Son hadisələrlə bağlı bəzi məlumatlar: Bir neçə ay - TopicsExpress



          

Son hadisələrlə bağlı bəzi məlumatlar: Bir neçə ay bundan əvvəl bizə məlumat daxil odu ki, Tural Qurbanov adında bir şəxs, MTN işçisi, amma rəsmi olaraq diplomat, Azərbaycanın Almaniyadaki səfirliyinə Həbib Müntəziri öldürülməsini təşkil etmək missiyası ilə gəlib. Onun vəzifəsi bu əməliyyatı həyata keçirə bilən killeri tapıb ona bu tapşırığı vermək idi. Berlinin kriminal aləmində də Əliyev hökümətinin belə bir işi təşkil etmək istədikləri barədə məlumat daxil oldu. Berlində bu işi görə biləcək bir adam axtarırdılar. Bu xəbər kriminal aləmdə çox tez yayıldı. Almaniyanın hüquq-mühafizə orqanları və siyasi dairələr bu barədə məlumatlandırıldı, mediaya bu barədə məlumat sızdırdıq və beləliklə bu addımın atılması onlar üçün mümkünsüz oldu. Belə bir planın olduğunu artıq hər kəs bilirdi və sifarişcı də Əliyevlər höküməti idi. Bu gün oxuyuram ki, Tural Qurbanov, həmən o şəxs, Maldiv adalarında öz otağında, oteldə qətlə yetirilib. Bizdə olan məlumata görə Əliyev höküməti onu öz işini görə bilmədiyinə görə və məlumat sızdığına görə bu yolnan cəzalandırıb. Bu hökümət ona sadiq olan hər kəsi hər an həbs edə də bilər, öldürə də bilər və bunu dəfələrlə sübut edə bilib. Biz isə sadəcə Həbib Müntəziri qorumuşuq və onun təhlükəsizliyini təmin edə bilmişik. Bu məsələləri Almaniyanın və bir neçə başqa dövlətlərin hüquq mühafizə orqanları araşdırırlar. Hesab edirəm ki, Eynulla Fatullayevin də Avqust ayında Berlinə gəlməsi bir təsaddüf deyil. Son zamanlar Əliyevlər höküməti onu çox aktivləşdirib və onu müxtəlif məqsədlər üçün açıq aşkar istifadə edirlər. Bizə qarşı da istifadə etməkdə davam edirlər. Qadın jurnalistinin intim həyatı barəsində materilalları titajlamaq, mənimlə olmayan intervyuları yaymaq və sonda Berlinə gəlmək planı və məni şəxsən hədələmək, açıq aşkar mənə qarşı cinayyət törədəcəyi barədə qazetlərə verdiyi məlumat bu oyunun tərkib bir hissəsi kimi görünür. Onu Berlində gözləyirik və ümid edirik ki, bütün bu məsələlərlə bağlı bizə və hüquq-mühafizə orqanlarına ətraflı məlumat verə biləcək. Əgər ona qarşı Əliyevlərin əlində kompromat varsa və o buna görə bu çirkin işləri görürsə onda biz onu bağışlamağa hazırıq, onu burda mühafizə etməyə də hazırıq. Yetər ki, həqiqəti desin. (c) Emin Milli
Posted on: Mon, 29 Jul 2013 17:26:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015