RƏSULQULİYEV AXCP VƏ MÜSAVATI REJİMƏ İŞLƏMƏKDƏ - TopicsExpress



          

RƏSULQULİYEV AXCP VƏ MÜSAVATI REJİMƏ İŞLƏMƏKDƏ İTTİHAM EDİR. Məktubda deyilir: “Hörmətli cənablar və xanımlar! MŞ qarşısına qoyduğu ”tarixi” missiyasını nəinki yerinə yetirə bilmədi, əksinə çox ağır məğlubiyyətə uğradı. Seçkilərin azad keçirilməsi əvəzinə MŞ-nın bəzi üzvlərinin canfəşanlığı nəticəsində vahid və alternativ namizədlər ətrafında gedən əhəmiyyətsiz diskusiyalar, şantaj xarakterli hərəkətlər nəticəsində 21 avqust qərarını - seçkilərə 48 gün qalmış İ.Əliyevin legitimlik qərarını qəbul etdilər. Azad seçkilərin heç üfüqdə görünmədiyi bir şəraitdə qeyri leqitimlik ancaq seçkilərə buraxılmayan R.İbrahimbəyovun vahid namizədliyi fonunda ola bilərdi. Təssüf ki, özünün siyasi həyatını uzatmaq siyasətinə üstünlük verən bəzi partiya liderləri risk edib seçkilərdə iştirak etmək və namizəd olmaq istəmədilər. Namizəd olmaq istəmədiyini dəfələrlə elan etmiş Cəmil müəllimi dilə tutub vahid namizəd elan etdilər. Seçkilərin nəticəsi məlumdur və birinci dəfədir ki, İ.Əliyev ATƏT, Avropa Şurası və Parlamenti və 10-larla ölkələrin başçılarından isti təbrik teleqramları aldı. Avropa İttifaqının prezidenti və hər iki müavini demokratik seçkilər keçirməsi münasibəti ilə təbriklərini göndərdi. Göndərilən təbrik teleqramlarının yarısından çoxu demokratik ölkələrin başçılarındandır. Hətta Avropa Şurası və Parlament Assambleyasının sədri Cəmil müəllimin Strasburqa səfərindən sonra ikinci dəfə təbrik teleqramı göndərdi. O məktubla tanış olun (Jan Klod Minyonun Azərbaycan prezidentinə təbrik məktubunu təqdim edir). Nə üçün bu məktubla tanış olmağınızı istədim. İstəyirəm ki, 21 Avqust qərarının nəticəsini əyani görəsiniz. 1993-cü ildə AXCP və Müsavat ölkəni idarə edə bilməyib hakimiyyətlərini öz arzuları ilə H.Əliyevə verdilər. Həmin o vaxtdan bu günə qədər bu partiyaların liderləri özlərini ana müxalifət adlandırıb, addım-addım seçkilərin saxtalaşdırılmasını daha da asanlaşdırmaq üçün əllərindən gələni edirlər. 1998-ci ildə Əbülfəz Elçibəyə qarşı təxribat, 2000-ci ildə hökumətlə separat sövdələşməyə getmək, 2003-cü ildə heç bir müqavimət göstərməyə cəhd etməmək, 2005-ci ildə yenidən separat danışıqlar aparanlar kimlərdir – həmin bu iki qüvvə. Hökumət onların ”ana” müxalifət olmasında maraqlıdır. Çünki istədiyi vaxt yazdığı ssenarini oynatdıra bilir. Hökumət yaxşı bilir ki, onların xalq arasında heç bir hörməti yoxdur, ona görə də 2 qəzetin ”Azadlıq’ın’ AXCP-nın, ”Yeni Müsavat’ın’ Müsavat partiyalarının ruporuna çevrilməsinə imkan yaradıb. “Yeni Müsavat” qəzeti azda olsa neytrallıq göstərmək təşəbüsündə olur, ”Azadlıq” isə məktəb direktorunun hər gün yoxladığı informasiya vasitəsinə çevrilib. 