Salam, dostlar. Bu gün üçün. Qoç - daxili müqavimətinizə - TopicsExpress



          

Salam, dostlar. Bu gün üçün. Qoç - daxili müqavimətinizə səbəb ola biləcək işləri görmək məcburiyyətində qala bilərsiniz. Mühüm gündə ciddi səhvlərə yol verməyin. Münaqişə və ya dartışmalara qatılmayın, dedi-qodular və şayiələrin yayılmasında iştirak etməyin. Hüquqlarınızı kimsə pozmağa çalışırsa, belə qanunsuzluq və müdaxilələrin qarşısını alın. Qətiyyətli, amma soyuqqanlı olun. Əsas məsələ mövqeləri saxlamaq, dəyər verdiyiniz əlaqələr və münasibətləri qorumaqdır. Praktiki əhəmiyyət kəsb edən ideya və fikirlər ola bilər. Özünüzü daha əmin hiss etmək üçün ətrafınızda daha çox qayda və nizam olmalıdır. Səfər, səyahət, alış-veriş məsləhət deyil. Buğa - tələskən, kəmhövsələ, həddən artıq aktiv olmayın. İdeya və planlarınızın heç də hamısı yaxın ətrafınızdakı insanların dəstəyini almayacaq. Hal-qəziyyəni belə görəndə sinirlənməyin, incik düşməyin. Əsla tələsməyin. Hadisələrin sərbəst axarına müdaxilə etməyin. Mümkün münaqişələrə qatılmayın, mühabisə etməyin. İndi maraqlarla niyyətləri uzlaşdırmaq çətindir. Vadideynlərlə ünsiyyətdə həssas olun, onların problemləri ilə maraqlanın. Evdə təmir və ya tikinti işləri üçün uğurlu zamandır. Şəxsi münasibətlərdə dönüş anı çatıb. Sizi önəmli perspektivlər gözləyir. Məntiqli olun, emosiyalara uymayın. Əkizlər - mühüm gündür. Hadisələrə təsir imkanlarınız artır. Ailənin yaşlı üzvləri ilə münaqişələr istisna deyil. Onlar yaşamınıza müdaxilə edir, diqqət tələb edən hadisələrdə əsas rol oynamağa çalışırlar. Səhhət və təhlükəsizliyinizə təhdid yarada biləcək situasiyalarda diqqətlə davranın, olaylara dəqiq reaksiya verin. Problemləri həll edərkən, münasibətlərdəki önəmli məqamları aşkarlayarkən mənfəət əldə edərək perspektivə hesablanmış faydalı əlaqələr əxz edə bilərsiniz. Qarışıq situasiyanın qəfil həlli və ya aranan cavabın gözlənilməz formatı əyan ola bilər. İntuisiya sizi aldatmayacaq. Narahat olmayın, işlərdə və ünsiyyətdə ifrata varmayın. Pəhriz saxlamaqda, aktiv istirahətdə fayda var. Xərçəng - baş verənləri diqqətlə müşahidə edin. Əsas məsələ stabilliyi qorumaqdır. Detalları izləyin, situasiyanı müvazinətdə saxlayın və hadisələrə məsləhət bildiyiniz istiqamətdə yön verin. Olaylar, əhval, yanınızdakı insanların davranışları - hər şeyin əhəmiyyəti var. Münasibətləri aydınlaşdırmağa çalışsanız, ciddi münaqişə, tarazlığın pozulması, təmasların sərinləşməsini istisna etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizi hərəkət etmək istədiyiniz məcraya yönəldərək faydalı iş görə bilər. Özünüzü yormayın, yalnız gərəkli və təxirəsalınmaz işlərlə məşğul olun. Təmir, yaşam arealının qaydaya salınması, gərəksiz əşyalar və hisslərdən qurtulmaq üçün əlverişli zamandır. Günün ikinci yarısında təlaşa düşməyin, yalnız