TOYA Toy edirsən restoranda bahalı, Yazıq kasıb nəylə - TopicsExpress



          

TOYA Toy edirsən restoranda bahalı, Yazıq kasıb nəylə gəlsin bu toya? O zamanlar beş-on manat nəmərlik Bir də dəstə gətirərdik gül toya. Bazar təzə, köhnə adət nırx deyil, Sənin üçün əlli manat çox deyil, Onbeş deyil, otuz deyil, qırx deyil, Gərək tapa yüzcə manat pul toya. Nəfəs çatmır, tüstü, tozdan, dumandan, Maşınların səsi küyü bir yandan, Elə bil ki, karvan keçir ümmandan, Dörd-beş saat bağlı qalır yol toya. Can ay kasıb, oturmursan evində, Çörək pulu yoxdur billəm, cibində, Sümürürsən butulkanın dibin də, Sonra düşür yekə qalmaqal toya. Başın dəyir daşdan daşa - düzəlmir, Cibdən gedən daha yerinə gəlmir, Borcun-xərcin on beş ilə düzəlmir, Yenə qoydun restoranda qol toya???!!!! Sən ay qardaş, insandakı üzə bax, Xeyrin bilmir, soxur ozün gözə, - bax Ağlın olsun bircə dəfə sözə bax, Bir çadır qur, qoy axışsın el toya. Nə vecinə, cibi dolur müdürün, Zərrə qədər də bilinmir qədirin. Ələnibdir, göydə süzür xəlbirin, Bundan sonra səndə qalmaz hal toya. Loğman, şerin qanan üçün kəsərli, Bəlkə, oldu qədəmləri düşərli, Üzə düşüb, yoxdur sözü keçərli, Əncam çəkən bircə əhli-hal toya.
Posted on: Sat, 22 Jun 2013 17:56:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015