Uşaqlarda mərkəzi sinir sisteminin perinatal patalogiyaları - TopicsExpress



          

Uşaqlarda mərkəzi sinir sisteminin perinatal patalogiyaları zamanı immun cavabın xüsusiyyətləri və immunomodulyator terapiyanın əhəmiyyəti. Son illər artan ekoloji problemlər səbəbindən qadınların sağlamlıq durumu getdikcə pisləşir.Erkən düşüklər ,yarımçıqdoğulma,yenidoğulmuşun infeksiyaları buna bariz misaldır.Yenidoğulma və südəmər dövrü uşağın həyatında erkən adaptasiya dövrü hesab olunur və uşağın gələcək həyat keyfiyyətini müəyyənləşdirir. Immun sistem,sinir və endokrin sistemlə birgə ,doğuşdan sonrakı yüksək antigen yüklənmə və stress zamanı daxili mühitin sabitliyini qoruyan mühüm inteqrasiyaedici sistemlərə aiddir. Xüsusilə postnatal dövrdə immun sistemin vəziyyəti bu dövrdə uşağın dözümlülüyünü,reabilitasiya qabiliyyətini müəyyən edən əsas faktorlardandır. Sağlam yenidoğulmuşun immun sistemi özünəməxsus bioloji xüsusiyyətlərə malikdir. Belə ki, bəzi immun göstəricilər, məsələn ,monosit və makrofaqların interleykin-1b ,şiş nekrozedici faktor sintez etmək qabiliyyəti yaşlı insanlarda olduğu kimidir və bu da uşaq orqanizmində sistem iltihabi reaksiyaların,autoimmun prosseslərin inkişafının qarşısını almaqda köməklik göstərir. İmmun sisteminin bu xüsusiyyətləri,müxtəlif patoloji vəziyyətlərdə ,xüsusilə intra -və postnatal intensiv antigen kolonizasiyası zamanı uşağı qoruyur və dözümlülüyünü təmin edir.Postnatal adaptasiya zamanı sitokin sisteminin ,faqositozun aktivləşməsi , dəri və selikli qişaların patogen mikroorqanizmlərə qarşı mübarizəsində xüsusi əhəmiyyətə malikdir. Qeyd etdiyimiz kimi ,sağlam yenidoğulmuşun qanında yüksək antigen təsirindən bəzi immun göstəricilərin(İl-1b,ŞNF-a)yüksəlməsi aşkar olunur.Ancaq fizioloji şəraitdə bu prosses sistem iltihabi reaksiyaların,infeksion toksikozun inkişafı ilə müşayət olunmur. Onu da qeyd etmək vacibdir ki, iltihabönü və iltihabəleyhi sitokinlərin miqdarı arasında balansın pozulması müxtəlif patoloji vəziyyətlərdə, xüsusilə uşaqlarda posthipoksik zədələnmələr zamanı, xəstəliyin klinik gedişatını və nəticəsini müəyyənləşdirən əsas faktorlardır.( N.N. Volodin, М.V. Dektyareva, Int.Journal on Immunorehabilitation,2000) Son on illərin tədqiqatları sübut etmişdir ki, mərkəzi sinir sistemi avtonom immun sisteminə malikdir.(Adrian J. Dunn, interactions between the Nervous System and the Immune System, 2000). Baş beyin limfoid sistemdən məhrumdur,hematoensefalitik baryer isə qandan immunokompotent hüceyrələrin,yüksək molekulyar zülalların beyinə keçməsinin qarşısını alır.Bu səbəbdən uzun illər baş beynin immun müdafiəsi müəmmalı qalırdı. Son tədqiqatların nəticələri isə göstərir ki,likvor spesifik immun funksiya daşıyan T və B limfositlərlə zəngindir və qan limfositlərindən fərqli olaraq onlar sinir toxuması antigenlərinə qarşı tolerantdırlar. Norma və patologiya zamanı likvorda immunoqlobulinlərin müxtəlif siniflərinə-A,M,G,D,E immunoqlobulinlərə rast