Uşaqlarda xayanın enməməsi Enməmiş testis uşaqlarda - TopicsExpress



          

Uşaqlarda xayanın enməməsi Enməmiş testis uşaqlarda qasıq bölgəsində yırtıq və hidroseledən sonra üçüncü sırada rast gəlinən cərrahi bir problemdir. Testisler bətndaxili həyatda qarın içərisində inkişaf edir. Embrional həyatın 7.ayında kanalın içinə daxil olur. Daha sonra kanal içərisində bir çıxıntı halında olan Prosesus vaginalisi də sürüyərək aşağı enir və doğulan zaman torbada və ya kanalın xarici ağzı xəttində olur. Enməmiş xayanın səbəbi qəti olaraq bilinmir. Bununla birlikdə eniş yolundakı mexaniki maneələr, xayanın quruluşunda pozuqluq, qandakı gonadotropik hormon səviyyəsinin çatışmazlığı kimi faktorlar irəli sürülür. Hormonal çatışmazlıq nəzəriyyəsində tək tərəfli enməmiş testislərin izahı olduqca çətindir. Enməmiş xayalar yarımçıq doğulan uşaqlarda daha çox rast gəlinir. Enməmiş xayanın 15% qədəri iki tərəflidir. Sağ tərəfdə görülmə sıxlığı sol tərəfə müqayisədə bir az daha çoxdur. Xayanın enməmesi ilə ortaya çıxan problemlər nələrdir: 1.Testisdəki histopatoloji dəyişikliklər 2.Qasıq yırtığı 3.Testis torsiyonu 4.Travma 5.Psixoloji dəyişikliklər 7.Xərçəngə çevrilmə potensialı 1.Testisteki histopatoloji dəyişikliklər; Enməmiş testislərlə əlaqədar histopatoloji (struktur) dəyişikliklər bir yaşından etibarən, enməmiş xayalarda degenerativ dəyişikliklərin başladığını və irəliləyən yaşla bu dəyişikliklərin ağırlaşdığı rast gəlinir 2.Qasıq yırtığı Enməmiş testisli uşaqların qasıq kanalı 90-95% nisbətində açıq qalaraq yırtığa səbəb olur. 3.Testis torsiyonu Yəni xayanın öz əks ətrafında dönməsi ilə meydana gəlir. Torsiyon əvvəlcə venoz qan axınına mane olar. Bunun arterial qan axınının dayanması ilə xayada nekroz (toxuma ölümü) əmələ gətirər. Testis torsiyonu daha tez olaraq gənc yetkinlərdə görülsə də uşaqlıq çağında 3 yaşın altında rast gəlinir. Enmiş xayalarda də torsiyon inkişaf edə bilər. Testis həddindən artıq dərəcədə həssas və ağırlı bir haldır. 5.Travma; Kanal içərisindəki xayalar, xayalıqla müqayisədə zədəyə daha açıqdır. 6.Psixoloji dəyişikliklər; Uşaqlar bir yaşından etibarən xarici genital orqanları ilə maraqlanmağa başlayırlar. Penis onlar üçün hər şeyin üzərində bir varlıq olar. Xayaların xayalıqda olub olmaması 4-5 yaşına qədər əhəmiyyətli bir fiziki və ya psixoloji təsir etməz. Ancaq ana və atanın uşaqlarının bu vəziyyəti səbəbi ilə təlaşa qapılaraq onların yanında irəlidəki kişilik vəziyyətlərinin nə olacağı şəklindəki müzakirələrin, uşaqda depresiya və əskiklik hissi yaradır. Beş yaşından sonra bir və ya iki xayanın xayalıqda olmadığını, fərq edən uşaq böyük bir qorxu və depressiya içinə girə bilər. 7.Xərçəngə çevrilmə potensialı; Enməmiş xayalarda xərçəng şansı enmiş xayalarla müqayisədə daha yüksəkdir. Ümumi olaraq testis xərçəngləri digər şişlərə müqayisədə daha azdır. Xərçəng riski səbəbi ilə xayalığa endirileməyən qarın içi testislərin çıxardılmasını təklif edənlər var. Enməmiş xayalarda müalicə prinsipləri; Enməmiş xayalarda əvvəllər məktəb əvvəlinə qədər xəstələrin təqibi (6 – 7 yaş) tövsiyə edilirdi. Son 10-15 ildir edilən araşdırmalar əgər testis bir yaşın sonuna qədər enməmişsə bundan sonra özbaşına enməsinin qeyri-mümkün olduğunu ortaya qoymuşdur. Ayrıca bəzi araşdırmalara görə bir yaşından sonra enməmiş xayalarda degenerativ dəyişikliklərin başladığı göstərilmişdir. Bu səbəblə enməmiş testis əməliyyatının bir yaş amma mütləq iki yaşından əvvəl edilməsi lazım olduğunu ortaya qoymuşdur. Enməmiş xayalarda hormon müalicəsinin yeri; Enməmiş xayalarda bəzi endokrinologların, bətndaxili həyatda xayanın üzərinə hipofizin ön pay hormonlarının təsiri ola bilər düşüncəsinə əsaslanır. Son 20 ildir az qala bütün uşaq və uşaq cərrahı mərkəzlərində hormon müalicəsi istifadə edilmir. Hal hazırda əsas müalicə cərrahidir.
Posted on: Wed, 11 Sep 2013 09:34:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015