Qardaşlar və Bacılar, Ailənizdə xoşbəxtliyin olmasını - TopicsExpress



          

Qardaşlar və Bacılar, Ailənizdə xoşbəxtliyin olmasını istəyirsinizsə aşağıdakı tövsiyələrə diqqət yetirin : Ey Qardaşlar : • Dəyişilməsi mümkün olmayan xasiyyətlərinə görə zövcənizə istehza etməyin..! • Zövcənizin sizə etdiyi hər bir itaət və yaxşıllığına görə ona duada iqrarlanın : Allah səndən razı olsun, Allah səni xeyirlə mükafatlandırsın. və.s • Zövcənizi heç vaxt insanların gözü önündə danlamayın..! • Heç bir qadını zövcənizdən üstün tutmayın..! • Ailədə zövcənizin əsəblərini oyadacaq və nifrətinə səbəb olacaq hərəkət və söhbətlərə yer verməyin..! • Zövcəniz ağladığı zaman evdən çıxıb getməyin..! • Ailə büdcəsinə birgə nəzarət etmək üçün onunla ortaq məxrəcə gəlin..! • Zövcənizin ailəsini sevin, onlara hörmət bəsləyin və xeyirli bir kürəkən olun..! • Zövcənizi əllə isitməmişdən öncə sözünüzlə isidin..! • Aranızda heç bir problemin davamını sabaha qoymayın. • Keçmiş nişanlın yaxud zövcənlə olan əlaqələrindən söz açmaqdan həzər edin..! • Hər dəfə əlinə fürsət düşdükdə zövcənə olan məhəbbətini ona söylə. • Həzinlik və narahatlıqla daima mübarizə apar və hər zaman sevincək və üzügülər ol..! • Hər bir xırda məsələyə diqqət yetirmə. • Özünü və libasını təmiz və gözəl qoxulu (ətirli) saxla. • Başına gələn hər hansı bir müsibətə görə zövcəni ittiham etmə. • Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll etməyə çalışın. • Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsləni şişirtmə. • Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul etmək lazımdır. • Yoldaşını pərt edəcək və aranizda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin. • Yoldaşınla müştərək işləri görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar. Otaqları səliqəyə salmaq. süfrə açmaq.və.s • Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma. Ey Bacılar : • Evləri təmiz və səliqəli xoş ətirli saxla. • Öyüd-nəsihət libasına girmiş rəfiqələrinin, sənin xüsusi həyatına müdaxilə etmələrindən çəkin. • Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin. • Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin..! • Hədiyyə edin və sevilin..! - Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun. • Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkinin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll edin..! • Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma..! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər. • Özün üçün tənhalıq seçərək ərindən uzaqlaşma, bacardığın qədər ərinlə birlikdə ol..! • Ərinin qohumları evinə gəldiyi zaman üz-gözünü turşutma. Əksinə, xoş üzlü, qonaqpərvər olmağa çalış..! Bil ki, bu zaman ərin sənin xarakterlərini aşkar edir və bunları hiss edir. • Övladlarınızla xoş rəftar et və onları ailənin adətinə uyğun olaraq ən gözəl adları ilə çağır..! Onlarla ixtilaf etməyə cəhd etmə..! Ərinin qarşısında uşaqları haqda xoş sözlər söylə..! • Hənif dinimizin bizlərə verdiyi vəsiyyətə uyğun olaraq qonşularla xoş davran, onlara yaxşılıq et, xoş və dar gündə onlara qatıl. Bunu bizə Allah Rasulu (salləllahu aleyhi və səlləm) əmr etmişdir. • Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, bəzən həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir. • Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol..! Dünyanı istədiyin kimi Axirəti də istə..! • İsrafçılıq ailə həyatını ifsad edən, Allahın nemətlərini itirəndir. Allah israf edənləri sevməz. Hər zaman israfçılıqdan uzaq olsanız heç vaxt ehtiyaclı olmazsınız. • Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər. Həmçinin bu problemlər uşağın yadına gələcək və ona təsir edəcəkdir. • Heç kəsə sənin həyatına müdaxilə etməyə izn vermə və sən özün də buna səbəb olma..! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma..!
Posted on: Thu, 27 Feb 2014 09:09:17 +0000

Recently Viewed Topics




© 2015