Qardaşlığın pozulmasının başlıca səbəblərindən biri - TopicsExpress



          

Qardaşlığın pozulmasının başlıca səbəblərindən biri də müsəlmanların bir-birinə qarşı yaxşı rəftar etməməsidir. Müsəlman qardaşı ilə münasibətdə kobud rəftar etməsi qardaşlığın zəifləməsinə aparan ən böyük amillərdən biridir. Məlumdur ki, kobud rəftarın arxasında sərt qəlb, yumşaq rəftarın arxasında isə yumşaq qəlb durur. Ümumiyyətlə, sərt qəlbli olmaq müşrik və yəhudilərin xüsusiyyətlərindəndir. Uca Allah buyurur: “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu” . Digər bir ayədə buyurur: “(İsrail oğulları) verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik” .
Posted on: Fri, 08 Nov 2013 11:32:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015