Qaragilə (lat. Vaccinium myrtillus)[1] – qaragilə cinsinə aid - TopicsExpress



          

Qaragilə (lat. Vaccinium myrtillus)[1] – qaragilə cinsinə aid bitki növü.[2] Qaragilə xırda, yarımkol bitki olub, qara rəngli üzəri qarışıq, lət hissəsi qırmızımtıl – bənövşəyi, turşməzə, xoş dadlı meyvələri vardır. Qaragilə yabanı halda Avropada və Sibirin meşəliklərində çox geniş yayılmışdır. Bu bitkiyə tək -tək halda Qafqazda, o cümlədən Azərbaycanda təsadüf olunur. Qaragilə meyvələri tam yetişən dövrdə toplanır, sonra xüsusi quruducu peçlərdə 50 – 70 C temperaturda qurudulur. Meyvələrinin tərkibində 20 %-ə qədər şəkər, 7 % aşı maddəsi, 8 %-ə qədər limon və alma turşuları, 120 mq % C vitamini, karotin, pektin maddələri vardır. Qaragilə meyvələrindən elmi təbabətdə uşaqlarda baş verən mədə – bağırsaq pozluğunda [ishalda, dizenteriyada], sulu bişirmə, duru ekstrakt, firni [kisel] hazırlayıb, istifadə edirlər. Qaragilənin yarpaqları da faydalıdır. Son illərdə yarpaqlarını qurudub çay hazırlayaraq diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldıcı dərman kimi içirlər. Qaragilə meyvələrindən yeyinti sənayesində daha geniş istifadə olunur. Bu kiçik möcüzəli meyvədə kaıori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir. Qaragilə insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir və qida traktının iltuhabını azaldır, mədə pozğunluğunu yaxşılaşdırır Hündürlüyü 8-40 sm olan, yarpağı təkülən yaşıl budaqlı yarımkol bitkidir. Belarus, Ukrayna, Mərkəzi Rusiyada qarışıq meşələrdə, bəzən tundra meşə zolaqlarında bitir. Azərbaycanda 2 yabanı növünə Böyük və Kiçik Qafqazın subalp və alp sahələrində, yuxarı dağ meşələrində, çəmənliklərdə kolluqlar şəklində rast gəlinir. İstifadə olunan hissəsi meyvə və yarpaqlarıdır. Meyvəsi qara olub turşməzə, kəmşirin dada malik büzücüdür. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvəsi yetişir və bu zaman tədarük edilir. Meyvəsinin tərkibində 30%-ə yaxın şəkər, antosian qlikozidləri (mirtillin və s.), qalaktezidlər, 7-12% pirokatexin qruplu aşı maddələri, 7%-ə yaxın üzvi turşular, 0,75-1,6 mq % karotin, (0,04 mq %) B vitamin, 6 mq % C vitamini vardır. Toxumunun tərkibində 31-35%-dək tez donan yağ və 18%-ə yaxın protein vardır. Yarpaqlarında 1,6 %-ə qədər arbutin qlikozidi, 1%-ə yaxın hidroxinon, 2% neomirtillin qlikozidi, flavonoidlər, 20%-ə qədər aşı maddələri, efir yağının izləri, triberien və seril spirtləri, üzvi turşular və 250 mq %-ə qədər C vitamini vardır. Meyvə və yarpaqları əksər ölkələrin xalq təbabətində geniş istifadə olunur. Meyvəsinin dəmləmə və bişirməsi mədə-bağırsaq traktının fəaliyyətini nizamla-yır, maddələr mübadiləsini tarazlaşdırır, iltihab əleyhinə və büzücü, bərkidici, sidikqovucu, ağrıkəsici, qankəsici və spazmagötürücü vasitə kimi işlədilir. Həmin dəmləmə həmçinin mədə-bağırsaq katarı zamanı, mədə şirəsinin turşuluğu aşağı olduqda, həzm zəiflədikdə, xroniki qəbizlikdə, ishalda, ağrı və spazmalarda, böyrək və sidik yollarında duz və daşların əridilməsində, podaqra və revmatizmdə tətbiq olunur. Elmi təbabətdə meyvəsi zərif büzücü kimi və pəh-riz zamanı, uşaqlarda mədə-bağırsaq pozğunluqlarında (ishal, dizenteriya) sulu bişirmə, duru qarışıq, firni (kisel) formasında istifadə olunur. Fransa oftalmoloci laboratoriyası müəyyən etmişdir ki, qaragilənin meyvəsi görməni qaranlıqda yaxşılaşdırır, gözün yorğunluğunu götürür, torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir. İkinci dünya müharibəsi zamanı ingilis təyyarəçiləri qaranlıqda yaxşı görmək məqsədilə qaragilədən hazırlanmış məmulatlardan istifadə etmişlər. Qaragilə kosmonavtların da menyusuna daxildir. Yarpaq dəmləməsi qanda və sidikdə şəkərin miqdarını azaldır, eyni zamanda, böyrək daşı xəstəliyində duz və daşın parçalanmasına kömək edir. Klinik tədqiqatlar sübut etmişdir ki, yarpağın sulu dəmləməsi şəkər xəstəliyində yaxşı vasitədir. Bu dəmləmədən babasil qanaxmalarında imalə kimi də istifadə olunur. Meyvəsinin dəmləmə və bişirməsi boğaz və ağız boşluğu xəstəliklərində qarqara kimi, dəri xəstəliklərində, yanıqlarda isə islatma (kompres) kimi istifadə olunur.
Posted on: Fri, 06 Sep 2013 19:43:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015