gəlinir.Belə qənaətə gəlinir ki, immunoqlobulinlər beyin toxumasının özündə də sintez olunur. Baş beyində gedən immunoloji reaksiyalarda astrositlər,oliqodendrositlər və mikroqliya kimi neytral elementlər də iştirak edir.Bu hüceyrələr makrofaqlar kimi iterleykin və digər sitokinlər sintez etmək xüsusiyyətinə malikdirlər. Bir çox immunoloji və bioloji reaksiyaların həyata keçməsi üçün hüceyrələrin birbaşa qarşılıqlı kontaktı baş verməlidir.MSS-də limfositlərin,makrofaq və endotelial hüceyrələrin səthində spesifik adqeziya molekulları aşkar olunub ki,sonuncular beyin toxumasında iltihab ocağına qranulositlərin miqrasiyasını təmin edir. Müasir tədqiqatlar neyropeptidlərin immunomodulyasiyaedici xüsusiyyətlərini də aşkar etmişdir.Belə ki, bu molekulalar sinir sistemindən immun sistemə siqnalların ötürülməsində iştirak edir.İmmun hüceyrələrdə isə neyropeptidlər, sitokinlər və immunopeptidlərin xüsusi reseptorları aşkar olunub. Sitokinlər kiçikmolekulyar zülallar olduğu üçün onlar hematoensefalitik baryerdən asanlıqla keçirlər və əgər sitokin requlyator mexanizmlər pozularsa bu son nəticədə sinir sistemin ciddi xəstəliklərinə səbəb ola bilər. Yenidoğulma və erkən südəmər dövrdə mərkəzi sinir sisteminin ən çox rast gəlinən patologiyası perinatal hipoksik-işemik zədələnmələrdir.Sinir toxumasının işemik zədələnməsi mikroqliya,astrositlər və makrofaqlar tərəfindəm interleykin-1b- nın sintezinin artmasına səbəb olur. İnterleykin -1b- beyin toxumasında noradrenalinin metobolizmini stimullaşdırır,qanda adrenokortikotrop hormonun və endorfinlərin səviyyəsinə təsir göstərir,astrositlər tərəfindən araxidon turşusunun sintezini induksiya edir. Bundan başqa sinir toxumasında interleykin-2, və 6 -da sintez olunur ki, bunlardan interleykin-2 oliqodendriositlərin proliferasiya və differensasiyasının qarşısını alır,interleykin-6 isə B-hüceyrələrin differensasiyasına və onlar tərəfindən virus əleyhi anticisimlərin sekresiyasına səbəb olur. Beynin qlial hüceyrələri tərəfində sintez olunan şiş nekrozedici faktor, likvorda makrofaq və limfositləri aktivləşdirir,beyin toxumasına qranulositlərin miqrasiyasını artırır,bu da beyin toxumasının massiv zədələnməsinə səbəb olur. Hipoksik-işemik zədələnmələrin kəskin dövründə əsasən iltihabönü sitokinlərin səviyyəsinin yüksəlməsi baş verir. Hipoksik faktorun davametmə müddəti isə xəstəliyin ağırlığını və nəticələrini müəyyən edən əsas amillərdəndir. Kəskin və xroniki hipoksiya zamanda T-,B- immun göstəricilərinin kəmiyyət və funksional dəyişikliyi baş verir, M sinif immunoqlobulinlərin konsentrasiyasının yüksəlməsi, G və A sinif sekretor immunoqlobulinin isə konsentrasiyasının azalması qeyd olunur. Baş beynin işemik zədələnmələrinin patogenezində ,zədələnmələrin proqnozlaşdırılmasında və bərpa prosseslərində immun sistemin rolunu nəzərə alaraq qeyd etmək olar ki,bu kimi patologiyaların medikamentoz müalicələrində immunotrop terapiyanın aparılması həlledici əhəmiyyətə