ən gərəkli işləri görün. Təmir, yaşam arealının qaydaya salınması, gərəksiz əşyalardan qurtulmaq üçün əlverişli zamandır. Sabah sizi usandırıcı işlərlə dolu olan gün gözləyir. Bu səbəbdən də axşam saatlarında yaxşı istirahət edin. Şir - problemlər aktivləşir, münasibətlərdə gərginlik yaranır. İşə başlayarkən diqqətli olun və müşküllərin çözülməsinə etibar etdiyiniz insanları cəlb edin. Bundan başqa, yeni iş və ya layihədən bəhs edərək dostlarınızı da prosesdə maraqlı tərəfə döndərə bilərsiniz. Diqqətli, sayıq olun. İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, zəng və ya məktub diqqətinizi tələb edən məqamı ön plana çıxarır. Mühüm dəyişikliklərin ərəfəsi ola biləcək önəmli impulslara laqeyid yanaşmayın. Günün ikinci yarısında özünüzü nasaz hiss etsəniz, istirahət edin. Səhhətinizin qayğısına qalın. Xroniki ağrılar kəskinləşə bilər. Şəxsi münasibətlərdə hisslərin zərifliyinə ümid etməyin. Ciddi mövzular yeni ümumi perspektivlərdən xəbər verir. Qız - niyyətlərlə hisslərdə laübə, qeyri-müəyyənlik yarana bilər. Ani maraqları bir kənara qoyaraq perspektivlərinizi düşünün. Seçim çətinliyi sizə yeni istiqamətdə hərəkətə başlamaq üçün mühüm addım atmağa mane olmamalıdır. Çətin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. İstiqaməti sürətlə dəyişin, yüngül və çevik, sayıq və qıvraq olun. Qarşılıqlı fəaliyyəti aktivləşdirin. Edilən səhvlərin fəsadlarını aradan qaldırmağa vaxt var. İndi əsas məsələ gərginlik səviyyəsini aşağı salmaqdır, kompromiss tapın. Axşam saatlarını evdən kənarda keçirin. Çoxdan gözlədiyiniz təəssüratlar yaşamınıza yeni stimul verərək sizi yeni mövzunu başlamağa sövq edə bilər. Tərəzi - yaxın ətrafınızdakı insanlar belə çətin dövrdə atılası addımlar və qəbul ediləsi qərarların məsuliyyətini sizə həvalə etmək istəyirlər. Yerinə yetirmədiyiniz vədləri sizə xatırladacaqlar. Narazılıq alovunu işlə söndürün. İş nə qədər çətin, çox və ağır olarsa, vaxt o qədər tez çəkəcək. Neqativ təəssüratların dəyrələndirilməsinə zaman qalmayacaq. Əhvalınızdakı dəyişikliklər hadisələrin yeni məcrasına qatılmağınıza mane olmamalıdır. Ümumiyyətlə, yeni nə varsa, sizi cəlb edir. Köhnəlik, ətalət, illüziyalardan qurtulun. Problemi dəqiq qiymətləndirin və işə başlayın. Amma hər şeyi kökündən dəyişməyə çalışmayın. Əqrəb - eqoist, təkəbbürlü olmayın. Zəif və həssas müvazinətin hökm sürdüyü situasiyalarda təzyiqə əl atmayın. Şərtləri sağlam məcraya yönəltməyə çalışın. Sizə mane olmağa çalışan insanlarla münasibətlərdə hələlik sakit davranın. Gərəkli saydığınız işlə məşğul olmaq üçün imkan və zamana ehtiyacınız var. Günün ikinci yarısında inadkar olun. Gərginliyin artdığı şəraitdə rəqiblər və bədxahlarla humanist olmayın. Yaşam sizi bir neçə variant arasında seçim etmək məcburiyyətində qoya bilər. Qətiyyətli olun, əks təqdirdə artan