Sabahınız xeyr dostlar, zəhmət olmasa aşağıdakı yazını - TopicsExpress



          

Sabahınız xeyr dostlar, zəhmət olmasa aşağıdakı yazını oxuyun sonra 2 dəfə fikirləşib səs verməyə gedin... -Prezidentiniz ; Bugün Azərbaycanda iqtisadi sahədə, siyasi sahədə, xarici siyasətlə bağlı elə vəziyyət yaranıbdır ki, bəzi hallarda mənə deyirlər ki, ' bəlkə bir az yavaşlayaq? ', deyir: İqtisadiyyatla, siyasətlə uzaqdan-yaxından əlaqəsi olmayan insanlar alqışlayır Yağlı yeməklər və yumurta qiymətlərindən danışır: Günlərlə ac qalan, övladı gözünün önündə əriyən insanlar alqışlayır Koroğlu gözəl, ədalətli vətəndaş idi deyir: Ədalətin nə olduğunu çoxdan unudan, özü tipli insanlar alqışlayır Təhsilin inkişafından danışır: Universitet diplomu ilə bazarda kartof satanlar alqışlayır Səhiyyənin inkişafından danışır: Həyatının yarısını İran, Türkiyə xəstəxanalarında və yollarda keçirənlər alqışlayır Azərbaycanın hərbi büdcəsinin ermənistanın dövlət büdcəsindən 3 dəfə artıq olduğundan danışır: Hansısa qohumu, dostu, tanışı hərbi xidmətdən sağ qayıtmayanlar alqışlayır
Posted on: Wed, 09 Oct 2013 04:18:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015