2010-cu ildən İP adlanan qurum 2 ildən artıq bir müddətdə bu gün-sabah hər şeyi dəyişdirəcəklər, artıq Əliyevlərin sonu çatıb nağılları ilə camaatı aldatdı. İndi də həmin funksiyanı MŞ adı altında davam etdirmək istəyirlər. Bu gün MŞ adını dəyişmiş İP-dır. Hörmətli xanımlar və cənablar! İndi də MŞ adından yenidən 5 ildə özümüzün şəxsi və cılız ambisiyalarımıza görə xalqı aldatmamalıyıq. Bu gün rejim güclüdür, MŞ adlı təşkilata heç fikir vermir. Son bir neçə ildə prezident çıxışlarında müxalifəti kifayət qədər təsirli təhqir edib. İndi həvəsi olanda həmin təhqirləri MŞ-ya ünvanlayacaq. Milli Şura ilk növbədə aşağıdakı sualları müzakirə etməlidir: 1. Burada oturanların içərisində kim inanırdı ki, seçkilər saxtalaşdırılmayacaq. Seçkilərin saxtalaşdırılmasının qarşısını almaq üçün MŞ-nın müzakirəsi və ya planı olub, ya yox. 2. Konkret kimlər bu əsas məsələni müzakirə etmək əvəzinə heç bir əhəmiyyəti olmayan memorandumları müzakirə obyektinə çevirib. 3. Kimlərin təşəbbüsü ilə bir çox namizədlər irəli sürmək, əsas namizəd seçkilərə buraxılmasa (belə bir iş baş versəydi, ATƏT və Dövlət Departamentinin neçə illərdir verdiyi standart bəyanatlara qeyri legitimlik əlavə ediləcəkdi.) sentyabrın 9-dan sonra qərar qəbul etmək kimi konstruktiv plan taran edildi. Seçkilərə ən azı İ.Qəmbər, Ə.Kərimli, E.Namazov, M.Fəttayev, C.Həsənli və S.Əkbər qatıla bilərdi. Hər şeyi qoyaq qırağa, TV-də Cəmil müəllimin 54 dəqiqəlik çıxışının əvəzində 324 dəqiqəlik xalqa müraciət ola bilərdi. Orta hesabla hətta hər birinə 2-3 faiz səs yazsaydılar belə müxalifətin saxtalaşdırmadan sonra səsləri 12-18 faiz ola bilərdi. 4. Kimlər onsuzda onu seçkilərə buraxmayacaqlarından ehtiyat edib konstruktiv planı pozdu. 5. Musavat və AXCP faktiki seçkilərin təşkili məsələsindən hamını uzaqlaşdırıb, bütün məsuliyyəti öz üzərinə götürdü. Bu gün həmin məsuliyyətin iflasına görə izahat verilməlidir. 6.Bu gün Cəmil müəllim bizim prezidentdir ideyası 2018-ci ilə qədər davam edəcək, ya bu məsələ ilə bir neçə adam məşğul olsun, MŞ isə buraxdığı səhvlərdən nəticə çıxarıb real proqramla, yəni bir proqramla ‘’Azad seçkilər və xalqın konstitusion hüquqlarının özünə qaytarılması uğrunda’’ real mübarizə planını müzakirə edib qərar qəbul etməlidir. 7.MŞ-dan real vəziyyətə qiymət verməyi bacarmayan, ömrü boyu şüarlarla yaşayanların təcrid olunmasının vaxtı çatmayıbmı və sair. Çünki real plan və proqramı olmayan MŞ heç kimə lazım deyil , ilk növbədə xalqa. Kimlərin MŞ-da qalıb-qalmaması belə bir müzakirə keçiriləndən sonra məlum olmalıdır. Hər halda mən heç vaxt kimlərinsə ziyan verən siyasi həyatının uzadılmasına qulluq edən MŞ-da qalmaram. Bəlkə MŞ-da məndən də başqada belə düşünənlər vardır.”
Posted on: Fri, 25 Oct 2013 04:48:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015