Sahil Qasımov: “Azərbaycan diasporu təşkilatlanma işini - TopicsExpress



          

Sahil Qasımov: “Azərbaycan diasporu təşkilatlanma işini başa çatdırıb” Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda bunu jurnalistlərə Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov deyib. O bildirib ki, lobbiçilik istiqaməti qarşıda ən əsas vəzifələrdən biridir. “Çünki lobbizm özü bir böyük diplomatiyadır. Bu, xalq diplomatiyası, ənənəvi diplomatiyadan fərqlidir. Lobbizm bu gün deyərdim ki, Avropa ölkələrində, ümumiyyətlə dünyada inkişaf etmiş xalqların lobbi təşkilatları vardır ki, bu məsələlərin həllində birbaşa iştirak edirlər. Bilirsiniz ki, BAK Avropa İttifaqında və komissiyasında artıq akkreditə olunub. Bu Azərbaycanın işğal edilmiş ərazilərlə bağlı problemi onların nəzərinə çatdırılır və lobbiçilik addımları daha geniş vüsət almağa başlayıb. Artıq deyə bilərik ki, bizim dünya praktikasında olan erməni, yunan, yəhudi lobbisi gücündə, öz sözünü deyə bilən lobbizm təşkilatlarımız mövcuddur. Bundan sonra bu istiqamətdə daha böyük, geniş addımlar qət ediləcək. S.Qasımov deyib ki, biz artıq ənənəvi diaspor məsələlərindən bir az da irəli getməliyik. Çünki Dağlıq Qarabağ, yaxud dünya azərbaycanlılarının problemləri ağrılı məsələlərimiz çoxdur və bunları ən yüksək səviyyədə Avropa institutlarında həll etmək üçün öz gücümüzü toplamalıyıq.
Posted on: Sat, 22 Jun 2013 12:03:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015