Qalxanabənzər vəzin xəstəlikləri Qalxanabənzər vəzi - TopicsExpress



          

Qalxanabənzər vəzin xəstəlikləri Qalxanabənzər vəzi daxili sekresiya vəzilərindən olub, tiroksin, triyodtironin hormonları ifraz edir ki, onlar da öz növbəsində boyatma, toxuma və orqanların inkişafı, enerji və maddələr mübadiləsi proseslərini tənzim edir. Vəzin funksiyasının artması və azalması müxtəlif xəstəliklərə gətirib çıxarır. Səbəblər isə müxtəlif ola bilər, ekoloji pozğunluqla əlaqədar radiasiya, genetik faktorlar, qidada yod çatışmazlığı və zərərli vərdişlər xəstəliyə yol aça bilər. Hətta vəzin çox kiçik funksional pozğunluqları zamanı, hormonlarda da bir dəyişiklik olmadığı təqdirdə digər orqanlarda əlavə xəstəliklər meydana çıxa bilər. Qalxanabənzər vəzin sekresiya etdiyi hormonların səviyyəsi digər vəzilərin aktivliyindən də asılıdır. Bunlara hipofiz, hipotalamus, böyrəküstü vəzilər, cinsi vəzilər aiddir. Bundan başqa, qalxanabənzər vəzin funksiyasına digər iki vəzin sintez etdiyi hormonlar da təsir edə bilər. Hipofiz hormonu -TTH, hipotalamus -TRH. Hipertireoz və ya vəzin funksiyasının artması ilə müşahidə olunan sindrom. Hipertireoz aşağıdakı xəstəliklərin ayrılmaz sindromudur: Toksiki diffuz zob və ya Qreyvs, Bazedov xəstəliyi. Tireotoksik kriz T3 toksikoz və ya intoksikasiya Toksiki düyünlü zob ya qalxanabənzər vəzin toksiki adenoması və ya Plümmer xəstəliyi. Süni hipertireoz Müxtəlif formalı tiroidit Hipofizin şişi, metastatik embrional karsinoma və ya xoreokarsinoma, yumurtalıq teratoması ilə əlaqədar meydana gələn ikincili hipertireoz. Klinika: taxikardiya (tez-tez ürək döyünməsi ),tərləmə, zəiflik, ümumi halsızlıq, yuxunun pozulması, əsəbilik, tremor, iştahanın artması, bədən kütləsinin azalması, ishal, gözlərin qıcıqlanması, göz suyunun axması, fotofobiya, (işıqdan qorxma), ekzoftalm (göz bəbəklərinin qabarması), aybaşı tsiklinin pozulması və s. Hipertireoz ciddi müalicə tələb edir, belə ki, xəstəlik xəstənin vəziyyətini pisləşdirməkdən əlavə, ürək əzələsinə çox ciddi ziyan vura bilər, bu da sonra qulaqcıqların fibrillyasiyasına gətirib çıxara bilər. Hipotireoz qalxanabənzər vəzin hormonların sintezinin azalması ilə xarakterizə olunur. İlkin hipotireozun ən çox rast gəlinən forması Xaşimoto tireoditi və ya autoimmun tireoditdir. Xəstəlik immun sistemin genetik hissəvi deffekti ilə əlaqədardır. Bu halda immun sistemin antitelləri qalxanabənzər vəz tərəfindən istehsal olunan hüceyrələri yad hüceyrə kimi qəbul edib onları məhv edir. Bu da getdikcə vəzin hormon sintez etmə qabiliyyətini aşağı salır. Bundan başqa, zob hipotireozu, endemik kretinizm, anadangəlmə miksedema, əməliyyat sonrası hipotireoza rast gəlinir. Hipotireozun ikincili formaları isə adətən, hipotalamus-hipofizar sistemin çatmamazlığı fonunda meydana çıxır. Hipotirezun klinikası: sifətin ödemi, səsin xırıltılı olması, danışığın yavaşıması, yaddaşın zəifləməsi, ümumi halsızlıq və zəiflik, dərinin quruluğu, dırnaqların və saçların nazikləşməsi və qırılması, qəbizlik, aybaşı tsiklinin pozulması, ürək ritminin pozulması, qanda xolesterinin artması, ətrafların ödemi, yuxu pozğunluğu ,depressiya, bədən kütləsinin artması və s. Hipotireozun uzunmüddətli və ağır formaları geri dönməyən dəyişikliklərə gətirib çıxara bilər, belə ki, hormonlar universal olduğundan bütün orqan və sistemlər zədələnmiş olur. Qalxanabənzər vəzin hormonlarının dərman formaları hazırlanmayan dövrlərə qədər bu xəstəlik ölümlə nəticələnən formalarına rast gəlmək olurdu. Hiperteriozun müalicəsi: Müalicə qalxanabənzər vəz hormonlarının əvəzedici preparatları ilə aparılır. Hormonal preparatların qəbulu da müxtəlif xarakter daşıyır, belə ki, bu vəzin funksional vəziyyətinin yoxlanılması üçün müəyyən müddətlik, ya diaqnostik məqsədlə, ya da bədxassıli düyünlər olduğundan vəzinin kəsilib götürülməsi nəticəsində təyin edilir. Sonuncu halda xəstə hormonal preparatları ömür boyu qəbul etmək məcburiyyətindədir. Qalxanabənzər vəzin xəstəlikləri: Qalxanabənzər vəz xəstəliklərinin içərisində ən çox rast gəlinən toksiki diffuz zob və autoimmun tiroiditdir. Bunlar oxşar patogenezə malik xəstəliklər olub, qohumlar içərisində ən çox rast gəlinən, müxtəlif kliniki simptomlara malik olan autoiimun xəstəlik kimi qiymətləndirilirlər. Qalxanabənzər