Rəvayətdir ki, bir gün Əli (ə) məsciddə moizə edərkən - TopicsExpress



          

Rəvayətdir ki, bir gün Əli (ə) məsciddə moizə edərkən səhabələri ondan istədilər ki, onlara hədis desin. Əli (ə) onlara dedi: Allah sizə rəhm etsin ki, mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Onu alimlərdən başqaları düşünə bilməzlər. Əshab dedilər: Gərək bizə hədis deyəsən. İmam Əli (ə) dedi: Gedək bizə. (Evə daxil olduqdan sonra, İmam (ə) buyurdu): Mənəm uca və ucalıq tapan və qəhr edən və qələbə çalan. Mənəm dirildən və öldürən.Mənəm əvvəl və axır, zahir və batin.Səhabələr İmamın bu sözlərindən qəzəblənərək dedilər: Küfr etdin! Və ayağa qalxdılar ki, getsinlər. Bu zaman İmam qapıya əmr etdi: Ey qapı! Onları saxla! Qapı onların üzünə açılmadı. Sonra İmam buyurdu: Mən sizə demədimmi mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Onu alimlərdən başqaları düşünə bilməzlər. İndi isə gəlin, dediklərimi sizə təfsir edim. Mən dedim: Ucayam, yəni bu qılıncımın vasitəsilə hamıdan uca oldum. Qəhr etdim və qələbə çaldım, yəni sizlər mənim qələbələrimin sayəsində Allaha və onun Rəsuluna iman gətirdiniz. Mən öldürür və dirildirəm, yəni peyğəmbərin sünnətini insanlar arasında diri saxlayır və bidəti və bidət əhlini öldürürəm. Amma mənəm əvvəl və axır, yəni Peyğəmbərə ilk iman gətirən mən oldum və axırıncı dəfə onun cəsədi ilə vidalaşıb, ona kəfən geydirən və dəfn edən də mən idim. Amma mən zahir və batinəm. Yəni zahir və batininlərin elmi mənim yanımdadır....(Biharul-ənvar, c.42, səh.189, hədis: 8 ) !Fedek!
Posted on: Tue, 15 Oct 2013 18:28:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015