Verilişlər / Kontekst Azərbaycanlı diplomat Maldiv - TopicsExpress



          

Verilişlər / Kontekst Azərbaycanlı diplomat Maldiv adalarında nədən ölüb? Çap et Şərh (4) Paylaş: Republish Maldiv adaları Əlaqədar yazılar Azərbaycanın Almaniyadakı səfirliyinin 2-ci katibi Tural Qurbanov vəfat edib ŞRIFTIN ÖLÇÜSÜNÜ DƏYIŞ 08.08.2013 - İyulun sonlarında Maldiv adalarında vəfat etmiş bir azərbaycanlı diplomatın ölümü sosial şəbəkə istifadəçiləri və yerli medianın diqqətini çəkdi. Söhbət Azərbaycanın Almaniyadakı səfirliyində çalışan 2-ci katib Tural Qurbanovdan gedir. SUİ-QƏSD PLANI? İyulun 25-də baş vermiş bu hadisə barədə xəbər yayılandan sonra, Almaniyada yaşayan bloqqer Emin Milli facebook səhifəsində yazdı ki, Qurbanov əslində MTN işçisi olub. Rəsmi olaraq diplomat kimi Azərbaycanın Almaniyadaki səfirliyinə Həbib Müntəzirin öldürülməsini təşkil etmək missiyası ilə gəlib: «Onun vəzifəsi bu əməliyyatı həyata keçirə bilən killeri tapıb ona bu tapşırığı vermək idi. Berlində bu işi görə biləcək bir adam axtarırdılar. Bu xəbər kriminal aləmdə çox tez yayıldı. Almaniyanın hüquq-mühafizə orqanları və siyasi dairələr bu barədə məlumatlandırıldı, mediaya bu barədə məlumat sızdırdıq və beləliklə, bu addımın atılması onlar üçün mümkünsüz oldu. Belə bir planın olduğunu artıq hər kəs bilirdi və sifarişcı də Əliyevlər höküməti idi». Emin Milli Emin Millinin iddiasına görə, «Əliyev höküməti onu öz işini görə bilmədiyinə görə və məlumat sızdığına görə bu yolla cəzalandırıb». Azərbaycanın Xarici İşlər Nazirliyi 29 yaşlı Tural Qurbanovun Maldiv adalarındakı istirahət mərkəzlərindən birində dincələrkən ürək tutmasından öldüyünü bildirib. AzadlıqRadiosunun araşdırması isə bəzi fərqli detalları üzə çıxarıb. MALDİVLİ JURNALİSTİN DEDİKLƏRİ Maldivin «Minivan News» agentliyinin (minivannews) jurnalisti Neil Merrett bu hadisəni xəbərləyənlərdəndir: «Polis qısaca bildirdi ki, otaqda bir nəfərin meyidi tapılıb. Ancaq mənim kənarda danışdırdığım, istintaqdan xəbərdar olan bir şəxs polisin həmin vaxt hadisəyə şübhəylə yanaşmadığını, kiminsə bunda əli olmasına inanmadığını deyirdi. Xüsusi olaraq intihar versiyasından danışmırdılar, ancaq nə isə deyirdilər. Yəni elə davranmırdılar ki, hadisədə kiminsə iştirakı olub, ancaq bu nəticəyə də necə gəldiklərini açıqlamırdılar». «Kurumbra Maldives» istirahət mərkəzi Adının çəkilməsini istəməyən bir amerikalı jurnalist isə bu xəbəri araşdırmağa cəhd edib. «Kurumbra Maldives» istirahət mərkəzinin menecerinin ona bildirdiyinə görə, Qurbanov intihar edib, biləklərində, ağzında və dodaqlarında kəsiklər olub. Menecerin sözlərinə görə, qonaqlara kokteyl üçün limon kəsməyə bıçaq verirlərmiş. Qurbanovun meyidi çılpaq vəziyyətdə, yatağının yanında yerdə tapılıb. MALDİV POLİSİ İLƏ OTEL MENECERİ EYNİ ŞEYİ DEYİR Maldiv Polis Departamentinin əməkdaşı da intihar versiyası üzərində işlədiklərini deyib, «belə ki, qapı ikiqat kilidli imiş». Yəni ilkin olaraq kiminsə otağa daxil olub, Qurbanovu öldürməsi variantı ağlabatan görünməyib. Polisin sözlərinə görə, Qurbanov biləklərini bıçaqla kəsibmiş. Digər kəsici alət kimi vanna otağındakı şüşə qab sındırılaraq istifadə olunub. O, Qurbanovun başında plastik torbanın olduğunu da vurğulayıb. Ancaq meyidin üstündə heç bir qeyd tapılmayıb. Polis