Qalatasaray mübarizəni dayandırdı, Real 1/4 - TopicsExpress



          

Qalatasaray mübarizəni dayandırdı, Real 1/4 finalda 19.03.2014 10:11 Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Dünen daha iki oyun keçirilib. İngiltərənin Çelsi klubu öz meydanında Qalatasarayı qəbul edib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Çelsi doğma meydanda 2:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Digər oyunda isə Real (Madrid) Şalke ilə üz-üzə gəlib. Almaniyada baş tutan ilk oyunda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olardı. Bu matçda da 3:1 hesabı ilə qalib gələn Madrid klubu növbəti mərhələyə yüksəlib. Qeyd edim ki 1/8 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq. 18 mart Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 23:45. Çelsi (İngiltərə) - Qalatasaray (Türkiyə) (İlk oyun - 1:1) - 2:0 Qollar: Samuel EtoO, 4 (1:0), Qari Kehil, 43 (2:0) 23:45. Real (Madrid, İspaniya) - Şalke (Almaniya) (İlk oyun - 6:1) - 3:1 Qollar: Ronaldo, 22 (1:0), Tim Hooqland, 31 (1:1), Ronaldo, 74 (2:1), Morata, 75 (3:1) 19 mart 23:45. Borussiya (Dortmund, Almaniya) - Zenit (Rusiya) (İlk oyun - 4:2) 23:45. Mançester Yunayted (İngiltərə) - Olimpiakos (Yunanıstan) (İlk oyun - 0:2) 12 mart Barselona (İspaniya) - Mançester Siti (İngiltərə) (İlk oyun - 2:0) - 2:1 Qollar: Messi, 67 (1:0), Kompani, 88 (1:1), Alveş, 90+2 (2:1) Qırmızı vərəqə: Zabaleta, 78 (Mançester Siti) PSJ (Fransa) - Bayer (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0) - 2:1 Qollar: Sam, 6 (0:1), Marqinos, 13 (1:1), Lavezzi, 53 (2:1) Qırmızı vərəqə: Can, 68 (Bayer) 11 mart Atletiko (Madrid, İspaniya) - Milan (İtaliya) (İlk oyun - 1:0) - 4:1 Qollar: Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1) Bavariya (Almaniya) - Arsenal (İngiltərə) (İlk oyun - 2:0) - 1:1 Qollar: Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1)
Posted on: Wed, 19 Mar 2014 06:11:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015