olub. Ökənin Şimalindakı Kiyara şəhərində rəsmi məlumatlara görə, bir qrup silahlı şəxs əsgərləri daşıyan avtomobillərə hücum edib. Bu zaman 5 əsgər öldürülüb, cəsədlərinin isə yandırıldığı deyilir. İraqın Balad və Mosul şəhərlərində hücumlar baş verib. Bu şəhərlərdə 17 nəfər öldürülüb.
Posted on: Mon, 26 Aug 2013 11:43:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015