”Qız”: 2013 2013-cü ilin əvvəllərində işinizdə sizi - TopicsExpress



          

”Qız”: 2013 2013-cü ilin əvvəllərində işinizdə sizi sıxacaq narahatlıqlar, alıb-verəcək işlərlə bağlı sıxıntılar, kredit borclar, bankarla bağlı məsələlər ürəyinizi sıxacaq. Amma bu anlarda sizə ən böyük dəstəyi ailəniz göstərəcək. Lakin iş mühitini evə gətirməyin. İlin ikinci yarısında fərqli düşünməyə başlayacaqsınız. Xüsusilə də karyeranızla bağlı daha qətiyyətli olacaqsınız. Uşaq sahibi olmaq istəyənlər üçün bu il uğurlu ildir. Yanvar ayında dostlarınızla bağlı bəzi gərginlik, anlaşılmazlıq yaşa bilərsiniz. Fevral ayında isə ailənizdəki fərdlərindən birinin narahatlığı sizi üzə bilər. Mart ayından dostlarınızdan birindən borc istəyəcəksiniz, amma onun sizə kömək edə bilməməsi sizi incidə bilər. Əgər öz işinizi idarə edən birisinizsə, aprel ayında böyük layihələr haqda düşünməyin. İyun ayı isə xoş xatirələrlə yadınızda qalacaq. Dostlarınızla münasibətləriniz qaydasına düşəcək. Valideyn olanlarınız isə uşaqlarının akademik uğurları ilə yerə-göyə sığmayacaqlar. Iyul-avqust aylarında qısa müdəttli tətilə gedə bilərsiniz. Bu istirahət sizə yaxşı təsir edəcək. Sentyabr ayında yeni avtomobil ala, olanları isə onu yenisi ilə dəyişdirə bilərsiniz. Noyabr, dekabr aylarında ev, əmlak məsələləri ilə maraqlana bilərsiniz. Bu zaman alqı-satqı işləri üçün əla vaxtdır. Eşq həyatı Ürəyi boş olanınız yeni sevgi yaşa bilərsiniz. Münasibətlərinizdə tələsməsəniz, qarşınızdakı şəxslə əlaqələriniz ciddi şəkil ala bilər. Fevral ayında diqqətli olun. Aranıza başqa biri girib sizi ayıra bilər. Bunu isə təsadüf bir dostunuzdan öyrənəcəksiniz. Hətta bir iclas, ya da gözləmədiyiniz bir məkanda onlarla qarşılaşa bilərsiniz. Martın sonunda da münasibətlərində diqqətli olun, tələsməyin. İnsanları yaxşı tanımağa çalışın. Qadınlar dul bir kişi, ya da hansısa dostunuzun vasitəsilə kiminləsə tanış ola bilərsiniz. Amma həyatınıza kimisə daxil etməzdən öncə, yaxşıca düşünün. Dekabr ayında maddi vəziyyətlə bağlı xoşagəlməz hallar yaşana bilər. Amma münasibətlərin korlanmasını istəmirsinizsə, hər şeyi şişirtməyin. Səhhət İlin ilk ayları stresslə bağlı ağrılarınız ola bilər.
Posted on: Thu, 15 Aug 2013 21:19:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015