Sevginin Adı... ….üşüyürəm. Mənə soyuqdur. Pəncərəni - TopicsExpress



          

Sevginin Adı... ….üşüyürəm. Mənə soyuqdur. Pəncərəni örtün! Göz yaşlarım qurumuş dodaqlarımı isladır. Ağladır. İçimdəki sənsizlik acısını qopardıb sızladır. …… S O N … “Sevgi dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin acısından yaradılmışdır.” Bailey Görəsən yunan ilahəsi Afrodit dünyaya sevgini gətirəndə onun acısnı, iztirabını da mı bərabəriylə gətirdi?! Hər kəs daddı bu acılı şərbətdən – uşaq, yaşlı, qadın, kişi, xəstə, sağlam, varlı, kasıb … 2 gəncin sevgi macərəsini fərqli üslubda sizlərə təqdim edəcəm. Münasibətlərinin müxtəlif dönəmlərində düşündükləri, hiss etdikləri öz dillərindən veriləcək. Hər kəs özünü burda görəcək, öyrənəcək. Yaşanmış bu hadisəni peşəkarların araşdırmalarıyla da müqayisə etmək şansınız olacaq. ***** 2006-cı il, Dekabr Fərid (… şəhəri, 1985) : – Yaşadığım şəhər bəzən məni sıxır, özümü balaca qızın oyuncaq qutusundakı kukla kimi hiss edirəm. Hər şey ilkin dadını itirir. Qadınlar, siqarət, içki, seks, musiqi – hər şey gözümdə solur, itir, boğulur bu s*kilmiş dünyada. Rauf (… şəhəri, 1990) : – Dərslər, dünyamdan bixəbər dostlarım həyatıma rəng qatmır. Görəsən, dünyanın hər yerində gay’lər ağlayır, mənəvi dünyasında insanları lənətləyir?! Gay’lər haqqında danışanda qızarır, ironiyalı gülür. Qız görəndə dostlarının yanında onun g*tünün çox seksi olduğunu deyir?! Gay’ləri hər kəsdən qabaq pisləyir?! *** Mövlanə deyir: “Yalnızlığım, yanımada heç kəsin olmamasından deyildir, məni anlayan birinin olmamasındandır” *** Fərid və Rauf dost ortamından bir-birilərini tanıyır. Dostluq etməyə başlayırlar. Düşüncə tərzləri yaxın olduğu üçün bu dostluq möhkəmlənir. Bilirsiniz, nə maraqlıdır?! Fərid və Rauf 2 ilə yaxın bir-birlərinin iç dünyasını tanımadan dostluq edirlər. Yəni nə Fərid Raufun ‘gay’ olduğunu bilir, nə də Rauf Fəridin biseksual olduğunu. *** Psixoloq Robert Sternberg’in məhəbbət üçbucağı nəzəriyyəsinə əsasən sevgi üç bağdan yaranır: 1. Yaxınlıq a) xoşlanma və bəyənmə b) səmimiyyət c) salamlaşma və gülüşmələr d) yaxınlaşma və söhbət 2. Bağlılıq a) dostluq hissi b) güvənc, inam c) sirr vermək 3. Ehtiras Əgər bunlardan biri olmazsa bağ qırılar. Amma müasir dövrdə gənclər 3-cü mərhələdən başlanğıc götürürlər. *** 2008-ci il Mart. - Sənə də soyuqdur? - Bir az. - Gözlərin niyə mənə elə baxır? - : ) Baxmasın? - Baxsın, nə düşünürsən? - Səni… Gözlərinin gözəlliyini… Bir də cəhd edək? - Yoox… Başım çox havalıdır, içki təsir etdi, hər şey çox gülünc gəlir mənə…. Fərid, ay Fərid, yatma… Aç gözlərini. İndi vuracam səni. : ) *** “Sevgi hormonu” olaraq insanda hormon tapılmasa da, aparılan araşdırmalar göstərir ki, aşiq olan insanın qanında xoşbəxtlik hormonu, cinsi istək hormonu, stress hormonu və adrenalinin artdığı müəyyən edilmişdir. Stanford Universiteti sevginin hətta ağrıkəsici xüsusiyyətinin olduğunu göstərmişdir. *** Fəridlə Rauf seks partnyorları oldular. Seksdə, sözün həqiqi mənasında, bir-birlərinə həzz yaşatdılar, həzz aldılar. Dəlilər kimi öpüşdülər, sevişdilər. Seks sevgiyə çevrilir mi? Bunu “No Strings Attached” (act: Ashton Kutcher), “Friends with Benefits” (act: Justin Timberlake) kimi məşhur Hollywood filmlərində də gördük. Fərid: – Onu sevirəm. Həm də çox sevirəm. O başqadır, fərqlidir. Digərlərindən seçilir. Heç kimi arzulamıram. O mənə həyatımın sonunacan bəsdir. Rauf: – Deyəsən, mən artıq sevirəm. *** Amerikalı psikoloq Zick Rubin’ə göre sevginin de 3 tipi var. 1. Romantik sevgi (hər iki tərəfdə ehtiras və xosbəxtlik affektlər) 2. Bağlılıq sevgisi (bir tərəfin digərinə hədsiz dərəcədə sahib çıxması və onu hər danışdığı insana qısqanması nəticəsində ortaya çıxır. Bəziləri ölümlə bitir.) 