Səni sevmək çətindir, Vətən Nə gündəsən - TopicsExpress



          

Səni sevmək çətindir, Vətən Nə gündəsən ki, Təpədən dırnağacan ... günah içindəsən ki. Bilirsən səni sevmək bu saat nəyə bənzər? Zorlanmış bir qızı sevməyə bənzər. O sevgidən için-için gizlicə yanar adam. Amma açıb deməyə qorxar, utanar adam. Bu nə haldır düşmüsən, bu necə gündür, Vətən? Adam səni sevməyə indi utanır, Vətən. Üstündə neft ləkəsi kim yuyacag bu ləkəni, Milyonçular ölkəsi, dilənçilər vətəni. Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən. Neftlə getdi bəkarətin, borular keçdi səndən. Qarış-qarış qazılsan da sevin hələki sağsan, Hələ neftin qurtaranda ağ günə çıxacaqsan.
Posted on: Sat, 22 Feb 2014 08:28:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015