əməkdaşı Qurbanovun oteldə yük qeydiyatdan keçirmədiyini də sözlərinə əlavə edib. Qurbanovun atası polisə deyib ki, oğlu iyulun 23-də arvadıyla telefonla çox ümidsiz danışıb, bir daha Maldivə gəlməyəcəyini deyib. Bundan narahat olan ata Maldivə uçub. Ancaq artıq gec imiş, belə ki, oğlu artıq ölübmüş. Polis atadan niyə polisi, yaxud oteli xəbərdar etmədiyini soruşub, o, nə isə baş verməmişdən əvvəl özünü yetirəcəyini düşündüyünü deyib. Ancaq amerikalı jurnalistin həmin polis əməkdaşı ilə sonrakı yazışmalarında vanna otağının qapısının yaxud pəncərəsinin kilidli deyil, sadəcə örtülü olduğu üzə çıxır. Habil Qurbanov Elə Habil Qurbanov da AzadlıqRadiosuna müsahibəsində polisin Turalın qaldığı otağa vanna otağından girdiyini təsdiqləyir: «NƏ İNTİHAR, NƏ DANIŞIRSIZ?» – Otaqda arxada, hamam tərəfdə balaca həyət kimi var. Təxminən 8 kvadratlıq, kənarları da 1-2 metr hündürlüyündə hasardır. Yəni vanna tərəfdən açıqdır. Hasardan içəri keçdilər, vannanın qapısını açıb içəri girdilər. Ancaq ata oğlunun intihar etməsi versiyasını yalanlayır: – Nə intihar, nə danışırsız. Yox-yox, mən özüm gedib baxmışam, yalan sözdür. Sinəsində qan yığışmışdı, qaralmışdı sinəsi. Heç bir başqa xəsarəti-zadı yox idi. Nə torba? Yanında heç kəs olmayıb axı, tək olub. Torbanı kim keçirə bilər onun başına? Qapı da içəridən bağlı olub. Başqa xəsarəti-zadı olmayıb, kim deyir, yalan deyir. Heç bir xəsarəti olmayıb. Habil Qurbanov oğlunun Almaniyadan Bakıya məzuniyyətə gəldiyini və məzuniyyət günlərində ciddi stress keçirdiyini bildirir. Belə ki, övladları yüksək hərarətlə xəstəxanada yatıb, üstəlik çox sevidiyi nənəsi vəfat edib: «Bütün bunlar ona stres yaratdı. Maldivdə də 45-50 dərəcə isti vardı, mən özüm istidən boğulurdum». «TURAL HARA, HƏBİB MÜNTƏZİR HARA?» Habil Qurbanov «Yeni Müsavat» qəzetinə müsahibəsində atasının da trombdan öldüyünü qeyd edir. Həbib Müntəzir O, 10-15 günə ekspertizanın rəyinin səfirliyə veriləcəyəni də söyləyir: «Ekspertlərin ilkin rəyi belə oldu ki, damarında tromb olub və damarı partlayıb, ürək çatışmazlığından dünyasını dəyişib». Habil Qurbanov oğlunun Həbib Müntəziri öldürmək üçün göndərildiyini də qəti təkzib edib: «Yazırlar ki, guya Tural MTN işçisi olub və onu ora Həbib Müntəziri aradan görüməyə göndəriblər. Birincisi, Tural hara, Həbib Müntəzir hara? Əgər Həbib Müntəziri kimsə aradan götürmək istəsə, onun başqa üsulları var da...». Habil Qurbanov uzun illər prokurorluq orqanlarında çalışıb. AzadlıqRadiosu Maldiv polisindən əlavə informasiya ala bilməyib. Belə ki, polis əməkdaşının bildirdiyinə görə, hazırda işi Ağır və Mütəşəkkil Cinayətlər Şöbəsi araşdırır. Çap et Şərh (4) Paylaş: Republish Şərhləri sırala Yaz (4) Şərhlər Kimdən: Mustafa 09.08.2013 00:20 Cavab ver Deyirem Bu Muntezir ozun lap dovlet ehemiyyetli adam zenn edir :) Lap gulmelidi.Bu boyda dovlet ve MTN in isi gucu qurtarib bunu oldurmek ucun bu qeder plan qurub ustunede MTN iscisin vezifelendirib gonderib dalinca :) Ela nagildi )) Ilham ve mafiyasi ucun sen ve seninkimiler birce saniyleiksiniz.Lazim olsaydi seni yox etmek birce kuru ve neft hesabina interpol dayisina senin haqda bulten cixartdirar hetta seni olkeye qaytarilmasi ucun qerarda cixartdira bilerdi.Veya basqa yollarla susdurardi seni ozde omurluk))Bu hekaye uje