Cahil kəsləri tələyə salmaq üçün istifadə olunan - TopicsExpress



          

Cahil kəsləri tələyə salmaq üçün istifadə olunan üsullardan biri də sələfə tabe olmaqa edilən dəvətdir. Hər çalınan havaya oynamayan birisi, istər-istəməz belə bir sual ortaya qoyacaq: Sələf kimdir? Nədir? Cavab Müqəddəs ilk üç əsr olmalıdır. İlk başda belə geniş bir çərçivəylə çıxış edən bu dəvətçiyə, bidət firqələrinin elə ilk üç əsrdə çıxdığını dedikdə çərçivəni bir az daraldası olur: İlk üç əsrdə olan sünnə əhli... Xub! İlk üç əsrdə olan sünnə əhlindən də müxalif bir rəy təqdim edilir. Çərçivə bir az da daralır. İlk üç əsrdə yaşamış hədis əhli... Xub deyərək ilk üç əsrdə yaşamış hədis əhlindən birini müxalif fikriylə təqdim etdikdə çərçivə bir az da daralır: İlk üç əsrdə yaşayıb İmam Əhmədə tabe olanlar sayılır bu dəfə saleh sələf... Bu yazığa izah etmək lazımdır ki, özümüzü öldürsək də ilk üç əsrin birinci əsrindən İmam Əhmədə tabe olan birisini tapa bilməyəcəyik. Elə bu savab işə niyyət edərkən lənət şeytana deyib vaz keçəsi olursan. Çünki qorxursan ki, ölümündən sonra Həsən əl Bəsrinin yastığı altından Əhməd bin Hənbəlin oğlunun qaraladığı sünnə kitabına yazdığı müqəddimə və tərif çıxacaq. Ortalıqda zaman iztirabı var amma həşəvi zehniyyətdə hər şey mümkündür. Xub deyib Əhməd bin Hənbələ tabe olanlardan da müxalif bir rəy gətirirsən. Bu dəfə çərçivə bir az da daralır. Aydın olur ki sələf o deyilmiş, sələf ilk üç əsrdə yaşasa da Əhməd bin Hənbələ İbn Teymiyyə sayağı tabe olanlar imiş. Yenə İbn Teymiyyəni ilk üç əsrə aid edə bilmə kimi zaman iztirabı yaşansa da bir təhər xub deyirik. Elə İbn Teymiyyəsayağı tabeçilərdən qəliz də olsa müxalif bir rəy sərgilədikdə çərçivə bir az da daralır. Sən demə sələf İmam Əhmədə İbn Teymiyyə sayağı, ona da İbn Abdil Vahhab sayağı tabe olanlarmış. Əslində ilk üç əsr çoxdan unudulmalı idi amma biz artıq iki dəfə zaman iztirabı yaşadığımız üçün, ilk üç əsrdə yaşamış və İmam Əhmədə tabe olmuş kəsləri, İbn Abdilvahhab eynəyiylə baxmağa dəvət edəsi oluruq. Və müztərib bir həqiqəti qəbullanmaq məcburiyyətində qalırıq: Sələf əslində ilk üç əsrdə yaşamalı olduğu halda səhvən dünən yox sırağa gün tanınan bir dəvətin davamçılarıymış... Rüstəm Qubavi Xoca
Posted on: Sat, 23 Nov 2013 20:54:29 +0000

Trending Topics



-left:0px; min-height:30px;"> what happens when you take cialis and dont need it
If you could please take a moment out of your day to say a prayer

Recently Viewed Topics




© 2015