Qəribə hisslərin sahibi mürəkkəb insan.Həm xeyirxah,həm - TopicsExpress



          

Qəribə hisslərin sahibi mürəkkəb insan.Həm xeyirxah,həm qorxunc əməlli insan.Yaltaq insan.Mənliyini itirmiş şəxsiyyətsiz insa.Vəhşi insan.Gözü ayağının altını seçe bilməyən yırtıcı insan.Cahil insan.Gülünc fikirlərə sahib olan bədbəxt insan.Qəlbi görməyən,düşüncəsi kor insan.Nadan insan,dərinliyi olmayan dayaz insan.Gözləri dərin,mənəviyyatı zəngin insan.Maraqlı insan.Lazımsız insan.Heç kimə xeyir verə bilməyən dəyərsiz insan.Qiymətsiz insan.Duyğusuz insan.Yalnız bioloji varlıq olan boş insan.Laqeyd və soyuq insan.Etinasız baxışlı insan.Qanmaz insan.Qanana nifrət edən,qanmayana "yol göstərən" avam insan.Həyasız insanşYalnışlardan yapışıb doğruları görmək istəməyən arsız insan.Qayğıkeş insan.Hər kəsin qeydinə qalan gözəl insan.Ədalətli insan.Hər zaman haqsızlıqla qarşılaşan haqlı insan.Xoşbəxt insan.Ətrafı xeyirxah və müdrik insanlarla dolu bəxtəvər insan.Dahi insan.Dünyanın hər rəngini görən və möcüzələr yaradan qüdrətli insan.Mübariz insan.Çətinliklərin öhdəsindən gələn,şərəfli və qəhrəman insan.Sadəlövh insan.Bası çox müsibətlər çəkmiş lakin sadəlövlüyündən əl çəkməyən sadə insan.Hiyləgər insan.Hər vəziyyəti öz xeyrinə həll etməyə çalışan fırıldaqçı insan.Bədbin insan.Dünyanın bütün dərdini qəlbində daşıyan qaraqabaq insan.Nikbin insan.Qəm qüssəni unutduran,xoş məramlı,xoş niyyətli həyatsevər insan. İradəsiz insan.Zəif və süst insan. Yaxşı insan.Pis insan. Pis insan.Yaxşı insan. Bütün gözəl əməlləri özündə birləşdirən əsl insan. Bütün mənfiliklə özündə toplayan qeyri insan. Emosianal və sakit insan.Miskin insan.Miskin qəlblərin sahibi olan zəngin insan.Zəngin qəlblərin sahibi olan yoxsul insan. Arzuları ölmüş ümidsiz insan.Hər şeyi qəlbiylə görməyi bacaran ali insan.Nankor insan.Yaxşılıqları görməyən kor,eşitməyən kar insan.Yarımçıq insan.Ömrü boyu bütöv ola bilməyən yarıminsan.Alçaq insan.İnsan adına ləkə olan nadan xislətli insan.Günahkar insan.Günahlari savab bilən cinayətkar insan.Qəlbləri incidən ruhu xəstə insan.Cəmiyyətin qüsuru qəlbi qüsurlu insan.Vicdansız,mərhəmətsiz,rəzil insan.Zəhmətkeş insan.Halal insan.Doğruların ardınca qaçan düzgün insan.Ağlı başından çıxan dəli insan.Çılğın insan.Şöhrətpərəst insan.Məşhur və tanınmış insan.Tanınmış və bədbəxt insan.Çirkin qəlbli,gözəl üzlü insan.Gözəl qəlbli,çirkin üzlü insan.Sevən insan.Sevilən insan.İnsan kimi insan.Əsl insan.İnsan...İnsan...
Posted on: Sun, 14 Jul 2013 08:34:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015