Sənsizlik ən uzun gecədir. Sənsizlik bütün gündüzlərə - TopicsExpress



          

Sənsizlik ən uzun gecədir. Sənsizlik bütün gündüzlərə günəş yerindən qalxmamış uduzmaqdır. Sənsizlik göz görə-görə yaşamaqdır, ölümü çoxdan haqlamış olsan belə... Sənsizlik ölmək deyil, amma ondan betərdir... Sənsizlik yenicə civildəşməyə başlayan sevgililərin əzbərlədikləri məhəbbət məsəllərini oxuyub acı-acı köks ötürməkdir, həm də – “sevin, sevin, necə bir bəlaya bulaşdığınızı anlayanda gec olacaq”, – deyə düşünərək... Sənsizlik bütün kədərli mahnılardır, sözləri, musiqisi nə olur, olsun... Sənsizlik yavan qəmi kədərə bələyib dadmaqdır. Sənsizlik həsrəti darıxmaqla ovundurmaqdır. Sənsizlik sonuncu seçiminin astanasında dayanan insanın ən arzuolunmaz istəyidir. Sənsizlik narahat yuxu deyil, sənsizlik həmin yuxudan kimsəsiz ayılmaq dəhşətidir... Sənsizlik həsrətin də, kədərin də, acının da ağa bəyidir. Sənsizlik sənin varlığından sonra başlasa da, səni sənsizlik aparsa da, sən o sənsizliyi gətirsən də, sənsizliyin özü həsrətə də, kədərə də, acıya ya da uduzdu, həm də bir kərə yox, ölənə, diz çökənə, məhv olana qədər... Ən pisi də nə oldu, bilirsən mi?! Səni də, məni də həmişə məğlublar seçdi... Bizim seçməyə zamanımız olmadı, yetmədi... Onlar seçdilər bizi. Belə də ki, islanmışın yağışdan nə qorxusu?! Biz, yaxud onlar, hamı məğlub idi... Seçimlər dəyişsəydi də, nəticə dəyişməyəcəkdi ki... Hə, sənsizlik ən qısa gündür və mən o günün hər saniyəsinə hələ günəş yatağına getməmiş məğlub olmuşam...
Posted on: Sat, 31 Aug 2013 18:24:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015