Uşağınız məktəbə hazırdırmı? Bir çox ailələr - TopicsExpress



          

Uşağınız məktəbə hazırdırmı? Bir çox ailələr məktəb qabağı tərəddüddə olur – uşağı neçə yaşında məktəbə qoyaq, 6 yoxsa 7? Adətən uşağın 7 yaşı tamam olubsa qərar vermək asan olur. Amma uşaq qışda dünyaya gəlibsə məsələ çətinləşir. Uşaq ya 6,5 ya da 7,5 yaş arasında olur. Qanuna görə uşağın 6,5 yaşı varsa onu məktəbə qoymaq olar. Elə uşaqlar da var ki, məktəbə 8 yaşında gedib. Fərqli vəziyyətlər olur: elə ailə var tələsir, elələri var öz müəllimlərini gözləyirlər ki, birinci sinifə yenidən qayıdanda ona verirlər, bəziləri də oğlan uşaqlarını məktəbə tez qoyurlar ki əsgərliyə bir il gec getsin, elələri də var ki uşaqlar arasında bir il fərq varsa birini qəsdən gec qoyur ki məktəbə bir getsinlər. Səbəblər müxtəlifdir.Əslində isə əsas diqqət uşağın fiziki və psixoloji yetişkənliyinə diqqət etmək lazımdır. Uşağınızı heç vaxt məktəblə, müəllimə ilə qorxuzmayın, məsələn: “Bunu, ancaq məktəb düzəldəcək”, yaxud da “Müəllimənin elə uzun çubuğu var, səni elə onunla ağıllandıracaq” və s. Sizə uşağınızın məktəbə hazır olub-olmamasını yoxlamaq üçün test təklif edirəm və nəticədə özünüz qərar verin. Amma bir şərtlə suallara səmimi və düşünərək cavab verin. Təsdiq etdiyiniz cavabları 1 balla dəyərləndirin. Suala hə cavab versəniz 1, yox desəniz 0 balla qiymətləndirin. - Mənə elə gəlir ki mənim uşağım digər uşaqlardan zəif oxuyacaq. - Qorxuram ki uşağım məktəbdəki uşaqları incidəcək. - 4 dərs müəllimi dinləmək mənim balacam üçün çətin olacaq – o yorulacaq. - İnanmıram ki müəllim mənim uşağımı basa düşəcək. - Uşaq o zaman yaxşı oxuyar ki, müəllimə onun anası olsun. - Çətin təsəvvür edirəm ki, oxumaq uşaq üçün maraqlı olsun. - Düşünürəm ki, sinifdə uşağım ilə heç kəs dostluq etməyəcək. - Düşünmək belə qorxuludur ki, mənim uşağım məktəbə gedəcək. - Mənim uşağım yad insanlarla çətin ünsiyyətə girir. - Mənim uşağım uşaq bağçasına heç vaxt getməyib, ümumiyyətlə məndən heç vaxt ayrılmayıb. - Birinci sinif müəllimləri uşaqlara heç nə öyrətmirlər. - Qorxuram ki, uşağımı sinif yoldaşları incidələr. - Uşağım yaşıdlarından fərqli olaraq çox zəifdir. - Müəllimənin uşağımla davranışında ədalətsiz ola biləcəyindən narahatam. - Mənim uşağım mənsiz məktəbə getməkdən qorxur. İndi isə balları toplayın. 4 bala qədər: siz heç bir narahatçılıq olmadan sentyabr gələn kimi uşağınızı məktəbə qoya bilərsiniz. Ən əsas siz özünüz buna hazırsınız.5-10 bal: qarşıda çıxa biləcək mümkün olan çətinlikləri aradan qaldırmağa çalışın. Bu problemlər o qədər böyük əhəmiyət daşımasa da üstünə düşməsəniz sonra daha çətin olacaq. Uşağınızı xüsusi dərnəklərə (rəsm, rəqs, idman) aparın, məktəbə hazırlıq mərkəzlərinə yazdırın.Qoy uşaq tez-tez ünsiyyətdə olsun. 10 baldan yuxarı: yaxşı olardı uşaq və məktəb psixoloqlarına, mütəxəssislərinə müraciət edəsiniz. İbtidai sinif və ya bağça müəllimləri ilə söhbət edəsiniz,məsləhətləşəsiniz. Ümumiyyətlə, uşağınızı məktəbə müsbət motivlərləhəvəsləndirin: 1. Yüksək şəkildə onu inandirin ki, o buna hazırdır, onda hər şey əla olacaq, oxumaq onun üçün də çox faydalı və gərəklidir. 2. Öz məktəb illərinizdən, or zamankı uğurlarınızdan, sevimli müəllim və sinif yoldaşlarınızdan danışa bilərsiniz. 3. Onunla birgə birinci sinifdə və növbəti siniflərdə çəkdirdiyiniz şəkillərə baxa bilərsiniz. 4. Uşağı əvvəlcədən sinif müəllimi ilə tanış edə bilərsiniz. 5. Uşağa dərsdən kənar tədris tapşırıqları ilə yükləməyin, onu yormayın. 6. Dərsini sərbəst yaza bilmədiyi üçün onu cəzalandırmayın, başa salmağa çalışın. Bunu özünüz edə bilmirsinizsə gərəkli mütəxəssislərə, ya da müəlliminə müraciət edin. Hazırlayan; Elnarə Baxışlı
Posted on: Sun, 15 Sep 2013 06:36:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015