Qiymətlər 25 faiz artırıla bilər İqtisadi Tədqiqatlar - TopicsExpress



          

Qiymətlər 25 faiz artırıla bilər İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Turan agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik: Sual: Azərbaycanda bir sıra rəsmilər qiymətlərin artacağı ilə bağlı bəyanatlar verməkdədir. Nə gözlənilir? Cavab: Əslində, bu bəyanatı rəsmi hökumət təqdim edib. 2014-cü ilin büdcə layihəsində görünür ki, hökumət növbəti ildə bir sıra istiqamətlərdə qiymət və tarif siyasətində dəyişiklik etmək niyyətindədir. Bunlardan biri də kommunal istiqamətdir. Kommunal istiqamətdə əsas siyasət odur ki, maya dəyərini örtən tarif tənzimlənməsi həyata keçirilsin. Bu da o deməkdir ki, hazırda kommunal istiqamətdə tətbiq olunan qiymətlər həmin sektorda maya dəyərinin örtülməsi üçün kifayət etmir və yeni qiymət, tarif siyasətinə ehtiyac var. Ona görə artıq dövlət şirkətləri, o cümlədən “Azəriqaz”, “Azərenerji”, “Azərsu” qiymətlərdə dəyişiklik edilməsi üçün Tarif Şurasına müraciət edib. Düşünürəm ki, bu ilin sonunda Tarif Şurasından belə bir qərar gözləmək olar. Ola bilər ki, Tarif Şurası qazın, işığın və suyun qiymətlərinin bahalaşması ilə bağlı qərar versin. Sual: Nə qədər bahalaşma ola bilər, Satış qiymətləri ilə maya dəyəri arasında fərq nə qədərdir? Cavab: Müxtəlif xidmətlər üzrə fərqlidir. Əgər bu istiqamətdə həm istehsalın, həm xidmətin keyfiyyəti təmin olunarsa, daha səmərəli, daha qənaətcil istehsal təşkil edirlərsə, o halda maya dəyəri ilə indiki qiymət arasında elə də böyük fərq yaranmaz. Məsələn, enerji sahəsində itkilər daha çoxdur. Son nəticədə itkilərin zərər kimi hesablanması qiymətlərin daha da bahalaşmasına gətirib çıxarır. Ola bilər ki, enerji ilə bağlı qiymət artımı, su və qazla bağlı qiymət artımı tempini qabaqlasın. Enerji və suda qiymət artımı daha yüksək templə, qazda isə artım nisbətən az templə baş verəcək. Sual: Nə qədər artım ola bilər? Cavab: Dəqiq məlumat deməkdə və rəqəm səsləndirməkdə çətinlik çəkirəm. Demək istəyirəm ki, indi artım istehlakçılar üçün həmin xidmətlərin istiqamətlərindən asılıdır. Enerji və su istehlakçıları daha çox artım gözləməlidirlər. Sual: Bəs yanacağın qiymətləri necə, benzin, dizel yanacağının qiymətləri arta bilərmi? Cavab: Bu istiqamətdə müraciətləri də, yəqin ki, Tarif Şurası dəyərləndirəcək. Həmin sahədə artım olsa da, elə böyük qiymət artımı gözləmirəm. Amma hər halda onların qiymətlərində də dəyişiklik gözlənilir. Sual: Təxminən neçə faiz bahalaşma ola bilər? Cavab: Çətinlik çəkirəm. Yəni, yanaşmanın müxtəlif üsulları var. Bahalaşmanın müxtəlif ssenariləri tətbiq oluna bilər. Söhbət regional qiymət səviyyəsinə yaxınlaşmaqdan gedirsə, haradasa 25 faiz artımdan söhbət gedə bilər. Beynəlxalq qiymət səviyyəsinə yaxınlaşmaqdan söhbət gedirsə, qiymət iki dəfəyədək yüksəldilə bilər. Sual: Qiymət artımının ərzaq bazarına, ümumilikdə qeyri-enerji bazarına təsiri nə ola bilər? Cavab: Kifayət qədər çox ola bilər. Enerji və kommunal bazarlarda artım digər bazarlarda da artıma səbəb olacaq. Nəzərə alsaq ki, qiymət artımını şərtləndirən digər amillər də var, 2014-cü ilin dövlət büdcəsində xüsusilə də qeyri- neft sektorunda fəaliyyət göstərən sahibkarların vergi və digər məcburi ödənişlərinin səviyyəsinin artırılması nəzərdə tutulub. Bu, son nəticədə istehlakçılara göstərilən xidmətlərdə və satılan məhsulların dəyərində öz əksini tapacaq. Düşünürəm ki, növbəti il üçün real inflyasiya səviyyəsi 10 faizdən yüksək ola bilər. Burada da inflyasiyanın aparıcı xətti xidmət və ərzaq sektorunda bahalaşma ola bilər. Sual: Qiymət artımları əmək haqqı ilə ekvivalentdirmi? Cavab: Hətta indiki qiymətlər əmək haqqı ilə ekvivalent deyil. Qiymət artımı şəraitində isə gəlirlərlə xərclər arasında daha böyük fərq yarana bilər. Sual: Qiymət artımları sosial narazılıqlara səbəb ola bilərmi? Cavab: Lakonik şəkildə mümkündür. Sosial narazılıqların kütləviləşməsi isə əhalinin münasibətindən və daha düzgün dəyərləndirmədən asılıdır. Əgər qısa müddət ərzində dəyərləndirmə aparılacaqsa, onda lakonik, istehlakçılar uzun müddət ərzində dəyərləndirmə aparacaqsa kütləvi sosial narazılıqların qeydə alınması mümkündür. İstənilən halda hökumətlə istehlakçılar və əhali arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaran bir qərar olar. Turan HÖKUMƏT YENİ “ŞOK TERAPİYASI”NA HAZIRLAŞIR - Benzinin litri 80 qəpik olacaq DƏMİRƏLİN BAKI SƏFƏRİ İLƏ BAĞLI ŞOK İDDİA - Mason Lojasının «Böyük ustadı» niyə gəlmişdi? STOP Sahib İslamovun koma vəziyyətində ilk görüntüsü - Eksklüziv (Foto) Sabir Rüstəmxanlı qohumu Ziya Məmmədovdan yardım istədi - EKSKLÜZİV Azərbaycanda canlı yayımda hələ belə biabırçılıq olmamışdı - VİDEO Avropa.info AzadliqRadiosu.az dinlə Muğam Teatrının ləğv edilməsi qərarı... Öncəki Xəbərlər: 06/11/2013 14:24 - Qarabağ Konfransının qara bəxti 06/11/2013 11:20 - Kitabla döyüşənlər 06/11/2013 11:18 - Bir zəng, bir həqiqət 06/11/2013 11:17 - Boş başlar və alimə atılan daşlar 06/11/2013 11:15 - Biz gənclərə nə deyək? 05/11/2013 15:57 - Aslan İsmayılov Hacı Taledən yazdı 04/11/2013 10:55 - Hakim aaa... Növbəti Səhifə >> Oxunub 2907 Bəyən Sən, Emin Ibrahimov və başqa 26.779 nəfər bunu bəyənirsiniz. ÇƏRŞƏNBƏ, 06 NOYABR 2
Posted on: Wed, 06 Nov 2013 17:03:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015