3. Aldadıcı sevgi (əsasən varlı insanların sevgisini pula çevirməkdir.) Və çox insanın bələd olduğu Platonik sevgi olaraq adlandırılan keçici qarşılıqsız sevgilər də vardır. *** Fəridlə Raufun münasibəti qalxıb-düşən xətlə irəliləyirdi. Həftələrlə əlaqələrin kəsilməsi. Skandallar. Səhv anlaşmalar. Qısqanclıq. Amma hər zaman tükdən asılı olan bu münasibəti Fərid xilas edə bilirdi. Onlar hətta 4 ay küsülü də qalmışdılar. Bu dönəmdə ikisi də fərqli insanlarla intim münasibət yaşamışdılar. Ayrılıq sevgini böyüdür. Bu hər zaman belə olub, olacaq da. Rauf yayda Moskvaya getdi. Yaralanmış münasibəti bu ayrılıq xilas edə bildi. *** Ayrılıq sevgini yaratmağa və ya həddən artıq böyütməyə qadirdir. Bunu məşhur sevgi romanlarında da görmək mümkündür (“Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Romeo and Juliet”). 6 uşağa sahib olan, dünya ulduzları Angelina Jolie və Brad Pittdə ayrı evlərdə yaşayırlar. *** 2011-ci il. İyul Raufla Fərid İstanbula istirahətə gedirlər. Və bu günlər onların münasibətində ən yüksək nöqtəyə çatır. Əyləncəli, sevgidolu bir həftə. İstanbulda gəzmədikləri küçə, görmədikləri yer qalmır. Hətta İstanbul gay’lərinin toplaşdıqları Taksim meydanında öpüşürlər. Onlar əsl aşiqlər kimi davranır. Fərid: – Həyatı sevirəm, yaşamağı sevirəm, mən onu sevirəm. O mənim dünyamdır. Hər yer ətrafımda fırlanır. Rauf: – Üzüm gülür. Sevincdən. Sevgidən. O mənim arzuladığım yeganə insandır. Darıxıram. Onsuz olanda çox darıxıram. *** “Sevgi hələ başlanmadan uduzulan müharibədir” deyən fransız yazıçısı Frederic Beigbeder’i ( Paris, 1965) çoxlarınız tanıyır. Ölkəmizdə də “Məhəbbət 3 il yaşayır” (L’Amour dure trois ans – 1997) kitabı ilə tanınır. Yazır ki, kəpənəklərin ömrü bir gündür, güllərinki üç gün. Pişiklərin ömrü on üç ildir, sevgininsə üç. Bəli,bu belədir. İlk il ehtiras, sonra bir il şəfqət və nəhayət bir il can sıxıntısı. İlk il “Məni tərk etsən özümü ÖLDÜRƏRƏM” deyilir. İkinci il “Məni tərk etsən əzab çəkərəm, amma özümə gələrəm” deyilir. Üçüncü il, “Məni tərk etsen şampan partladacağam” deyilir. Sizi sevginin ömür boyu davam etdiyinə inandırırlar, amma əslində sevgi kimyəvi olaraq üçüncü ilin sonunda yox olur. *** Fərid: – Heç kim, heç nə mənə cazibəli gəlmir. Sadəcə onun sevgisini itirmək istəmirəm. Rauf: – Daha maraqsızdır. Əvvəl görmədiyim, hiss etmədiyim qüsurları, çatışmazlıqları görürəm, hiss edirəm. Küçədə, internetdə gördüyüm yaraşıqlı oğlanlar diqqətimi daha çox cəzb etməyə başlayır. Dəyişmək istəyirəm. Xəyalımda qurduğum, arzuladığım insanı tapmaq istəyirəm. Telefonuma ondan mesaj gələndə əvvəlki həyəcanı hiss etmirəm. Cavab yazmaq istəmirəm. Aqressivəm ona qarşı. Mən onu necə sevə bilmişəm?! *** Filmlər həyatı əks etdirir. Rejissorluğunu Andrew Haigh’in etdiyi “Weekend” (Həftəsonu – 2011) filmi kimi. Sonda Glen (act: Chris New) “səni sevirəm” dediyi sevgilisi (boyfriend’i) Russell’i tərk edərək Amerikaya gedir. Hər kəs eyni sevmir, sevə də bilməz. Eyni zamanda da unutmağı, tərk etməyi. Kimsə bir ömür boyu, kimsə 1 gecəyə bitirər yaşanmışları. *** 2012, Dünən ____Fərid dizlərini qucaqlayıb otağın bir hissəsində oturub. Sergey Lazarevin mahnısına qulaq asır. Fərid: – Onun üçün darıxıram. Mən harda səhv etdim? Görəsən, niyə hər sözümü yalnış anlayır? Axı bilir, mən onu çox sevirəm. Üşüyürəm. Mənə soyuqdur. Pəncərəni örtün! Göz yaşlarım qurumuş dodaqlarımı isladır. Ağladır. İçimdəki sənsizlik acısını qopardıb sızladır. Ha,ha, mən musiqi dinləyirəm, onu düşünürəm. Ağlayıram.Amma bəlkə də o, Facebook’dakı dostlarıyla deyib-gülür, ya da parkda oturub yoldaşlariyla söhbətləşir. Bu gecə… Bu ay… Bu ev şahidim olsun, məni mənən öldürən bu ağrıdan xilas olacam. Onu Unudacam. Necə düşünürsünüz, bunu bacara bilərəm mi? : ( S O N…. Yazılma tarixi: 08.01.2013
Posted on: Tue, 01 Oct 2013 11:27:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015