ag oldu duzu)) Bu qeder hengamelik adam deyilsen axi sen )) Cavab Kimdən: Jo 09.08.2013 07:42 Cavab ver Mən Həbib Müntəziri şəxsən tanıyıram, hakimiyyətin onu aradan götürmək üçün killer tutması mənə də inandırıcı gəlmir, lakin onsuz da bu hakimiyyətin bütün metodları absurddur, ona görə məncə bu ehtimal da istisna edilməməlidir. Nəzərə alsaq ki, bu rejimin iç üzünü ifşa edən ən "məşhur" 2-3 adamdan biri elə Həbibin özüdür, ona görə onun bu yaxınlarda youtube kanalının bağlanması, onun ölkəyə girişinə icazə verilməməsi kimi faktların fonunda onu sakitcə aradan götürmək o qədər də nağılvari səslənmir. Kimdən: Leyla Haradan: Asiya 08.08.2013 23:59 Cavab ver 1) Dolu dənizə yağar: Turalın atası Habil, Habilin atası isə Surxaydır. 2) Bu hadisə Habildə dərin bir yara buraxıb. Oğlunu itirmək onu dərindən yaralayıb. Bununla yanaşı, bildiyi bəzi mühüm məqamlar var. Nəticə etibarilə hadisənin əsl səbəbindən xəbərdardır. 3) Səs çıxarda bilmir. Qorxur. Həm öz mövqeyini tamamilə itirməkdən, həm də Əliyevlər ailəsinin mühafizəsi ilə məşğul olmaqdan başqa bir məşğuliyyəti olmayan müəyyən şəxs və dövlət orqanlarından. 4) Habil kimi adamlar öz övladlarını cəmiyyətin "qaymaq" təbəqəsinə yerləşdirib gələcəklərini maksimum səviyyədə təminat altına aldıqda bu işlərin müəyyən risklərinin olacağını da nəzər alırlar. 5) Habil bu ağrı-acıya zaman keçdikcə öyrəşəcək. Bunu heç vaxt unuda bilməyəcək, sadəcə olaraq bu ağrı ilə yaşamağa vərdiş edəcək. Kimdən: Hikmət 08.08.2013 22:19 Cavab ver Bəlkə Sevinc Babayevaya verilən zəhərdən veriblər? Top 5 (son 1 həftə) Ən çox oxunan «Liderlərin ağlına gəlməyən başına gəlib» Azərbaycanlı aktrisaya seks səhnəsində çəkilmək olmaz? (Debat) «Rəy» Monitorinq Mərkəzi: «Pulu əsirgəmirik» [YENİLƏNİB] Ermənistan və Rusiyanın yolları ayrılır? Seks səhnəsində çəkilmiş Vəfa Zeynalova: "Burada kriminal heç nə yoxdur" Ən çox baxılan Nabranda yol polislərinin gecə reydi Çimərlikdə əvvəli şən, sonu hüznlü bir gün Türkmənistan prezidenti velosipeddə Moskvada miqrantlar üçün deportasiya çadırları qurulub «Xədicəyə dəstək» aksiyaçıları saxlanıb Ən çox müzakirə edilən Azərbaycan nağılları (Audio - yüklə) (41) «Rəy» Monitorinq Mərkəzi: «Pulu əsirgəmirik» [YENİLƏNİB] (34) Mübariz Qurbanlı: «İstəyirəm müxalifət elə həmişə bataqlıqda qalsın» (25) Səməd Vurğun, Rəsul Rza kimi şairlər dərsliklərdən çıxarılmalıdır? (Debat) (18) «Liderlərin ağlına gəlməyən başına gəlib» (16) Ən çox dinlənən İşdən sonra - Seçki və Sorğu İşdən sonra - Azərbaycana kimlərin gəlişi qadağandır? İşdən sonra - İlqar Məmmədovun sanksiya çağırışı İşdən sonra - Seçki günü Pen klub - “Böyük sovet şairləri” – rejimin dağılması onları kiçiltdimi? Bütün yazılar bir sırada «Azərbaycan 14 vicdan məhbusu ilə seçki kampaniyasına başlayır» Bakıda Bayram namazı qılınıb Yəmən: ABŞ-ın pilotsuz təyyarələri Əl-Qaidə silahlılarını öldürdü Naqasakinin bombalanmasından 68 il ötür Gəncə-Naxçıvan aviareysi bərpa olundu Milli Şura: Qeyri- müəyyənlik dövrü- [Video] "Qarabağ” inamlı qələbəylə UEFA Avropa Liqasının növbəti mərhələsinə çıxdı Yazıçı dostu olmayan yazıçı Azərbaycanlı diplomat Maldiv adalarında nədən ölüb? ATƏT-ə hələ də dəvət göndərilməyib Arxiv
Posted on: Fri, 09 Aug 2013 09:09:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015