Təsbehlə zikr etmək barədə Şeyx Albaninin fətvası - TopicsExpress



          

Təsbehlə zikr etmək barədə Şeyx Albaninin fətvası Şeyx Ələlbani – Allah rəhmət etsin – “Zəif və uydurma hədislər toplusu” kitabında (1184, 83 –ü hədis) demişdir: “Təsbeh Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – dövründə olmayan bir bidətdir. O dövrdə məlum olmayan bir şeyə Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun - əshabələrini sövq etməsi ağla sığmazdır. ... Təsbeh(lə zikr etmək) Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – Sünnətinə müxalif bir əməldir. Abdulla ibn Amr –Allah onlardan razı olsun –demişdir: “Peyğəmbərin zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm”. (1) Həmçinin, bu, Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun - əmrinə də müxalif bir əməldir. Belə ki, o, bəzi qadınlara demişdir: “Sübhənallah, Lə iləhə illəllah ... deyin. Və barmaqlarınızı bükün. Həqiqətən onlar soruşulacaq və danışdırılacaqlar”. Hədis Əbu Davud və qeyrilərinin rəvayət etdikləri həsən bir hədisdir. Bu hədisə Əlhakim və Əzzəhəbi kimi alimlər “səhih”, Nəvəvi və İbn Həcər kimi alimlər isə “həsən” demişlər. ___________________________________ (1) Hədisi Əbu Davud “Sünən” əsərində (1235), Əttirmizi “Sünən” əsərində (4255), İbn Hibban (2334 –mavarid), Əlhakim (1547), Əlbeyhəqqi (2352) rəvayət etmişlər. Əttirmizi həsən, Əzzəhəbi və Ələlbaninin isə səhih olmasını demişdir. Muhammad Nasiraddin əl Albani
Posted on: Tue, 08 Oct 2013 22:55:23 +0000

Trending Topics



:0px; min-height:30px;"> আমরা সকল লঞ্চ এ এমন এক
Greetings, Frank Kisoni, from Lome Togo West Africa. Can you

Recently Viewed Topics




© 2015