Qızlara söz atanlara necə baxırsız? deyəndə bəziləri - TopicsExpress



          

Qızlara söz atanlara necə baxırsız? deyəndə bəziləri deyir ki baxır qızın geyiminə. Guya ki qız açıq geyinibsə onun haqqı var sataşmağa. Ala nə geyim? Siz kimsiz ki camaata söz atasız? Bu ölkədə hər bir şəxs öz seçimlərində azaddı. Bir qızın da mini yubka və ya şortik geyinməsi sizin onun həyatına burnunuzu soxmağa haqq qazandırmır. Başa düşün artıq bunu. Mentalitet, milli mənəvi dəyərlərə fanatizmlə yanaşmaq olmaz. Yaxşı, siz yanaşın, siz lap zır mental dəyərlərlə yaşayın amma hamı sizin istədiyiniz kimi yaşamalıdı geyinməlidi deyə bir qanun yoxdur. Əgər bir qız lüt gəzirsə ona onun ailəsi cavabdehdir siz yox. Müsəlman qanunlarına görə deyirsinizsə yenə də sizin haqqınız deyil müdaxilə etmək, hərkəs özünə cavabdehdir. Şəhərdə gəzərkən hələ də qısa geyinənlərə ac çaqqalın ətə baxdığı kimi baxıb söz atıb nömrə qışqıranları görəndə adama pis təsir edir. Olmaz ki öz işiviznən məşğul olasız? Siz söz atanda cool görünürsüz yoxsa qız gəlib qucağıvıza minir? Mən DEMİRƏM açıq geyinənlərə YAXŞI BAXIN. Kim necə baxır öz işidir. Bir var sadəcə münasibəti pis olmaq bir də var burnunu soxmaq. Kiminsə həyat tərzinə münasibətiniz pis ola bilər, bu sizin haqqınızdır, amma burnunuzu soxmağa haqqınız yoxdur. Anlayın artıq bunu. Bu cür mental və qeyri tolerant düşüncələrlə uzağa getmiyəcəksiz, elə ona görədir ki indi heç uzaqda deyilik. Yaxşı ölkə təkcə ölkənin iqtisadi vəziyyətinə görə yaxşı olmur. Həm də insanların başında sağlam düşüncəsi ilə yaxşı olur. Çoxluğun başında sağlam düşüncə olmasa o cəmiyyət nə qədər varlı olursa olsun çox axmaq cəmiyyət olacaq. © Nunu
Posted on: Sun, 28 Jul 2013 22:08:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015