TÜRKİYƏ XİLASKARINA - SOVET HAKİMİYYƏTİNƏ - TopicsExpress



          

TÜRKİYƏ XİLASKARINA - SOVET HAKİMİYYƏTİNƏ BORCLUDUR ************************************************ ...Nə Lenin, nə də Nərimanov Atatürkün yardım istəyini cavabsız qoymadılar. 1920-ci ilin yayına qədər Sovet Rusiyası ölüm-qalım mübarizəsinə qalxmış türk xalqına əvəzsiz olaraq yardım şəklində 200 kq külçə halında qızıl, 6 min tüfəng, 5 milyon patron, 17600 ədəd top mərmisi və s. göndərdi. Yardımlar isə ancaq bununla və ancaq Sovet Rusiyası ilə yekunlaşmadı. Yardım karvanına Azərbaycan Sovet Sosialist Respublikası da qoşuldu. Azərbaycan Sovet hökuməti Nərimanovun göstərişiylə Türkiyəyə əvəzsiz olaraq yardım məqsədiylə təkcə 1921-ci ilin may ayı ərzində 62 sistern, 1922-ci ildə isə Batum limanı vasitəsiylə 350 ton benzin, 9 min ton neft göndərdi. Təkcə 1922-ci il yanvarın 24-dən martın 15-nə qədər, yəni 40 gün ərzində Azərbaycan Sovet hökumətinin Türkiyəyə əvəzsiz olaraq yardım şəklində göndərdiyi neft və neft məhsullarının həcmi aşağıdakı kimi idi; 960 ton neft, 80 ton benzin, 48 ton mazut, 6 ton maşın yağı. Bundan başqa Azərbaycan Sovet hökuməti Türkiyədəki uşaq evlərinin ehtiyacını ödəmək üçün hər ay 3 vaqon kerosin göndərirdi. Sovet Azərbaycanının Türkiyəyə Respublikasına yardımları təkcə bu deyilənlərlə yekunlaşmadı. Türkiyə hökuməti ciddi maliyə sıxıntısı çəkdiyindən Azərbaycan Sovet hökumətindən pul və qızıl istədi. Türk tarixçisi Avcıoğlu bu barədə yazır: «Qarabəkir Azərbaycan hökumətindən pul istədi. Atatürk gözəl başa düşürdü ki, Bakıda bolşevik hökuməti var… maliyə sıxıntılarını aradan qaldırmaq üçün Qarabəkirə göstəriş verdi: «Əlimizdə beş para olmadığını bilirsiniz. İndiki vaxtda belə bir qaynaq da yoxdur. Buna görə Azərbaycan Sovet hökumətindən yardım almaq lazımdır»». Atatürkün məktubu türk nümayəndə heyəti tərəfindən Azərbaycan Sovet hökumətinin rəhbəri N.Nərimanova çatdırıldı və dərhal türk xalqına yardım edildi. Avcıoğlu bu barədə yazır: «İyulda ilk altunlar gəldi. Kazım Qarabəkir paşa 500 kiloluq ilk parti altunun 200 kq-nı öz məsrəflərinə xərcləyir, yerdə qalanlarını Ankaraya yollayır». Avçıoğlunun dediklərindən başa düşülür ki, alınan bu 500 kq qızıl ancaq ilk partiyaydı, deməli bundan sonra da bu tip yardımlar davam etdirilmişdi. Beləki Nərimanov Atatürkün istəyi üzərinə Türkiyə Respublikasına 1 milyon rubl qızıl pul göndərmiş və bunun borc deyil, yardım olduğunu vurğulamışdı... ----------------- kommunist.biz
Posted on: Mon, 03 Feb 2014 14:18:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015