Tarixdə bu gün: 20 sentyabr Azərbaycan 1827 – Rusiya-İran - TopicsExpress



          

Tarixdə bu gün: 20 sentyabr Azərbaycan 1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdərabad qalasını ələ keçiriblər. Qərbi Azərbaycanda qədim türk məskənlərindən olan Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub, 1935-ci ildə Ermənistan SSR-in Hoktemberyan (Oktyabr) rayonu adlandırılıb. 1907 – Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyi­nin ilk müəllifi olub. 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1965-ci ildən Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru, 1970-1980-ci illərdə Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi olub. 1918 – Türkmənistanın Xəzər sahilindəki Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri yaxınlığındakı Ağcaqum çölündə "26 Bakı komissarları" güllələnib.Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası” süqut edəndən (31 iyul) sonra onun üzvləri “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmiş, Qafqaz İslam Ordusunun şəhərə hücumu zamanı isə Krasnovodska qacmışdılar. Orada «26-lar» ingilislərin nəzarətində olan yerli eser hökuməti tərəfindən tutulmuş və Bakını əldən verməkdə ittiham olunaraq güllələnmişdilər. "26-lar" sovet tarixində müsbət ideoloji retuşda təqdim olunurdu, Bakıda onların xatirəsinə abidə qurulmuşdu. Sovetlər dağılandan sonra "Bakı Kommunası”nın gerçək tarixi, Azərbaycan xalqına qarşı etdiyi cinayətlər uzə çıxdı. 1921 – Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olmuşdur. 1928 – Tanınmış ictimai-siyasi xadım, hüquq elmləri doktoru Murtuz Nəcəf oğlu Ələsgərov (1928 - 7.8.2012) anadan olub. Murtuz Ələsgərov 1996-2005-ci illərdə Azərbaycan parlamentinin sədri olub. 2005-2010-cu illərdə 3-cü çağırış Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi. 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. 1993 – Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul etmişdir. 1993 - Görkəmli kinorejissor ("Onun böyük ürəyi", "Ulduzlar sönmür"), ssenarist Əjdər İbrahimov (29.4.1919-1993) vəfat edib. 1994 – Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontraktın imzalanma mərasimi keçirilib. “Əsrin müqaviləsi”ni ARDNŞ və ABŞ, Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının 11 neft şirkəti imzayıb. Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. 2004 – Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılmışdır. Dünyada olan hadisələr E.ə.480 – Yunanlar farslar üzərində qələbə qazanmışlar. E.ə.331 – Makedoniyalı İsgəndər Fərat çayını keçmişdir. 622 – Məhəmməd peyğəmbərlə Əbu Bəkr Mədinəyə hicrət etmişlər. 1187 – Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirmişdir. 1519 – Portuqaliyalı səyyah Fernan Magellan 270 nəfər və 5 gəmiylə İspaniyadan yola çıxmışdır. 1918 – 26 Bakı Komissarı Türkmənistandakı Ağcaqum çölündə güllələnmişdir. 1922 – Fransa və İtaliya qoşunları Çanaqqaladan geri çəkilmişlər. 1928 – İtaliyada "Ali Faşist Təşkilatı" ölkənin ən ali qanunverici orqanı olmuşdur. 1946 – Fransada Kann kinofestivalının ilk açılış mərasimi olmuşdur. 1952 – Türkiyə NATO-ya üzv qəbul olunmuşdur. 1974 – Hondurasda baş verən tufan nəticəsində 10 min nəfər həlak olmuşdur. 1977 – Vyetnam BMT-yə üzv qəbul olunmuşdur. 1981 – İran 149 solçunu edam etdiyinin açıqlamışdır. 1984 – Beyrutdakı ABŞ səfirliyinə hücum edən partlayıcı yüklənmiş maşının partlaması nəticəsində 40 nəfər həlak olmuşdur. 1990 – Cənubi Osetiya qondarma "müstəqilliyini" elan etmişdir. 2002 – İsrail əskərləri Fələstinin baş naziri Yasir Ərəfatın qərargahı yerləşən üç binanı dağıtmışlar. 2003 – Litva əhalisinin 67%-i Avropa Birliyinə daxil olmağın lehinə səs vermişdir. Kosmosla bağlı hadisələr 1963 – BMT-nin sessiyası zaman Kennedi SSRİ-yə kosmos sahəsində əməkdaşlıq təklif etmişdir. Doğumlar 1934 - Sofi Loren - italyan kinoaktrisa, Oskar mükafatı laureatı. 1963 - Andrey Derjavin - rus müğənni. 1975 - Xuan Pablo Montoya - kolumbiyalı avtoyarışçı. 1975 - Aziya Arcento - aktrisa. 1977 - Namie Amuro - yapon müğənni. 1982 - Begüm Birgörən - türk aktrisa. Ölümlər 1932 - Aslan bəy Səfikürdski, Azərbaycan Milli Şurasının üzvü. 1974 - Soltan Hacıbəyov, azərbaycanlı bəstəkar. Bayramlar və xüsusi günlər Flag of Azerbaijan.svg Azərbaycan Respublikasında "Neftçilər günü" peşə bayramı
Posted on: Fri, 20 Sep 2013 06:06:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015