malikdir. Belə ki,bu tip terapiya beyin toxumasının ağır zədələnməsinin qarşısını almağa və uşağın tez bir zamanda reabilitasiyasına imkan yaradır. Bir yaşa kimi uşaqlarda , beyin toxumasının yüksək neyroplastikliyi nəticəsində bu kimi zədələnmələrdən sonra,özünütənzimləmə və reperativ prosseslər işə düşür.Bu prosseslər, pozulmuş beyin metobolizminin tez bir zamanda korreksiya etməkdən,yağ turşuları və amin turşulardan optimal istifadə edərək nuklein turşuları və zülalların sintezinin artırmaqdan ,oksigen və qlükozanın aktiv mənimsənilməsini və aralıq məhsulların intensiv çıxarılmasını təmin etməkdən ibarətdir. Mərkəzi sinir sisteminin hipoksik –işemik zədələnmələrinin müalicəsində istifadə olunan nootrop preparatlar sinir sisteminə immunokorreksiyaedici təsir göstərmir və əksinə onların bir çoxunun (QOYT) immun sistemə sarsıdıcı təsiri məlumdur. Bu səbəbdən beynin hipoksik-işemik zədələnmələrinin kompleks müalicəsində immunomodulyator təsir göstərən preparatların istifadəsi və işlənib hazırlanması aktual olaraq qalır. Yuxarıda göstərilən bir çox müsbət xüsusiyyətləri özündə cəmliyən müasir bioloji immunotrop terapiya istiqamətlərindən biri də -antihomotoksik terapiyadır.Xüsusi Alman texnologiyası və qədim homeopatiya prinsipləri üzrə hazırlanmış antihomotoksik preparatlar heç bir yaş məhdudiyyəti olmadan və heç bir əks təsirlər vermədən erkən yaş qrup uşaqların MSS-nin hipoksik zədələnmələrinin kompleks müalıcəsində istifadə oluna bilən preparatlardır.Bu kimi patalogiyaların müalicəsində istifadə oluna biləcək Serebrum kompozitum və Traumel S kimi preparatların immunokorreksiyaedici təsirləri artıq elmə məlumdur.Tədqiqat prosseslərində ,bu preparatların metobolik,antioksidant,venotonik və immunomodulyasiyaedici təsirləri sübut olunmuşdur.Bu tədqiqatların nəticəsinə əsasən Traumel S preparatı şiş nekrozedici faktor,interleykin -1b,interleykin-6, və -8 kimi iltihabi sitokinlərin sintezini məhdudlaşdırır,TGF-betta –nın istehsalını stimulə edir ,antigen yüklənməni azaldır,Serebrum kompozitum preparatı isə patoloji prossesə uğramış beyin toxumasında sərbəst radikalları neytrallaşdırır,damar keçiriciliyinə müsbət təsir göstərir və sinir hüceyrəsinin zədələnməsinin qarşısını alır. Beləliklə,mərkəzi sinir sisteminin hipoksik-işemik zədələnmələri uşağın ciddi sosial dezadoptasiyasına və əllilliyinə gətirib çıxaran bir problem kimi həmişə sosial və tibbi aktuallığını qoruyub saxlayır. Bu səbəbdən sinir sisteminin bu kimi zədələnmələrinin patogenezinin daim öyrənilməsi ,bu prossesdə immun sistemin rolunun qiymətləndirilməsi, kəskin və rezidal əlamətlərinin müalicəsində immunotrop terapiyanın aparılmasının əhəmiyyəti aktual olaraq qalır və xəstəliyin mərhələsindən, prossesin dərinliyindən asılı olaraq antihomotoksik terapiyanın effektivliyinin sistemləşdirilməsinə ehtiyac duyulur. Uşaq nevropatoloqu- Quluzadə Röyanə
Posted on: Thu, 04 Jul 2013 07:47:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015