SALAM OLSUN XAYIW EDREM TAM OXUYUN SISTANI AGA - TopicsExpress



          

SALAM OLSUN XAYIW EDREM TAM OXUYUN SISTANI AGA HAQQDA Nailiyyətləri Həzrət Ayətullahul-üzma Sey-yid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür-ətlə parladı. Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rəy vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir. O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq- aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir. Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir. Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik. Düşüncə və əsərləri Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir. Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bəzilərinə işarə edəcəyik. Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin "Məkasib" kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bəzi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bəzi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur. Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq: 1- Şərhi - urvətul - vusqa 2- Əl - buhusul - usuliyyə 3- Kitabul - qəza 4- Kitabul - bəyi vəl - xiyarat 5- Fil - libasil - məşkuki - fih 6- Fi qaidətil - yəd 7- Fi səlatil - musafir 8-Fi qaidətit-təcavuz vəl - furaq 9- Əl - qiblə 10- Ət - təqiyyə 11- Qaidətul - ilzam 12- Əl - ictihad vət - təqlid 13- Fəvaidul - qərəviyyə 14- Ər - riba 15- Hucciyyətu Mərasili ibn əbi - Umeyr 16- Nəqdi risalətu Təshihu - Əsanidil - Ərdəbili 17- Şərhi məşiətut - təhzibeyn. 18- Qaidətul - Qurə. 19- Tarixi tədvinil - hədis fil - Islam 20- Əl- Fəvaidul - fiqhiyyə. 21- Risalətun fi hukmi ma iza ixtələfəl - muctəhidan əl-mutə- saviyan fil - fətva. Seyyidin şəri hökmlərdən ibarət "Tovzihul-məsail" kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır. Mərcəyi təqlid olmağı Nəcəfi-əşrəfin bəzi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bəzi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı. Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır. Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və "Xəzra" məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi Iraq, Iran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sürətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ələm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir. Dəftərxanaların fəaliyyətinə qısa bir baxış Tarix boyu şiə məzhəbinin elmi- hövzələrə verdiyi əhəmiyyət hər kəsə məlumdur. Çünki əsrlər boyu dini və ilahi əqidəni dünya miqyasında qoruyub saxlayan hövzələr olmuşdur. Bundan əlavə məsum Əhli-Beytə (ə.s) qarşı çirkin iftira atanların iftiralarını ifşa edən məhz hövzələrdir. Ona görə də bütün fəqihlər, xümsün mali-imam hissəsini bu hövzələri inkişaf etdirmək üçün xərclənməsini zəruri bilmişlər. O cümlədən, Seyyid Sistani də bu malların hövzələr üçün xərclənməsini əmr etmişdir. Belə ki, O, Iran Islam Respublikasının Qum, Məşhəd, Isfahan və digər şəhərlərində və həmçinin Iraq Respublikasının Nəcəfül-əşrəf, Kərbəla, Kazimeyn, Samirra və s. şəhərlərində, Suriya dövlətinin Zeynəbiyyə şəhərində, eləcə də Britaniya, Livan, Pakistan, Hindistan, Azərbaycan və s. ölkələrdə yerləşən elmi hövzələr və dini mərkəzlərə bu vəsaitlərin paylanmasını əmr etmişdir. Seyyidin dəftərxanası müxtəlif sahələrdə fəaliyyətlər göstərməklə, dini liderin Islam ümmətinə nə kimi əlaqəsi olduğunu göstərir. Dəftərxananın gördüyü mühüm işlərdən bəzilərini sizin nəzərinizə çatdırmağı məsləhət görürük: Mübarək və matəm aylarında ABŞ, Afrika, Ərəb, Avropa, Avstraliya, Qafqaz, Mərkəzi Asiya və s. dövlətlərə təbliğatçılar göndə-rilir. Həmçinin həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir. Bununla yanaşı həmin dövlətlərdə yerləşən hövzələr və dini mərkəzlərə maddi yardımlar göstərilir. Istiftaat işlərini idarə edən heyət təşkil olunmuşdur. Belə ki, xarici dövlətlərin sakinləri yeni problemlərin həlli üçün Seyyidin rəyini bu heyətin vasitəsilə öyrənirlər. Həmçinin bu yeni məsələlər "Rafed" və "Alul-Beyt" ünvanı ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə də yayımlanır. Xalqın ümumi ehtiyaclarını həll etmək üçün digər heyət də təşkil olunmuşdur. Müxtəlif xarici dövlətlərə müəyyən jurnallar və kitablar göndərilir. alemdar abbas
Posted on: Sun, 30 Jun 2013 18:40:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015