Ulu tanrı, göməyim ol, Arzuma adaxla məni. Məni insan - TopicsExpress



          

Ulu tanrı, göməyim ol, Arzuma adaxla məni. Məni insan yaratmısan, İnsan kimi saxla məni. Göl olmuşam dama-dama, Məlhəm qoyma sən yarama, Bu sevdaya bu mərama Daha betər bağla məni. Fikirlərim qatar-qatar, Biri atar,biri tutar. Yaxınlara əlim çatar, Qovuşdur uzaqla məni. Dünənimi dana-dana Göz dikirəm gündoğana, Əgər gündə bir zindana, Çəkic vursam, ağla məni. Ey ümidim, ey gümanım, Sözüm haqsa,necə danım? Qurban olsun haqqa canım, Nahaq işdən saxla məni, Soruşdular: Kimdir mənim Yaxşıma da pis deyənim? Həm dostum həm də düşmənim Göstərdi barmaqla məni. (B. Vahabzadə, İyul, 1991, Şəki)
Posted on: Sat, 05 Oct 2013 18:09:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015