Transfer çalışmalarını davam etdirən AZAL-a yeni - TopicsExpress



          

Transfer çalışmalarını davam etdirən AZAL-a yeni futbolçular təklif olunub. Onlardan dördünün kimliyi məlum olub. Təklif olunan futbolçulardan üçü Bolqarıstanı – Deyan Xristov, Yovar Vandev və Martin Seçkov, biri isə Çernoqoriyanı – İliya Radoviç təmsil edir. Baş məşqçi Vaqif Sadıqov onların baxışa çağırılıb-çağırılmaması ilə bağlı qərarını yaxın günlərdə verəcək. Qeyd edək ki, Deyan Xristovun son iş yeri Bolaqıstanın I dəstə klubu “Svetkavitsa” olub. 30 yaşlı forvard karyerası ərzində Bolaqıstanın “Etar Veliko”, “Nafteks”, “Pomori”, “Çernomorets”, “Sliven 2000″, “Botev”, “Montana” və Qazaxıstanın “Kayrat” klublarında çıxış edib. Digər bolqar hücumçu Yovar Vandev son olaraq Maldiv adalarının “Maziya” klubunda çıxış edib. 30 yaşıqı qeyd edən futbolçu indiyədək Bolqarıstanın “Sliven 2000″, “Lokomotiv” (Plovdiv), “Brestnik 1948″, “Minyor”, “Bdin”, “Haskovo” və Maliv adalarının “Valensiya” klublarında top qovub. Bolqarıstanla Martin Seçkov mərkəz müdafiəçisidi. 2012-ci ildən vətənində “Montana”nın formasını geyinən 26 yaşlı futbolçu əvvəllər Bolqarıstanın “Velbazd”, “Lokomotiv” (Plovdiv), “Minyor”, “Akademik”, “Slaviya” (Sofiya) və “Etar 1924″ klublarında çıxış edib. 28 yaşlı çernoqoriyalı İliya Radoviç də müdafiəçidi. Ötən ildən vətənində “Çelik”in uğurları üçün çalışan futbolçu əvvəllər Çernoqoriyanın “Sutyeska”, “Buduçnost”, Serbiyanın “Voyvodina” və Macarıstanın “Videoton” klublarının formasını geyinib.
Posted on: Thu, 11 Jul 2013 15:03:37 +0000

Recently Viewed Topics




© 2015