gərginlik sizi məğlub duruma sala bilər. Orqanizmin narahatlıq simptomlarına fikir verin. Xroniki ağrıların kəskinləşməsi mümkündür. Oxatan - çətin situasiyaya etiraz, üsyan etməyin. Aldığınızdan artıq verməniz gərəkdiyi üçün situasiyanı dəqiq qiymətləndirin və harada səhv buraxdığınızı anlamağa çalışın. Şərtlərin nəzərə alınmaması, qulaqardına vurulması səhhətinizə təsir edərək infeksiyalara qarşı müqavimət səviyyəsini aşağı sala bilər. İşlər çoxdur, gərgin çalışmağınız gərəkdir. Önəmli hesab etdiyiniz şəxslərdən biri ötənlərdə verdiyiniz, amma yerinə yetirmədiyiniz vədi xatırladacaq. Borcları qaytarın, yardım edin. İndi dəyişikliklər astanasındasınız. Əlaqə dairəsi nə qədər geniş olarsa, perspektiv o qədər yaxşıdır. Təbii, hər şey bir qədər fərqli ola bilərdi. Yaşananlara rəğmən məqsədə doğru inadla irəliləyin. Oğlaq - hansısa konkret mövzunun çərçivələrinin sizə darlıq etdiyini anlayacaqsınız. Özünüzdən müştəbeh, təkəbbürlü olmayın. Planlar qəflətən alt-üst ola bilər. Təşəbbüs hələlik məsləhət deyil. Səhvləri vaxtında aradan qaldırın. Başqasının yaşamına, zamanına, niyyətlərinə müdaxilə etməyin. İşlərə yaradıcı yanaşma, orijinal həllər gərəkdir. Günün ikinci yarısında işgüzar münasibətlərdə və şəxsi münasibətlərdə əhəmiyyətli, önəmli hadisələr yaşanacaq. Yeni perspektivlər yaransa da, işdə tərəfdaşın daha ciddi mövqelər tutduğunu görəcəksiniz. Gərgin vəziyyəti nəzarətdə saxlayın. Ötən incikliklərdə qalmayın, yeni istiqamətdə sürətlə irəliləyin. Dolça - hiss və niyyətlərinizin sınağa çəkildiyi mürəkkəb gündür. Fəaliyyət tempini aşağı salın, maraqlandığınız işlə məşğul olun, yaranmış imkanlardan bəhrələnin. Ailənin yaşlı üzvləri ilə münaqişə və ya mübahisə istisna deyil. Diqqət tələb edən problemlər yaranır. Dürüst reaksiya verin, səhhət və təhlükəsizliyi təhdid edən situasiylardan qurtulun. Zəiflər və müdafiəsizlərin qayğısına qalın. Şəxsi münasibətlərdə sizi nə isə narahat edirsə, müzakirəni, söhbəti təxirə salmayın. Gərginlik yox, səmimiyyət arayın. Bəzi münasibətlər sınağa tab gətirmədiyi üçün onlardan imtina edin. Balıqlar - məhdudiyyətlərin sayının artdığı vaxtdır. Görüləsi işlər və çəkiləsi qayğılar artır. Problemlərdən qurtulmaq istəsəniz də, alınmayacaq. Həddən artıq fiziki işlər, yorğunluq yolverilməzdir. Səhhətinizi qoruyun. Alış-verişi də təxirə salmaq məsləhətdir. Çünki nə alsanız, bəyənməyəcəksiniz. Tərəfdaş və ya şərik sizə yardım edə bilər. Xahiş istəyində sərt danışmayın. Kiminsə rəğbəti istedad, bacarıq və ya biliklərinizin nümayişində təkan rolunu oynaya bilər. Təsadüflər, nüanslar əhvalınızı dəyişərək marağınızı yeni obyektə istiqamətləndirə bilər. Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınıza daha çox vaxt ayırın. Hüseyn Mustafa
Posted on: Sun, 15 Sep 2013 07:48:58 +0000

Trending Topics




© 2015