Uşaqlıq deyib keçmǝyin, biz o zamanlar çox şey - TopicsExpress



          

Uşaqlıq deyib keçmǝyin, biz o zamanlar çox şey öyrǝnmişik. - Tom & Jerry cizgi filminin bitdiyi tam zǝnn edǝrkǝn, yenidǝn nǝrildǝyǝn şiri görmǝk bizi hǝyatın xoş surprizlǝrinǝ hazırladı. - “Tapança-tapanç a” oynayardıq vǝ heç zaman da bir-birimizǝ ölmǝdiyimizi, güllǝnin yan keçdiyini sübut edǝ bilmǝzdik. Bu bizǝ düşüncǝlǝrimiz uğruna mübarizǝ aparmağı öyrǝtdi. - Mǝhǝllǝ futbolunda topu uzağa vurdunsa, ya da qonşunun hǝyǝtinǝ düşdüsǝ sǝn gedib gǝtirmǝli idin, belǝliklǝ etdiyimiz sǝhvlǝrin nǝticǝlǝrinǝ qatlanmağı öyrǝndik. - Soyuducunun işiğının nǝ zaman söndüyünü araşdırmağa başladıq, bu bizǝ kǝşf etmǝyi öyrǝtdi. -“Alma desǝm çıxarsan, armud desǝm çıxmazsan” gizlǝnqaç oynundakı bu söhbǝt bizǝ ortaq sirlǝri öyrǝtdi. - Günǝbaxan tumlarının bir miqdarını çırtlayıb kǝnara yığıb sonra hamısını birdǝn yemǝk bizǝ hǝr ǝziyyǝtin sonunda sürǝcǝyimiz keyfi öyrǝtdi. - Top çilǝmǝk oyununda qarşı tǝrǝfǝ “fora” vermǝk bizǝ zǝiflǝri ǝzmǝmǝyi, onlara güzǝştǝ getmǝyi öyrǝtdi. - Oyunlar oynarkǝn oynadığımız ǝşyaların sahiblǝri inciyǝrlǝrdisǝ oyun bitǝrdi. Bu bizǝ imkanın verdiyi sǝlahiyyǝtlǝri göstǝrdi. #ADMIN
Posted on: Tue, 15 Oct 2013 18:32:57 +0000

Trending Topics




© 2015