Sual: Korpənin hisslərini bilərəkdən oyandırmaq - TopicsExpress



          

Sual: Korpənin hisslərini bilərəkdən oyandırmaq lazımdırmı? Cavab: Bə`zi valideynlər elə təsəvvur edirlər ki, korpə yalnız yeməyə, yuxuya və quru paltara ehtiyac duyur. Əlbəttə ki, belə deyil. Hər bir korpə beş fəal hissiyyatla dunyaya gəlir. Onda gormə, eşitmə, dadma, qoxulama, toxunma hissləri hərəkətdədir. Korpə temperatur dəyişməsini, ağrını, yerdəyişməni hiss edir. Onu da qeyd edək ki, korpədə bu gunədək kəşf olunmamış quvvələr də ola bilər. Amma bunu dəqiq bilirəm ki, korpənin hərəkətə boyuk ehtiyacı var. O da boyuklər kimi yorulur, hovsələsizlik gostərir. Muşahidələrdən mə`lum olur ki, az hərəkət etdirilən uşaq ətrafa az maraq gostərir və adi hərəkətlərlə qarşılaşdığı zaman qorxub diksinir. Maraqlıdır ki, həddən ziyadə hərəkət etdirilən uşaqlar da qorxu və narahatlıq kecirir. Belə korpələr hər hansı bir hərəkətdən cəkinirlər. Korpə yalnız o hərəkətlərə ehtiyaclıdır ki, onun tutumuna və quvvəsinə uyğun olsun, hiss uzvlərini oyandıra bilsin. Normal həddə təhrik olunan korpələrin yaddaşı guclu olur və bu korpələr həm oyrəndiklərindən, həm də irsi biliklərindən lazımınca istifadə edə bilirlər.
Posted on: Mon, 01 Jul 2013 09:41:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015