vəzin əsas xəstəlikləri aşağıdakılardır: 1. Hipertireoz 2. Hipotireoz 3. Endemik zob 4. Düyünlü zob 5. Diffuz toksiki xob 6. Autoimmun tiroidit və ya Xoşimoto tireoditi 7. Yarımkəskin tireodit 8. Simptomsuz tireoidit 9. Tireotoksiki adenoma 10. Qalxanabənzər vəzin xərçəngi Xəstəliklərdən əlavə, vəzin qüsurlarına da rast gəlinir. Bunlara vəzin aplaziyası və ya tamamilə olmaması aiddir. Aplaziya nadir halda rast gəlinib embrional dövrdə tiroid toxumanın düzgün inkşaf etməməsi ilə əlaqədar meydana çıxır. Adətən, çox kiçik dövrdə anadangəlmə hipotireoz fonunda və ya skrininq test zamanı aşkarlanır. Uşaqlarda anadangəlmə hipotireoz ana hamilə olan zaman yod çatmazlığı nəticəsində meydana çıxır. Kliniki olaraq, uşaqda kritinizm və fiziki inkişafdan geri qalma kimi simptomlarla özünü göstərir. Hər iki patoloji vəziyyətin əsas müalicəsi ömür boyu hormonları əvəz edəcək preparatların qəbul edilməsidir. Boğaz uru Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir. Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır. Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir: — tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm; — arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik; — iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması); — gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü); — dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması; — iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması; — uşaqlarda – fiziki və əqli gerilik; — kişilərdə — cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması. Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir. Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir: — nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik; — qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi; — kişilərdə — potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması; — daima aclıq fonunda çəkinin azalması; — uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək); — quru və isti dəri; — bərəlmiş gözlər; — əllərin əsməsi. Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin! Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət. Boğaz urunun diaqnostikası Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də müvafiq anticismlərin səviyyəsini tədqiq edir. Analiz üçün qan acqarına, səhər saat 10.00 dək alınır. Bundan qabaq 20-30 dəqiqə sakit və rahat vəziyyətdə oturmaq lazımdır. Qalxanvari vəzdə bir və ya bir neçə düyün aşkar edilərsə, həkim bu düyün toxumasının biopsiyasını (hüceyrələrin tədqiqatını) təyin edir. Bunun üçün nazik iynə ilə düyünün toxumasının kiçik hissəsi alınır və histoloji müayinə edilir (hüceyrələrin müayinəsi). Bu müayinənin məqsədlərindən biri də qalxanvari vəzdə xərçəng hüceyrələrinin erkən aşkar olunmasıdır. Boğaz urunun müalicəsi Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin növü və səbəblərinə əsasən seçilir. Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir. Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir. Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur. Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur – məqsəd isə həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə yaxınlaşmasıdır. Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır. Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur. Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir. Boğaz urunun profilaktikası Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, yuxarıda göstərilmiş yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır. Ölkəmizin bir sıra rayonlarında yod qıtlığını nəzərə alaraq, əksər uşaqlar, yeniyetmələr və hamilə qadınlar əlavə profilaktik tədbir kimi yod preparatlarını qəbul etməlidirlər. Dərman preparatının və onun dozasının düzgün seçilməsi üçün müvafiq həkim mütəxəssisə (endokrinloq, ginekoloq, uşaq həkimi) müraciət edilməlidir. Profilaktikanın digər istiqaməti isə xəstəliyin erkən aşkar olunmasıdır. İstənilən növ boğaz urunun yuxarıda qeyd edilən risk amillərindən hər hansı Sizdə də mövcuddursa, məsələn, endemik zonada yaşayırsınız və ya nəslinizdə qalxanvari vəzi xəstəlikləri qeyd olunubsa, həkim-endokrinoloqun qəbuluna yazılın
Posted on: Sat, 26 Oct 2013 18:35:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015